|
Nigar HüseynovaSON -Dünya Edebiyatı (Türk Xalqları Edebiyatı) (1)Arminius Vambery
nin irәli sürdüyü
fikrә görә “Türk” adı törәmәk felindәn yaranıb.
Ziya Gökalp
da “Türk” adını törәli, yәni
qanun-nizam sahibi kimi açıqlayıb. Rәşid Rәhmәti Arat 1911-ci ildә “
Әski türk şeiri
” adlı bir
әsәri çap etdirib ki, orada da Türk adı bir uyğurca şeirdә güclü-qüdrәtli mәnasında işlәdilib
(Arat 1991; 388). Hәmin şeirdә güclü-qüdrәtli mәnasında işlәdilәn Türk sözünün hәm dә
millәt mәnasında olduğu Alman arxeoloqu
Albert von Le Coq
tәrәfindәn irәli sürülüb, sonra
isә
Vilhelm Thomsen
bu fikri tәsdiqlәyib. Fransız alimi
Louis Bazin
Türk sözünün mәnaca
(semantik) “
yaranmış, inkişaf etmiş çox inkişaf etmiş, güclü
” anlamları daşıdığını irәli sürüb.
Miladi 420-ci ildә yazılmış bir Pers mәtnindә Türk sözü Seyhun çayından o tәrәf-
lәrdәki, yәni Turan deyilәn bölgәdә yaşayan xalqları bildirib. Miladi 515-ci ildә qeydә alınan
Çin mәnbәlәrindә isә Türk sözü, “Türk Hun” yәni qüdrәtli Hun adı ilk dәfә dövlәt adı kimi
Göytürk dövlәtinә verilib. Bu dövlәti yaradan Aşina oğulları hәmin adı yaratdıqları dövlәtә ad
kimi veriblәr. Daha sonralar Göytürk Dövlәtinin böyüyüb imperiyaya çevrilmәsi ilә birlikdә bu
dövlәtә tabe olan qohum xalqlar vә tayfalar “Türk” adı ilә anılıblar (Turan 1995; 22).
Belәliklә, bu imperiya vasitәsi ilә “Türk” adı etnik deyil, siyasi ada çevrilib (Kafesoğlu 1998;
43-44).
Türk adı daha sonralar coğrafi adlara verilib. Miladi VI әsrdә Orta Asiyaya, yәni
Türküstana, 9-10-cu әsrlәrdә isә Volqa çayından Orta Avropaya kimi olan yerlәrә “Türkiyә”
deyilib. Şәrqi Türkiyә Xәzәr ölkәsi, Qәrbi Türkiyә isә Macarların ölkәsi kimi anılıb. 13-cü
әsrdә isә Misir vә Suriya “Türkiyә” kimi adlanıb. Anadolu coğrafiyası isә 12-ci әsrdәn tutmuş
Türkiyә kimi anılmağa başlayıb.
XI әsrdә qәrbә sarı axan Türk boyları Çin vә Hindistan sәrhәdlәrindәn Bizans vә rus
sәrhәdlәrinә kimi olan sahәlәrdә yayılıb. Avropalı sәyyahlar Qıpçaq ellәri dә daxil olmaqla,
Tuna çayı sahillәrindәn Altay dağlarına kimi olan bölgәlәri “Böyük Türkiyә” kimi adlandırıb
(Turan 1995; 21).
Bugün dünyada 300 milyona yaxın Türkün yaşadığı mәlumdur, ancaq Türk dünyası
Şәrqi Türküstandan Adriyatik dәnizi sahillәrinә kimi olan coğrafiyalarda bölünmüş,
parçalanmış haldadır. Yeni nәsillәrin birinci vәzifәsi bu dünyaya mәnsub Türk xalqlarını
tanımaq, öyrәnmәk vә Atatürkün “
Dostları ilə paylaş: |
|
|