Nigar Hüseynova


Köklərimizə enməli və olayların böldüyü tariximizin içində



Yüklə 1,46 Mb.
Pdf görüntüsü
səhifə3/333
tarix13.05.2022
ölçüsü1,46 Mb.
#86929
1   2   3   4   5   6   7   8   9   ...   333
SON -Dünya Edebiyatı (Türk Xalqları Edebiyatı) (1)

Köklərimizə enməli və olayların böldüyü tariximizin içində 
bütövləşməliyik
”  (Altaylı  2005;  6)  şәklindә  dilә  gәtirdiyi  vә  hәr  bir  Türk  övladına  vәsiyyәti 
olan bu sözlәrinә әmәl etmәliyik. 
Qazaxlar v
ә 
Qazaxıstan

Keçmiş  Sovetlәr  Birliyinin  ikinci  böyük  olan  ölkәsidir.  Ölkә  qәrbdәn  şәrqә,  Xәzәr 
dәnizindәn Çin sәrhәddinә kimi 3000 kilometr genişlikdәdir. Quzeydә rus 
stәplәrinә, 
güneydә 
Orta  Asiyaya,  yәni  Türküstana  kimi  uzanıb  gedir.  Ərazisi  2,7  milyon  km
2
-dir  vә  Asiya 


 
 

 
qitәsindә  Rusiya  Federasiyası  vә  Çindәn  sonra  üçüncü  böyük  ölkәdir.  1993  sayımına 
(statistikasına) görә әhalisinin sayı 16 901 000 nәfәrdir.  
Sovet dövründә Qazaxıstandakı torpaqlardan kifayәt qәdәr mәhsul almaq  mәqsәdi  ilә 
Rusiya,  Ukrayna,  Belarus  vә  Moldovadan  150 000  nәfәr  aparılaraq  mәhsuldar  torpaqlarda 
mәskunlaşdırılıb, ruslaşdırma  siyasәti yeridilib.  Bu siyasәt dә qazaxların ancaq 45 faizinin öz 
ana dilindә danışmasına, qalan 55 faizin isә rus dilini mәnimsәmәsinә sәbәb olub. Rus varlığı 
ölkәnin hәr bir sahәsindә hökmran olub vә Qazaxıstan ordusunun ehtiyat qüvvәsinin 60 faizini 
ruslar  tәşkil  edib  (Avşar-Solak-Tosun  2013;  269).  Ölkәnin  quzeyindә  Rusiya,  güneyindә 
Türkmәnistan,  Özbәkistan  vә  Qırğızıstan,  şәrqdә  Çin  Xalq  Cümhuriyyәti  yerlәşir,  Xәzәr 
Dәnizi ilә Aral gölündә dә sahillәri vardır. 
Paytaxtı  Astana  şәhәri,  pul  vahidi 
təngə
dir.  Almatı,  Cambul,  Çimkәnd,  Türküstan, 
Karaqanda,  Semipalatinsk,  Kökçәtav,  Kustanay,  Turqay,  Quryev  Baykonur  önәmli 
şәhәrlәridir.  
Ölkәnin  beşdә  biri  dağlardan  ibarәtdir.  Ölkәdә  minlәrlә  çay  mövcuddur  vә  bunların 
böyük hissәsi Xәzәr dәnizi, Aral, Balkaş vә Tengiz göllәrinә axır. Qazaxıstan torpaqlarını bir 
başdan digәr başa kimi keçәrәk Şimal Buzlu okeanına axan çayları isә Irtış, İşim vә Tobuldur 
(Ölke Raportu 2012).  

Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   333




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə