|
![](/i/favi32.png) Nigar Hüseynovayaradıb və əlifba dərsliyi hazırlayıbSON -Dünya Edebiyatı (Türk Xalqları Edebiyatı) (1)yaradıb və əlifba dərsliyi hazırlayıb
. Daha sonra müxtәlif dәrsliklәr yazıb. Yakovlev
görkәmli bir tәlimçi, milli düşüncәli bir ziyalı vә istedadlı bir filosof olaraq xalqının yolunu
işıqlandırıb.
İvan Yakovlev 1934-cü ildə dünyasını dəyişib
.
SAXA ӘDӘBİYYATI
Saxa Muxtar Cümhuriyyәti Rusiya Federasiyasına bağlıdır. Torpaq sahәsi 3 100 000
km
2
-dir vә Rusiya Federasiyasına bağlı torpaqların beşdә birini tәşkil edir. Ölkәnin әhali sayı 1
milyon olub, bunun 450 minini Saxa türklәri tәşkil edir. İqlim şәraiti isә hәddәn artıq çәtin bir
bölgәdir.
Tarixi mәnbәlәrә әsasәn Saxaların ulu babaları 13-14-cü әsrlәrdә güneydәn bu torpaqlara
köçüb. Rus işğalı isә 1632-ci ildә başlayıb, o tarixdәn sonra da Saxa türklәrini zorla
xristianlaşdırma siyasәti yeridilib (Kirişçioğlu, 2013:2095-2096). Saxalar zahiri olaraq Xristian
bir toplum kimi görünsәlәr dә әsl hәyatlarındakı inamlar Xristianlıqdan olduqca fәrqlidir. Qam
inamı, yәni Tәngriçilik öz hökmünü hәlә dә yeridir (Sağlam, 2014:57).
Rәşid Rәhmәti Arat Saxa Türkcәsinin Türk dilinin Ana Türkcә dövründә Çuvaşca ilә
birlikdә ayrıldığını vә özlәrinә mәxsus bir dil halına gәldiyini irәli sürüb (Arat-Temir, 1976:319-
320).
1851-ci ildә Saxa Qrammatikasını hazırlayanlar Rus Kiril әlifbasından istifadә edib.
Dostları ilə paylaş: |
|
|