3
Qarqalpaqıstanın böyük hissәsi çöldür. Paytaxtı 190 min nәfәr әhalinin yaşadığı Nüküs şәhәridir
vә ölkәnin sahәsi 165 000 km
2
-dir. Ölkәnin 9 böyük şәhәri vә 13 mәskunlaşmış bölgәsi
mövcuddur. Ölkәnin tәbii sәrvәtlәri neft vә qazdır. Kәnd tәsәrrüfatında pampıqçılıq önәmli yer
tutur. Əhalinin yarıdan çoxu kәndlәrdә yaşayır vә qaraqalpaqlar әhalinin 60 faizini tәşkil edir ki,
bu say tәqribәn 400 min qәdәrdir. Əhalinin 31 faizini özbәk, qazax,türkmәn vә tatarıstan türklәri
tәşkil edir, qalanları isә ruslar vә digәr etnik qruplardır (Avşar-Solak-Tosun 2013; 289-290).
Özbәkistanın Xarәzm, Fәrqana, Türkmәnistanın Daşauz, Qazaxıstanın bәzi yerlәrindә, Rusiya
Federasiyasının Astraxan vilayәtindә, hәmçinin Əfqanıstanda da Qaraqalpaqlar yaşayır.
Qaraqalpaqların dili türk dillәri içindә qıpçaq-noqay alt qrupuna daxildir (Taşağıl 2001; 427).
Dostları ilə paylaş: