Nigar Hüseynova


-cü  il  dekabrın  23-də  Qaqauz  Yeri  Muxtar  Vilayətini



Yüklə 1,46 Mb.
Pdf görüntüsü
səhifə13/333
tarix13.05.2022
ölçüsü1,46 Mb.
#86929
1   ...   9   10   11   12   13   14   15   16   ...   333
SON -Dünya Edebiyatı (Türk Xalqları Edebiyatı) (1)

1994-cü  il  dekabrın  23-də  Qaqauz  Yeri  Muxtar  Vilayətini 
yaradıblar
 vә türk dilinin güney-batı (oğuz) lәhcәsindә danışırlar. 
1957-ci ildən 1993-cü ilədək 
kiril əlifbası əsasında yaradılmış əlifbadan istifadə ediblər
. Sovetlәr Birliyi dağıldıqdan sonra 
bir çox türk xalqları kimi onlar da 1996-cı ildәn latın әlifbasına keçiblәr
 
(İsayev 1998:89).
 
Qaqauz Yeri Muxtar Cümhuriyyәtinin paytaxtı Komratdır. Bölgә bu gün dә xalq arasında 
vә coğrafi vahidlәrdә Bucaq adlanır.  
Qaqauz türklәrinin әdәbi dilinin inkişafında 20-ci yüzilliyin ilkin on illiklәrindә yaşamış 
nüfuzlu  din  xadimi 
Mixail  Çakır
ın  yazdığı  vә  tәrcümә  etdiyi  Xristian  dininә  mәxsus  duaların, 
tarixi  vә  etnoqrafik  mәqalәlәrin  rolu  olsa  da,  әsaslı  dәyişiklik  1957-ci  ildә  Kiril  әlifbasının 
qәbulundan sonra baş verib. Orta mәktәblәrdә dәrslәr ana dildә keçirilmәyә başlanıb, qәzetlәrdә 
qaqauz türkcәsindә sәhifәlәr hazırlanıb, dәrsliklәr çap olunub. 
Qaqauz  türklәrinin  yazılı  әdәbiyyatının  formalaşmasında  Mixail  Çakırdan  (1861-1938) 
sonra Nikolay Arabacı (1893-1960), Nikolay Tanasoğlu (1895-1979), Dionis  (Dәniz) Tanasoğlu 
(1922-2006), Todur Zanet (1958) vә özgәlәrinin böyük әmәyi olub. 
Qaqauz  folklorunu  ilk  dәfә 
V.  Moşkov
  toplayıb.  Varşovadakı  Rus  ordusunun  hәkimi  V. 
Moşkov kәnd-kәnd gәzәrәk folklora vә etnoqrafiyaya aid materialları toplayaraq 1904-cü ildә çap 
etdirib, ancaq o qaqauzları ayrı bir millәt kimi qәlәmә verib (Moşkov 1904).
 Atanas Manov
 da, V. 
Moşkov  kimi  qaqauzları  fәrqli  bir  millәt  kimi  öyrәnmәyә  çalışıb  (Manov  1939:107).  Bütün 
bunların arxasında Rusiyanın parçalayıcı siyasәti dayanır. 

Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   333




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə