|
Nigar HüseynovaSəmərqəndli Mahmudxoca BehbudiSON -Dünya Edebiyatı (Türk Xalqları Edebiyatı) (1)Səmərqəndli Mahmudxoca Behbudi
dir. Hәm din adamı,
hәm müәllim, hәm dә әdәbiyyatçı olan Behbudi Özbәk dramaturgiyasının vә teatrının banisidir.
Onun tamaşaları Özbәkistanda yeni bir atmosfer yaradıb vә gәnc әdәbiyyatçılara ilham mәnbәyi
olub. Yazdığı yüzlәrlә mәqalәdә insan hüquqları, azadlıq, vәtәn sevgisi kimi ümdәlәr birinci
plana çıxarılıb.
ELİŞİR NEVAİ
Soy-kök olaraq bir uyğur ailәsinin övladı olan Əlişir Nәvai 1441-ci ildә Herat şәhәrindә
dünyaya gәlib. Türk әdәbiyyatının klassik şәxsiyyәtlәrindәn biridir. Atası
Kiçkinə Baxşı
Əmir
Teymurun nәvәlәrinә xidmәt edib, sonra da Babür Şahın sarayında önәmli mövqә sahibi olub.
Ana tәrәfindәn babası Əbu Sәid Çisәk dә Hüseyn Baykaranın babası Mirzә Baykaranın
bәylәrbәyi olub. Nәvai uşaqlığında Hüseyn Baykara ilә bir yerdә böyüyüb, tәlim-tәhsili bir yerdә
alıblar (Levend-I, 1965:29). Babür Şahın sarayında önәmli mövqe tutub (Kut, 1989:449).
Əmir Teymurun oğlu Şahruhun ölümüylә taxt-tac uğrunda çıxan iğtişaş sәbәbi ilә
Kiçkinә Baxşı o vaxt altı yaşında olan oğlu Əlişir Nәvaini götürüb Yәzd üstündәn İraqa gedib.
Kiçkinә, Xorasanda iğtişaş sakitlәşdikdә 1452-ci ildә tәkrar Xorasana qayıdıb. Uzun müddәt
Babürün xidmәtindә olub, Nәvai dә onunla birlikdә dövlәtә xidmәt edib. Hüseyn Baykaranın
tәrәfini saxlayan Babür Xan, Nәvai ilә olan әlaqәsini atası Kiçkinәnin ölümündәn sonra da
kәsmәyib. Mәşhәdә gedәrkәn hәm Hüseyni, hәm dә Nәvaini özüylә aparıb (1456). Babür 1457-ci
ildә Mәşhәddә vәfat edib Hüseyn Baykara da Mәrvә qayıdıb, ancaq Nәvai Mәşhәddә qalıb
tәhsilini davam etdirib. Babürün vәfatı ilә birlikdә hamisiz qalan Nәvaini Teymurilәrin quşçu
әmiri Seyyid Hәsәn Ərdәşir himayә edib. Mәşhәddә İmam Rza Mәdrәsәsindә tәhsil alarkәn İranlı
bir çox alim vә şairlә tanış olub, onlardan dәrs alıb. 1464-cü ildә Herata gәdib, orda Əbu Sәid
Mirzәnin xidmәtinә girib, ancaq ondan üz görmәdikdә Sәmәrqәndә gedәrәk
Dostları ilə paylaş: |
|
|