42
Stolipin irticası adlandırılan illәrdә Rusiya baş nazirinin verdiyi qәrarların әleyihinә çıxıb.
Xüsusәn Rusiyanın mәrkәzi vilayәtlәrindәki aztorpaqlı rus kәndlilәrinin Qazaxıstana
göndәrilmәsi, qazaxların mәhsuldar torpaqlarının alınaraq onlara verilmәsi ilә heç cür barışa
bilmәyib.
Birinci Dünya Müharibәsi başladıqdan sonra qazaxların güzaranının gündәn-günә
ağırlaşması onu bәrk narahat edib, yenidәn xalqa qarışıb, millәtinә dar gündә kömәk etmәyә
çalışıb. 1916-cı ildә çar II Nikolayın orucluq ayında müsәlmanları cәbhә arxasında işlәtmәk üçün
sәfәrbәrlik elan etmәsinin әleyihinә yaranan üsyanı alqışlarla qarşılayanlardan olub. Üsyanın
pәrakәndәliyi vә qan içindә boğulması onu çox kәdәrlәndirib.
1917-ci ildә yaranan Alaş Partiyası vә Olaş-Orda hökumәtiylә yaxın әlaqә saxlayıb, bu
hökumәt dә onu Semey vilayәtinin hakimlәr şurasına seçib. Ancaq siyasәtdәn hәzz almadığına
görә Şınqıs dağında Şapkan adlanan yerdәki ovçu evindә yaşamağa başlayıb әdәbi fәaliyyәtlәrini
davam etdirib.
Bolşeviklәrlә Ağqvardiyaçıların toqquşmalarını xalqların xeyri üçün deyil, zәrәri kimi
qiymәtlәndirib, nәticә dә onun dediyi kimi olub. İnsanları xoşbәxtliyә çıxaracaqlarını vәd
edәnlәrin apardıqları savaşlar xalqa bәdbәxtlik gәtirib, minlәrlә insan öldürülüb, yüzlәrlә kәnd vә
qәsәbә xarabalığa çevrilib.
1913-1924-cü illәrdә “Abay”, “Aykap”, “Şolpan” jurnalları vә “Kazak” qәzeti ilә
әmәkdaşlıq edәn Şәkәrim Kudayberdiyev tәrcümәlәrini, bәdii әsәrlәrini, cәmiyyәtin müxtәlif
problemlәrinә olan münasibәtini әks etdirәn mәqalәlәrini dә çap etdirib. Din vә fәlsәfә sahәsindә
uzun illәr araşdırmalar apararaq “Qurani Kәrim”i tәfsir edib, "Müslümanlığın şәrtlәri" vә "Üç
hekayә" adlı kitablarını yazıb. 1911-ci ildә nәşr etdirdiyi “Xanların şәcәrәsi” kitabı qazax-qırğız
xalqının tarixinә işıq salır.
Şәkәrim, Sovetlәrin gәlişini dә xoş qarşılamayıb. Onların yeritdiyi siyasәt nәticәsindә 1920-
1921-ci illәrdә Qazaxıstanı qıtlıq bürüyüb. Minlәrlә insan acından vә yoluxucu xәstәlikdәn mәhv
olub. Əsilzadәlәrin alçaldılması vә tәqibi başlayıb. Şairin “
Dostları ilə paylaş: