27
Hәqiqәt olan budur ki, Rus işğalı ilә birlikdә Türkmәn ziyalıları eynilә Azәrbaycanda olduğu
kimi bilәrәkdәn mәhv edilib. Bu qırğın da Türkmәn әdәbiyyatı üçün ağır bir zәrbә olub.
1920-ci illәrdә Türkmәnistan Türkcәsindә qәzetlәr, jurnallar, dәrsliklәr çap olunub.
Bunlarda Mәxdumqulu, Mollanәpәs vә Kәminә kimi klassik şairlәrin şeirlәri әks etdirilib. 1925-
ci ildәn sonra Türkmәnistan qәzeti, Toxmaq, Türkmәn Mәdәniyyәti vә Pioner kimi jurnallar
xalqın ziyalanmasında vә öz milli şüuruna sahib çıxmaqda önәmli rol oynayıb.
1928-1929-cu illәrdә Ərәb әlifbası götürülәrәk Latın әlifbasının qәbul edilmәsi vә
әlifbanın dәyişdirilmәsi Türkmәn әdәbiyyatında müәyyәn bir vaxt durğunluğa sәbәb olub. Bu
çağda Türkmәnistan Türkcәsinin terminologiyası, qrammatikası, morfologiyası ilә bağlı
mübahisәlәr qızışıb. Millәtçi Türkmәn ziyalıları terminlәrin vә yeni sözlәrlә bağlı gedәn
mübahisәlәrdә onların Rusca vә ya digәr dillәrdәn deyil Azәrbaycan ya da Türkiyә Türkcәsindәn
götürülmәsindәn müdafiә edib. Bu fikir ziddiyәti o dövrün әsәrlәrindә qrammatika, morfologiya,
terminologiya vә söz ehtiyatında da özünü göstәrib.
1937-ci ilin qırğın siyasәtinin hәyata keçirildiyi bir vaxtda Türkmәn Yazıçılar Qurultayı
keçirilib. Qurultayda müәyyәn Türkmәn şair vә yazıçılarına xüsusi tapşırıqlar vәrilib. Ancaq
Türkmәn ziyalılarının öhdәlәrinә götürdüklәri bu işlәri belә görmәlәrinә aman vәrilmәyib,
tamamı sudan bәhanәlәrlә güllәlәnib. 1940-cı ildә İkinci Yazıçılar Qurultayı tәşkil olunub vә orda
Türkmәn әdәbiyyaytının gedişatı müzakirә edilib. İkinci Dünya Müharibәsinә az qalmış Türkmәn
mәktәblәrindә Rusca tәdris edilmәyә başlanıb. Bu sәbәblә hәr iki dildә qarşılıqlı tәrcümәlәrin
sayı artıb.
İkinci Dünya Müharibәsi başladığı vaxt bir çox Türkmәn şair vә yazıçısı hәrbi xidmәtә
alınaraq döyüşlәrә aparılıb. Hәrbә gedәn minlәrlә Türkmәn gәnci ilә birlikdә bu şair vә yazıçılar
da hәlak olublar. Tәbii olaraq bu da Türkmәn әdәbiyyatı üçün böyük zәrbә olub. Bu dönәmdә
yazılan şeir, hekayә vә romanların mövzusu hәrb, hәrbin sәbәb olduğu izdirablardır. Bu çağda
bәzi şair vә yazıçılar tanınmağa başlayıb. Ata Atacanov, Hasımqulı Qurbanov, İlmıradov kimi
gәnclәrin adı tez-tez dövri әdәbiyyatda sadalanıb. Bu çağdakı әdәbiyyatda yenә qәhrәmanlıq vә
vәtәn sevgisi әn başda gedәn mövzulardır. Şairlәr, Goroğlu, Manas vә Alpamışın adlarını tez-tez
çәkiblәr.
İkinci Dünya Müharibәsindәn sonra Türkmәn şairlәri arasında Ata Salih, Durdı Qılıc,
Kerbabayev, Hasımğulı Qurbanov, Güseyin Muxtarov, Anna Kovusov kimilәrinin adları ön plana
çıxıb. Bu çağda Türkmәn şeiri ilә birlikdә roman, hekayә, tamaşa әsәrlәri sahәsindә dә böyük
inkişaf qeyd edilib. Yenә bu çağdakı әsәrlәrdә hәrb vә onun sәbәb olduğu ayrılıqlar, izdirablar,
sönәn ocaqların vәziyyәti, sağ gedib şikәst qayıdanların psixolojisi әsas mövzulardır.
Dostları ilə paylaş: