63
Dörd ünsürlə dörd təbiətin dürlü birləşməsi üçün hərəkət gərəkdir. Hərəkətin olmasının şərti isə zaman
davamlılığıdır: zaman keçmişi, indini, gələcəyi verir, hərəkət isə keçmişdən gələcəyə gedən davamlılıqda
sürüb-gedir. Keçmişsiz, indisiz, gələcəksiz davamlılıq, sürəklik yoxdur. Davamlılıq yoxdursa, hərəkət də
yoxdur.
Bəs, nəyə görə fələklər Yer üzünə zamanı verir?
Zamanın əsasında gecə ilə gündüzün biri-birini əvəz etməsi durur. Gecə ilə gündüzün biri-birini əvəz
etməsi Günəşin, Ayın batıb-çıxması nəticəsində olur. Aristoteldən sonra sufilər də belə hesab edirdilər ki,
Yer üzünə ən yaxın fələk Ayın «sancıldığı» fələkdir. O, Yerin həndəvərndə fırlandıqca gecə-gündüz, zaman
əmələ gəlir. Zaman isə Yerdə hərəkətin şərtidir.
Deməli, insanın yaranış baxımından kökü gedib çıxır Dörd ünsürlə dörd təbiətə, oradansa fələklərə. Özü
də Günəş fələyindən sonra daha yeddi fələk (Müştəri, Ütarid və s. fələkləri) gəlir. Deməli, insanın kökü də
doqquz fələyəcən gedib çatır.
Fələklər Məlaküt aləmi ilə, Qüvvət aləmi ilə, yəni ruh aləmi ilə hərəkətə gətirilir. Deməli, insanın kökü
fələklərdən gedib çıxır Ruh aləminə, oradan gedib çıxır dünyanın ideyası olan Ağıla, oradan da Bircəyə
(Allaha).
Ona görə də sufilər insanın yaranışına eniş deyirdilər. Yəni insan Allahdan onun mərtəbə-mərtəbə
düzülən zühurları ilə enə-enə yaranıb.
Dünyanı və özlərini belə gördükləri üçün, hər şeydə Allahın təzahürünü (bilintisini), hər şeydə Ruhun
iştirakını gördükləri üçün sufilərin çevrələrindəki dünyaya çox sevgili, heyran, məhrəm münasibətləri
vardı. Onlar namaza duranda qabaqca duracaqları yeri öpürdülər və namazdan sonra da «çox sağ ol» üçün
həmin yeri öpürdülər. Bununla ayaq basdıqları yeri incitdikləri üçün üzr istəyirdilər. Qaşığı əllərinə alanda
sapını öpürdülər, süfrəni öpüb otururdular. Yeriyəndə belə torpağı incitməkdən çəkinərək yeriyirdilər. Bu
davranışları ilə sufilər İslam dünyaduyumuna yüksək ekoloji mədəniyyət gətirirdilər.
İndi gəlin, Sufizmdə insanın necə olmasını anlamaq üçün bir anlıq sufi kimi özümüzü duyaq.
Gözünüzün qabağına gətirin ki, ota, ağaca, gülə, qayalara, suya nəvazişlə, sevinə-sevinə, sevə-sevə
baxırsınız. Hər zərrədən sizin üçün Uca Tanrıya bir qapı açılır. Özünüzə baxın və içinizdən gedib-çıxın dörd
ünsürə, dörd təbiətə, oradan fələklərə, oradan dünya Ruhuna və daha yuxarıbir şerini də yada salmaq olar:
Sıxılarsan, yığılarsan yay kimi,
Sıxılarsan, çəkilərsən özünə,-
çəkilərsən özündən də o yana;
Evindən, eşiyindən,
Dünənindən, keçmişindən,
Bələyindən, beşiyindən,
Lap ananın bətnindən də o yana,
Lap atandan da, babandan da o yana,
Lap elindən, obandan da o yana,
Bu dünyanın ayına,
ulduzunacan,
Lap Allahın özünəcən
sıxılarsan, çəkilərsən özünə<
Sufilərin təbiəti necə qavramalarını duymaq üçün öz üzərində kiçik bir məşq aparın. Ürəyiniz
qısılanda, dünyadan küsəndə, əsəbi bir gərginlik duyanda sevinclə yayılın Təbiətə, fələklərə, Dünya
Ruhuna, hətta bacarsanız Allaha, görəcəksiniz ki, ruhunuza dinclik gəlir, xeyirxah olursunuz< Sufi
günlərinin çoxunu belə keçirirdi.
