Nigar Hüseynova


Tatarlar   və Tatarıstan



Yüklə 1,46 Mb.
Pdf görüntüsü
səhifə8/333
tarix13.05.2022
ölçüsü1,46 Mb.
#86929
1   ...   4   5   6   7   8   9   10   11   ...   333
SON -Dünya Edebiyatı (Türk Xalqları Edebiyatı) (1)

Tatarlar
 
və Tatarıstan
 
Tatar adı tarixin müxtәlif çağlarında fәrqli anlamlarda işlәdilib. Orxon abәdәlәrindә Türk 
olmayan  xalqlara  “Tatar”  deyilib  (Orkun  2011;  31).  Monqolların  bir  tayfasının  adı  da  tatardır, 
hәtta  onlar  Monqol  adını  daha  sonralar  mәnimsәyiblәr  (Kemaloğlu  2013;2013).  Ruslar  әsrlәr 
boyu Rusiyanın Avropa hissәsindә yaşayan vә müsәlman olan Türk xalqları üçün qәrәzli olaraq 
“Tatar” adını işlәdiblәr. Qazan Xanlığını işğal etdikdәn sonra hansı türk yurdunu işğal ediblәrsә, 
o xalqları tatar kimi qәlәmә veriblәr.  
Qızıl Orda Dövlәti 1437-ci ildә kiçik xanlıqlara bölündükdәn sonra Volqa boyundakı türk 
xalqlarına “Tatar” deyilib. Bugün isә “Tatar” adı yalnız Tatarıstan vә Krım türklәri üçün istifadә 
edilir.  Rusiya  hәlә  dә  Qәrbi  Sibirdә  yaşayan  türk  tayfalarını  tatar  kimi  qәlәmә  verir,  bunda  da 
müәyyәn siyasi mәqsәd güdür.  
Uluğ Mәhәmmәd Xan 1437-ci ildә Kazan xanlığını yaradıb, ancaq bu xanlıq 1552-ci ildә 
ruslar  tәrәfindәn  işğal  edilib.  Moskva  Çarı  İvan,  Kazan  şәhәrini  1556-cı  ildә  tutduğu  vaxt  Tatar 
xalqının  böyük  әksәriyyәtini  soyqırımla  qılıncdan  keçirib,  qalanları  da  zorla  xristianlaşdırmağa 
başlayıb (Çetin 9; 141-142). Lakin Çarlıq dövründә dә xanlığın adı Kazan xanlığı kimi qalıb.  
Bolşeviklәr  hakimiyyәtә  gәldikdә  Moskva  strateqlәri  1918-ci  ildә  Tatar-Başqırd 
Cümhuriyyәtini  yaradıb.  Başqırdlar  bundan  müxalifәt  edib  vә  1920-ci  ildә  Cümhuriyyәtin  adı 
Tatarıstan olaraq qәbul edilib. Tatarlar 30 avqust 1990-cı ildә öz müstәqilliklәrini elan etsәlәr dә, 
Rusiya Federasiyası onların müstәqilliyini tanımayıb (Eberdes 2011;8). 
Tatarıstan  indi  Rusiya  Federasiyasının  tәrkibindәdir  vә  paytaxtı  Kazan  şәhәridir.  Ölkә 
Orta Volqa bölgәsindә yerlәşir. Şimalında Mari vә Udmurt, şәrqdә Başqırdstan, qәrbdә isә Çuvaş 
Muxtar Cümhuriyyәti yerlәşir. Ölkәnin torpaq sahәsi 68 000 km
2
, әhalisinin sayı 1989-cu ildәki 
sayıma görә 5 523 000 nәfәrdir. Cümhuriyyәtdә 18 şәhәr, 22 mәskun mahal var, dillәri isә türk 
dillәrinin qıpçaq qrupuna daxildir (Ceylan; hacettepe.edu.tr).  
Qumuqlar 
 
Qumuqlar  Dağıstan  Muxtar  Cümhuriyyәtinin  şimal-şәrqindә  Xәzәr  dәnizi  sahilindәki 
dağlıq  bölgәlәrdә  yaşayırlar.  Sovetlәr  Birliyi  dövründә  Türkiyә,  Çeçenistan,  Quzey  Osetiya, 
Suriya  vә  İrana  köç  ediblәr.  Qumuqlar  Dağıstan  Muxtar  Cümhuriyyәtindә  başda  Mahaçqala 
olmaqla,  Temirxanşura,  İzbәrbaş,  Qızılyurd,  Xasavyurd,  Qızılyar  vә  Kaspiysk  kimi  şәhәrlәrdә 
mәskunlaşmışlar, әhalisinin sayı 1996-cı ildәki sayıma görә 251.000 nәfәrdir, Dağıstan xaricindә 
isә 100 000 nәfәrә qәdәr qumuq yaşayır (Erel 1961; 48-50). Qumuqlar, yaşadıqları yerlәri “yurd” 
adlandırırlar (Tavkul 2005; 29/39). 
Qumuqlar  miladi  7-ci  әsrdә  bölgә  Xәzәr  Dövlәtinin  hakimiyyәti  altına  daxil  olduqda 
Oğuz-Qıpçaq  tayfalarının  qaynayıb-qarışması  nәticәsindә  formalaşıblar.  1917-ci  ildә  Quzey 
Qafqaz xalqlarının müstәqillik mübarizәlәrindә aktiv iştirak ediblәr. Ruslar 1918-ci ildә Dağıstanı 
işğal  edib  vә  üç  il  sonra  da  Dağıstan  Muxtar  Cümhuriyyәtini  yaradıblar.  Qumuq  Türkcәsi, 
Dağıstan  Muxtar  Cümhuriyyәtindә  danışılan  yeddi  rәsmi  dildәn  biridir.  Sovetlәr  Birliyinin 
dağılmasından sonra öz siyasi, mәdәni vә iqtisadi hüquqlarını qorumaq mәqsәdi ilә 
Tənglik
 adı 


 
 

 
altında öz milli tәşkilatlarını yaradıblar. Bu tәşkilat fәaliyyәtini bugün dә davam etdirir (Kurtuluş 
2002;373).  
Qumuqlar özlәrini Xәzәrlәrin vә Əmir Teymur İmperiyasının mirasçısı adlandırırlar.  
 

Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   333




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə