Nigar Hüseynova


Cümhuriyyətini  qurmağı  qərara  alıb



Yüklə 1,46 Mb.
Pdf görüntüsü
səhifə16/333
tarix13.05.2022
ölçüsü1,46 Mb.
#86929
1   ...   12   13   14   15   16   17   18   19   ...   333
SON -Dünya Edebiyatı (Türk Xalqları Edebiyatı) (1)

Cümhuriyyətini  qurmağı  qərara  alıb
.  Hәmin  il  noyabrın  12-dә  onlar  bu  işi  gerçәklәşdirәrәk 
Qaqauz Muxtar Sovet Sosialist Cümhuriyyәtini elan edәrәk hökumәt yaradıblar.  
Moldoviya  hökumәtinin  susması  23.12.1994-cü  ilәdәk  davam  edib.  Hәmin  ilin 
noyabrında Moldoviya Mәclisi Qaqauz Yeri Muxtar Vilayәti yaradılması haqqında qanun qәbul 
edib. Bu qanun qaqauzların Moldoviya tәrkibindә milli haqlarını qoruyaraq yaşamalarını nizama 
salır
 
(Bulgar 1999:75).  
Krım Tatarları
 
Qaradәnizin qüzeyindә yerlәşәn Krım Yarımadasının әsas xalqı olan Krım Türklәri, Türk 
xalqının  önәmli  bir  hissәsidir.  1944-cü  ildә  Stalinin  sürgün  siyasәti  nәticәsindә  hәr  mahalda 
ancaq  20  dәqiqә  möhlәt  verilәrәk  şәxsi  әşyalarını  götürmәlәri  tәlәb  edilib  vә  heyvan  qatarlarına 
doldurulub  Sibirin  buzlu  cәhәnnәminә  sürgün  edilmәzdәn  qabaq  Krımın  güney  sahillәrindә 
Yalıboyu  deyilәn  yerdә  yaşayan  Krım  Türklәri  Oğuz  Türkcәsinin  hakim  olduğu  bir  dildә 
danışırdı.  Çöl  deyilәn  bölgәdә  yaşayanlar  isә,  yәni  Krımın  qüzey  hissәsindәki  düzlüklәrdә  vә 
Kәrç Yarımadasında yaşayanlar Qıpçaq xarakterli bir Türkcә ilә danışırdı. 
Krımda İslam dini aralarında rusların
 
da yer tuttuğu şәrqi slavyan xalqlarını tәqribәn iki 
әsr hakimiyyәti altında saxlayan Qızıl Orda Dövlәti zamanında buradakı Türklәr tәrәfindәn qәbul 
edilib.  
Krım xanlığı 15-ci әsrdә yaranıb vә Osmanlı Dövlәtinin tәrkibinә daxil olaraq üç yüz il 
onunla  birgә  hәrәkәt  edib.  Ancaq  18-ci  әsrdә  Osmanlı  Dövlәtinin  qüdrәtini  itirmәsi  sәbәbi  ilә 
1768-ci ildә başlayıb 1774-cü ildә başa çatan Osmanlı-Rus hәrbindә Osmanlı ordusu mәğlub olub 
vә Kiçik Qaynarca Sazişi imzalanıb. Bu sazişin imzalaması nәticәsindә Krım Osmanlının әlindәn 
çıxıb,  1783-cü  ildә  dә  Rusiya  tәrәfindәn  tamamilә  hakimiyyәt  altına  alınıb.  Bununla  da  Krım 
Türklәrinin fәlakәti başlayıb. Tarixin müxtәlif dövrlәrindә sürgünlәr yaranıb. Ən dәhşәtlilәrindәn 
biri  1928-ci  ildә  sovetlәşmә  siyasәtinin  yeridilmәsi  nәticәsindә  yaranıb  vә  on  minlәrlә  Krım 
Türkü  “kulak”  olduqları  iddia  edilәrәk  Ural  bölgәsi,  Sibir  vә  digәr  yerlәrә  sürülәrәk  kütlәvi 
şәkildә  mәhv  edilib.  İkinci  Dünya  Müharibәsi  әsnasında  Krım  Yarımadası  Almanlar  tәrәfindәn 
işğal  edilib,  ancaq  Alman  ordularının  mәğlubiyyәtә  uğrayıb  geri  çәkilәrkәn  keçdiklәri  mәskun 
mahalların tamamına od vurub yandırıb vә hәrbdә istifadә edә bilәcәklәri Krımlıları әsir götürüb 
aparıblar.  Ruslar,  Krımı  işğal  etdikdәn  sonra  Krım  Türklәrini  Almanlarla  әmәkdaşlıq  etmәklә 
ittiham  edib  vә  Stalinin  11  May  1944-cü  ildә  imzaladığı  qәrarnamә  ilә  17-18  may  gecәsi  Krım 
türklәrinin tamamı Sibirә, Orta Asiyaya sürgün edilib (Kırımlı;kirimdәrnәgi.org=456).  
Sovet İmperiyasının can verdiyi 1988-ci ildә Krım türklәri kütlәvi şәkildә tәkrar doğma 
vәtәnlәrinә qayıdıb, bu qayıdış yenә dә davam edir. Daha öncә Ukraynaya buraxılan Krım 2014-
cü ildә tәkrar Rusiya Federasiyası tәrәfindәn işğal edilib. 

Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   333




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə