Niyazi Mehdi



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə33/60
tarix23.08.2018
ölçüsü0,95 Mb.
#63929
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   ...   60

 
69 
Yadınızdadırsa, orada ruh anlayışının tanıdıcısı kimi «istədiyi vaxt özü-özündən hərəkətə gəlməyi, 
devikməyi» göstərirdilər. İnsanda ruh olduğu üçün istədiyini istəmi ilə edir, hərəkətə gətirib, gerçəkləşdirir. 
Kant göstərir ki, əxlaqi həyatda insanın eyləmlərinin yönəldicisi kimi onun istəmi çıxış edir. İstəminsə 
yönəldicisi (idarəedicisi) əxlaqi qanun ola bilər. 
Qanun nədir? Hamını razılaşdırmaq üçün, birgəliyə gətirmək üçün əsas. Doğrudan da, hərə öz bildiyini 
edəndə birgəlik, birgəyaşama dağılır. Ancaq hamı, məsələn, «Oğurlama!», «Öldürmə!», «Xəyanət etmə!» 
buyuruqlarına qulaq asanda birgəyaşayış üçün çox pisliklər aradan götürülür. 
Qanunun belə olması üçün və ayrı-ayrı adamların istəmini birgələşdirməsi üçün onun özünüsevərlik və 
məncillik (eqosentrizm) özüllərinə söykənməməsi gərəkdir. 
Bəs özünüsevərlik, eqoizm nədir?  
Kant belə cavab verir: insan etmək üçün necə etməyi, nəyi əldə etməyi seçir. Yəni insan belə də edə 
bilərdi, elə də edə bilərdi. Bunlar hamısı onun qarşısında imkanlar, olabiləcəklərdir. Və insan onu xoşnut 
edəni, bəyəndirəni seçirsə, deməli, nəyi seçməsinin özülünə səadət istəyini qoyur. Kantın fikrincə 
özünüsevərlik, eqoizm özünü xoşbəxt etməyi davranışda rəhbər tutmaqdır. Yəni sən ancaq sənə səadət 
gətirənləri seçib, etmək istəyirsən. Deməli, davranışında özünə qulluq etməklə məşğulsan. Maarifçilər 
söyləyirdilər ki, sən özünə ağıllı şəkildə qulluq edəndə bununla həm də başqalarına qulluq edən hərəkətlər 
yapmış olursan. Özünü sevə-sevə, əgər bu sevgi ağıllıdırsa, başqalarını sevməyin də sənə xeyirli olması 
düşüncəsinə gəlib çıxırsan. 
Kant isə əxlaqi istəmin kökü kimi özünüsevərliyi, maarifçilərin «ağıllı eqoizmini» tamam inkar edirdi. 
Əsl əxlaqi qanunların, əsl əxlaqi iradənin yiyəsi olmağın bir yolu var, bu da hər hansı təmənnadan, 
umacaqdan arınmaqdır. Əgər sən bir nəfərə həm də çox istənmək üçün fədakarcasına yaxşılıq edirsənsə, 
artıq, sənin yaxşılığının qatışığı var. O, təmiz əxlaqi eyləm deyil. Əxlaq o zaman başlayır ki, sən xoşun gəldi-
gəlmədi, bunu özünə borc bildiyin üçün yaxşılıq edirsən. 
 
 
Kant insan azadlığı haqqında 
 
Onun üçün də Kant əxlaqi qanunun necə olmasını belə bildirir: elə davran ki, sənin iradənin söykəndiyi 
əsasların hamı üçün qanunvericilik gücü olsun. 
Bu nə deməkdir? O deməkdir ki, sənin əxlaqi davranışının, eyləminin kökündə, əxlaqi iradənin 
başlanğıcında duran qanunlar, «olmalıdır», buyuruqları elə olmalıdır ki, bir başqası onlara əməl etmək 
istəməyəndə belə, boynuna alsın ki, bir nəfərin, bir dəstənin xeyri üçün düzəldilmiş qanunları yox, hamı 
üçün eyni dərəcədə ədalətli olan qanunları pozur. 
Kant incələdiyi məsələdən azadlıq, bağımsızlıq (müstəqillik, asılısızlıq, bağla bağlanmamaq) 
anlayışlarına çıxır: əgər mən borcumu bilib, onun əsasında iradəmlə davranıramsa, deməli, özüm istədiyim 
kimi davranıram, deməli, azadlığıma arxalanıram. 
Bu yerdə filosof soruşur: «Azadlığımı mən haradan bilirəm?» Və cavab verir: «Hər halda duyularım 
vasitəsi ilə təbiətdən almıram, çünki təbiətdə hər şey nəyə görəsə olur, hər şeyin səbəbi var. Azadlıq anlayışı 
əsasında təbiətdəki heç bir prosesi anlamaq olmaz. Təbiətdə hər şey səbəb-nəticə zəncirinin bir halqası kimi 
törəyib». 
Buradan insanın necəliyi ilə bağlı yeni bir problemə çıxırıq. Kimsə nəsə yaramazlıq edib. Biz nə zaman 
onu suçlaya bilərik? Əgər desək ki, insanın necə etməsinin arxasında onun hansı ailədən çıxması, o gün 
kefinin necə olması, dünya haqqında bildiklərinin səviyyəsi və s., durur, onda belə çıxır ki, insan bütün 
etdiklərində özü-özündən asılı deyil, onu həmişə filan cür davranmağa səbəb-nəticə zənciri sürükləyir. Bu, 
bir insan konsepsiyasıdır. Və bu konsepsiyanı qəbul edən kəsdən soruşmaq gərəkdir: əgər insanı qıraq 
səbəblər «bu cür» davranmağa sürükləyirsə, bizim nə ixtiyarımız var, onu pis əməllərinə görə danlayaq, 
cəzalandıraq, yaxşı əməllərinə görə isə öyək? 