64
İslam dünyaduyumunda sirrə sevgi və təsəvvüf (Sufizm)
əhlinin psixolojisi
İslam dünyaduyumunda «gizli və üzə çıxanlar» məsələsi çox önəmli yer tutur. Artıq, Allahla kainatın
ilişgisində gizlinin təcəlli etməsi, parlayıb-bilinməsi var. Özü də təcəlli, zühur arxayınçılıq gətirmir, zühur
sirlərin bolluğunu bildirib, maraq, anlamaq vəcdi yaradır.
İslam, ən çox isə təsəvvüf, sirlərə bayğın dünyaduyumudur. Yəqin heç bir din, fəlsəfi-dini axtarış, - bəlkə
də əl-kimyanı, yəhudi kabbalasını çıxmaq şərti ilə, - təsəvvüf qədər gizlilərin aşiqi deyildi.
Buddizm bu eşqə əzabların səbəblərindən biri deyərdi. Sufi isə bu eşqdən əzab çəkmir, çünki gizlilər
Allahın sirlərini andırır və Allahın varlığına, Yüksək, Sonsuz Bacarığına tanıq (şəhadət) verir. Çünki varlıq
sirlərlə dolu, dolğun olanda Allahın adına yaraşır.
Sirlər, gizlilər bolluğuna inam, eşq, maraq təsəvvüfdə insana elə bir psixoloji, elə bir şakər (azar deməyə
dilimiz gəlmədi) verirdi ki, bunu başqa fəlsəfi-dini cərəyanlarda görmək çətindir. Təsəvvüf əhlinin özü
əcaib, qəribə adamlar idi, adi kişilərin cızığından çıxırdılar, nəsnələrdə, olaylarda, onlar arasındakı
əlaqələrdə heyranedici, ürəyi uçunduran, adamı gülməkdən öldürən və ya mat qoyan əcaibliklər,
ağlasığmazlıqlar görürdülər.
İnsan necə olmalıdır? İnsan sirləri axtaran, paradokslardan həzz alan olmalıdır. Qavrayışını bunun üçün
acgöz etməlidir. İnsan qəribə sirlərə tamarzı olmalıdır. Əcaibliklərə, sirr dünyasının paradokslarına ideya
axtarışları, ağılın «yerişi» ilə çatmaq olar< Onun üçün də Sufizm bu yoldan özünü əsirgəmirdi.
Sirlərə, gizlilərə məsəllərlə, qəribə işarələrlə, sezgilərlə (intuisiya ilə) də çıxmaq olar. Təsəvvüf bu yolun
da yolçusu idi.
Məhəmməd peyğəmbər demişdi: «İslamda rahiblik yoxdur». Xristian rahibliyində bədənə əziyyət
vermək, bədəndən İblis oylağı kimi öc (intiqam) almaq xüsusi yer tuturdu. Allaha özünü həsr etmişin belə
etməsini İslam rəva görmürdü. Dünyanın o biri tayında Budda da insana bunu rəva görməmişdi. Hind
rişiləri (zahidləri) Hinduizmin göstərişi ilə özlərini cismən üzürdülər. Budda isə bu yolu tutandan sonra
bunda heç bir mənəvi xeyir görməmişdi. Onun üçün də davamçılarına orta yolu buyurmuşdu, yəni nə
canüzücü zahidliyi, nə də cismin qulu olmağı məsləhət görmüşdü.
Təsəvvüf də bu orta yolu tuturdu, ancaq onda cismaniliyə, bədənə sayğı daha çox, daha qayğılı idi. Sufi
zahidlik edə bilərdi, ancaq tamahın, Allahı unutmağın qarşısını almaq dərəcəsində. Hər halda sufi
təriqətlərinin çoxu belə idi. Bədənə bu normal ilişgi qaldığı üçün də təsəvvüf əhli gərəkəndə, əcaiblik tələb
edəndə bədənə də qulluq edə bilərdilər.
Təsəvvüfdə sirli əcaibliklər və qəribə düşüncələrə,
davranışlara sevgi
Bəzi sufi təriqətləri ideya axtarışlarında əcaiblik üçün hətta Quranı da, dini simvolları da «tərsə-məzhəb»
çevirirdilər. İçki içən və ya bədənə qulluq edən Bektaşi dərvişi saxta arsızlıq və sarsaqlıqla küfrlə inamı,
sağaltmaqla pintiliyi qovuşuqda tuturdu. Məsələn belə bir olay:
Bektaşi dərvişlərindən biri camini boş görüb, içəri keçir, başlayır rakısını içməyə. Birisi bunu pəncərədən
görüb, ona sarı tüpürür:
- Tfu, utanmaz hərif.
Bundan Bektaşi bərk qızır:
Dostları ilə paylaş: |