Mühasibat uçotu, vergi qoyuluşu, analiz və audit üzrə metodiki vəsaitlərin hazırlanılması. Bu xidmət növünü metodiki, tədris və populyar ədəbiyyatlar hazırlayan müəlliflər kollektivinə malik auditor firmaları yerinə yetirirlər.
Regionlarda (şəhərlərdə) xüsusi ədəbiyyatlara olan tələbatı təmin etmək üçün firmalar fəaliyyət göstərir. Buna Moskvada fəaliyyət göstərən “FBK”, “Prior” və s. auditor firmalarını misal göstərmək olar. Auditor firmaları eyni zamanda müştərilərin vəsaitlərlə təmin edilməsi ilə bağlı xidmətlər də göstərirlər.
Mühasibat uçotunun avtomatlaşdırılması. Bu auditor firmalarının ən perspektivli fəaliyyət növüdür. Mühasibat uçotunun avto- matlaşdınlmasına aşağıdakılar daxildir:
uçotun avtomatlaşdırılması üçün əyani vəsaitlər paketinin hazırlanılması;
uçotun avtomatlaşdırılması üzrə əyani vəsaitlər proqramlarının işlənilməsi;
sifarişçilər tərəfindən əyani proqramlar paketinin tətbiq edilməsi.
Uçotun avtomatlaşdıniması sisteminə xidmət kompleksi, personalın təlim keçməsi, mühasibat uçotu, xüsusi texniki vəsaitlər kompleksi daxildir.
§ 5. Auditorların ixtisaslaşdırılması
Auditorların attestasiyası və auditor fəaliyyətinin lisenziyası ilə aşağıdakı orqanlar məşğul olur:
ümumi və birbaşa audit, xeyriyyə fondları və investisiya institutları üzrə - Maliyyə Nazirliyinin Mərkəzi Attestasiya Komissiyası;
bank auditi üzrə - Mərkəzi Bankın Attestasiya Komissiyası;
sığorta auditi üzrə - Dövlət Sığorta Şirkətinin Mərkəzi Atte.stasi- ya Komissiyası.
Dostları ilə paylaş: |