 
70 
İnsanı etdiklərinə görə o zaman pisləmək və öymək olar ki, o, etdikləri üçün sorumlu (yəni soruşulan, 
cavabdeh) olsun. Sorumlu olmaq isə o deməkdir ki, etdiyinə görə ondan soruşurlar və o, cavab verməlidir. 
Belə çıxır ki, insan azad olanda sorumlu olur. Vəzifəsinə görə buyuruq qulu olan generallar müharibə 
cinayəti üstündə məhkəməyə çəkiləndə «mən əmrə tabe olmuşam» deyib, özlərini cəzadan qurtarmaq 
istəyirlər, yəni tutduğum vəzifə, içdiyim and mənim azad olmağıma, sorumlu olmağıma heç bir yer 
qoymurdu, sorumlu olmadığım üçünsə cavabdeh deyiləm. 
Hərçənd bu zaman başqa bir sual çıxır: axı, sən cinayətkar dövlət işində işləməkdə azad idin, deməli, 
belə bir vəzifəni tutduğun məsələdə sorumlusan, cavabdehsən. Stalin repressiyalarında iştirak edənlərin 
«əmrə tabe idim» sözünə belə cavab vermək olar. 
İndi Kanta qayıtsaq, söyləyə bilərik ki, onun insan konsepsiyası, bax, bu problemləri, bu sualları ortaya 
atır. 
Kanta görə, insan bir yandan, təbiətin içində yaşayan varlıqdır. Özünün yemək, dolanmaq, işləmək 
gərəkləri ilə o, təbiətdəki proseslərin içinə «yazılıb» və ona görə də səbəbləndirici təsirlərə məruz qalır: 
nələrsə onu filan yerə döndərir, nələrsə nəyisə etməyə qoymur və ya etməyə sürükləyir. 
Ancaq insan dünyasının o biri tayı, o biri bölgəsi də var ki, təbiətdən qıraqdadır, təbiətin səbəb-nəticə 
zəncirinə girmir, tərsinə, insana özü istədiyi kimi davranıb, səbəb-nəticə gedişinin yönünü dəyişdirməkdə 
kömək edir. 
 
 
Kant təcrübədən bilik tapan düşünüşlə təmiz  
düşünüş haqqında 
 
İnsanın iç dünyasında, qutunda olan bu bölgə nə olan şeydir? Könisberqli filosof (yəni Kant) bu suala 
belə cavab verirdi: insanın ruhunda bilmək istəyi və uyğun olaraq biliyi əldə edən, bilmə işini 
gerçəkləşdirən bölgə var. Bilmək nədir? Odur ki, tapırsan və tapdığının doğruluğunu, yanlışlığını 
gördüklərinlə, eşitdiklərinlə, toxunduqlarınla, bir sözlə, qavrayışınla, duyularınla yoxlaya bilirsən. Elmin 
kökündə bu cür bilmək durur. İnsan düşünüşü özünü bu çərçivədə saxlayanda, təcrübəni (duyduqlarını) 
düşünməklə məşğul olanda elmə qulluq edir. 
Ancaq düşünüşün bir xasiyyəti də var: o çox asanca adlayıb, bütün çərçivələrdən çıxa bilir. Bir də 
görürsən ki, içinə, axınına elə şeylər alır ki, onları heç cürə duyulanlar çərçivəsinə salmaq olmur. Məsələn, 
düşünüşün tez-tez üz tutduğu Tanrını, sonsuzluğu bəyəm görmək olar, təcrübənin çərçivəsinə yerləşdirmək 
olar? 
Düşünüşündə insan sərhədlər, sınırlar bilmir, bir də görürsən, «elə-belə», necə gəldi düşünür. 
Azərbaycanlı qocalardan soruşanda ki, «nəyi düşünürsən?», bəzən cavab verirlər: «heç, dağı arana 
daşıyıram, aranı dağa». Bu deyim düşünüşün sınırlar bilmədən baş alıb getməsini yaxşı göstərir. 
Kantın fikrincə təbiətin səbəb-nəticə zəncirinə bağlanmış, öz işini bu zəncirin cızığında aparan, bu 
zəncirə baxaraq tapan bilimimizdən (idrakımızdan) fərqli olaraq təmiz, bağımsız (sərbəst) düşünüşümüzdə 
biz təbiətdən, təcrübəmizdən qırağa çıxırıq. Və bu qırağa çıxmamız da bizə hər an anladır ki, biz təbiətin 
tamam içində deyilik, bizdə təbiətdən azad tərəf də var. Bax, beləcə, sərhəd, sınırbilməz düşünüşümüz bizə 
özgürlüyümüzü verir. 
Tanrını bilmək olmaz, yəni Onun haqqında elmi həqiqətlərə söykənən bilik almaq olmaz, ancaq Tanrını 
düşünmək olar, daha doğrusu, Tanrını bilmək, dərk etmək üçün düşünmək olmur, ancaq düşünmək üçün 
düşünmək olur. 
Baş alıb, gedən düşünüş «dünya sonsuzdur, ya sonludur?», «Tanrı var, ya yoxdur?» haqqında dürlü 
fəlsəfi düşüncələr qurur, heç birisini də təcrübə ilə (duyumla) yoxlamaq olmur, ona görə də heç biri bilik 
vermir, heç birini «doğrudur», «yanlışdır» ölçüləri ilə ölçmək olmur.  
Təcrübə ilə yoxlanmaz məsələlər olduğu üçün də tarix boyu cürbəcür fəlsəfi sistemlər yaranıb və biri o 
birisini yıxa bilməyib. Fəlsəfə indiyənəcən elm olsaydı, birinin doğru olması, artıq, hamı tərəfindən qəbul 


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə