|
Nigar HüseynovaSON -Dünya Edebiyatı (Türk Xalqları Edebiyatı) (1)
(Argunşah 2001:142).
Türkiyәyә oxumağa gedәn gәnclәrdәn söz açan S. Bulgar,
Hәmdullah Süphi Tanrıöverin
yardımı ilә Bucak bölgәsindәn 20-yә yaxın tәlәbәnin yollandığını, bunların hamısının Türkiyәdә
qaldığını, hәrbi xidmәtdә olduqlarını yazıb. Bu şәxslәr Qaqauzların folklorunu, әdәbiyyatını,
adәt-әnәnәlәrini Türkiyәdә tәbliğ ediblәr (Şamil, 2011:113).
DİONİS TANASOĞLU
Dionis (Dәniz) Tanasoğlu 1922-ci ildә Qaqauz Yerindә
Çadır
qәsәbәsinә bağlı
Kiriyet
kendindә dünyaya gәlib. Atası Nikolay Tanasoğlu, Qaqauzların әn görkәmli әdәbiyyatçısı,
yazıçısı vә marifçisidir. Qaqauz әdәbiyyatının formalaşmasında onun әvәzsiz әmәyi vardır.
İbtidai mәktәbi öz kәndindә alan Dionis orta mәktәbi Ukraynanın Belqorod qәsәbәsindә, liseyi dә
1938-43-cü illәr arasında Rumınyanın qәsәbәsi Bırladda bitirib. Rumın dilini çox gözәl
mәnimsәyәn Dionis II Dünya Müharibәsindә Hitlerin ordularına qarşı vuruşub. Hәrbdәn sonra
İon Creange Universitetinde müәllimlik şöbәsindәn mәzun olub, digәr tәrәfdәn Leninqrad Teatr
Universitetinin aktyorluq şöbәsini qiyabi bitirib. Gәnc yaşlarında öz kәndlәrindә vә Çadır
qәsәbәsindә, Kişinevdә müәllimlik edib, yüksәk mәmuriyyәtlәrdә işlәyib. Daha sonra Komrat
Dövlәt Universiteti rektorluğu vәzifәsinә tәyin edilib vә bütün qaqauzları öz ana dillәrindә
danışmağa istiqamәtlәndirib, bununla da xalqın rәğbәtini qazanıb. Tanasoğlu, illәr uzunu
Moskvaya öz ana dillәrindә tәhsil almaq istәdiklәrini bildirәn mәktublar yazıb vә axırda 30 İyul
1957-ci il tarixindә Moldova Sovet Sosialist Cümhuriyyәtindә bir qәrar çıxartdıraraq Kiril
elifbası әsasında öz әlifbalarını yaradıblar. Bu tarix dә qaqauz mәdәniyyәtinin inqilabına sәbәb
olub. Qaqauzların Dәniz Ağa deyә xitab etdiyi Dionis Tanasoğlu Moskvanın yolladığı türkoloq
Ludmila Pkrovskaya ilә birlikdә Qaqauz әlifbasını, sonra da dersliklәri hazırlayıb. Azәrbaycanda
müdafiә edib elmi ad alan Dionis tanasoğlu hazırladığı dәrsliklәrdә Türk dünyasının şifahi
әdәbiyyatından örnәklәr götürәrәk bu dәrsliklәrә salıb. Bu dәrsliklәrdә qaqauz dili vә
әdәbiyyatının Orxon-Yenisey abidәlәrindәn mәnbәlәndiyini vurğulayıb. Moldova Yazıçılar
Birliyi ilә sıx әlaqә yaradaraq 1957-60-cı illәr arasında
Dostları ilə paylaş: |
|
|