Nigar Hüseynova



Yüklə 1,46 Mb.
Pdf görüntüsü
səhifə2/333
tarix13.05.2022
ölçüsü1,46 Mb.
#86929
1   2   3   4   5   6   7   8   9   ...   333
SON -Dünya Edebiyatı (Türk Xalqları Edebiyatı) (1)

Arminius  Vambery
nin  irәli  sürdüyü 
fikrә  görә  “Türk”  adı  törәmәk  felindәn  yaranıb. 
Ziya  Gökalp
  da  “Türk”  adını  törәli,  yәni 
qanun-nizam sahibi kimi açıqlayıb. Rәşid Rәhmәti Arat 1911-ci ildә “
Әski türk şeiri
” adlı bir 
әsәri  çap  etdirib  ki,  orada  da  Türk  adı  bir  uyğurca  şeirdә  güclü-qüdrәtli  mәnasında  işlәdilib 
(Arat  1991;  388).  Hәmin  şeirdә  güclü-qüdrәtli  mәnasında  işlәdilәn  Türk  sözünün  hәm  dә 
millәt mәnasında olduğu Alman  arxeoloqu 
Albert  von  Le  Coq
  tәrәfindәn  irәli  sürülüb,  sonra 
isә 
Vilhelm  Thomsen
  bu  fikri  tәsdiqlәyib.  Fransız  alimi 
Louis  Bazin
  Türk  sözünün  mәnaca 
(semantik) “
yaranmış, inkişaf etmiş çox inkişaf etmiş, güclü
” anlamları daşıdığını irәli sürüb.  
Miladi  420-ci  ildә  yazılmış  bir  Pers  mәtnindә  Türk  sözü  Seyhun  çayından  o  tәrәf-
lәrdәki, yәni Turan deyilәn bölgәdә yaşayan xalqları bildirib. Miladi 515-ci ildә qeydә alınan 
Çin  mәnbәlәrindә  isә  Türk  sözü,  “Türk  Hun”  yәni  qüdrәtli  Hun  adı  ilk  dәfә  dövlәt  adı  kimi 
Göytürk dövlәtinә verilib. Bu dövlәti yaradan Aşina oğulları hәmin adı yaratdıqları dövlәtә ad 
kimi veriblәr. Daha sonralar Göytürk Dövlәtinin böyüyüb imperiyaya çevrilmәsi ilә birlikdә bu 
dövlәtә  tabe  olan  qohum  xalqlar  vә  tayfalar  “Türk”  adı  ilә  anılıblar  (Turan  1995;  22). 
Belәliklә, bu imperiya vasitәsi ilә “Türk” adı etnik deyil, siyasi ada çevrilib (Kafesoğlu 1998; 
43-44). 
Türk  adı  daha  sonralar  coğrafi  adlara  verilib.  Miladi  VI  әsrdә  Orta  Asiyaya,  yәni 
Türküstana,  9-10-cu  әsrlәrdә  isә  Volqa  çayından  Orta  Avropaya  kimi  olan  yerlәrә  “Türkiyә” 
deyilib.  Şәrqi  Türkiyә  Xәzәr  ölkәsi,  Qәrbi  Türkiyә  isә  Macarların  ölkәsi  kimi  anılıb.  13-cü 
әsrdә isә Misir vә Suriya “Türkiyә” kimi adlanıb. Anadolu coğrafiyası isә 12-ci әsrdәn tutmuş 
Türkiyә kimi anılmağa başlayıb. 
XI әsrdә qәrbә sarı axan Türk boyları Çin vә Hindistan sәrhәdlәrindәn Bizans vә rus 
sәrhәdlәrinә  kimi  olan  sahәlәrdә  yayılıb.  Avropalı  sәyyahlar  Qıpçaq  ellәri  dә  daxil  olmaqla, 
Tuna çayı sahillәrindәn Altay dağlarına kimi olan bölgәlәri “Böyük Türkiyә” kimi adlandırıb 
(Turan 1995; 21).  
Bugün  dünyada  300  milyona  yaxın  Türkün  yaşadığı  mәlumdur,  ancaq  Türk  dünyası 
Şәrqi  Türküstandan  Adriyatik  dәnizi  sahillәrinә  kimi  olan  coğrafiyalarda  bölünmüş, 
parçalanmış  haldadır.  Yeni  nәsillәrin  birinci  vәzifәsi  bu  dünyaya  mәnsub  Türk  xalqlarını 
tanımaq, öyrәnmәk vә Atatürkün “

Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   333




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə