71
olunardı. Bax, belə «ağlına gələn» fəlsəfi quramalar yaradan, daha doğrusu, çərçivə bilmədən istədiyi yerə
üz tutan düşünüşə Kant fəlsəfəyə ziyan verən olay kimi baxmışdı.
Ancaq sonra Könisberqli filosof konsepsiyasına həmin düşünüşün insana azadlıq verdiyini görüb, onun
başqa yöndə praktiki dəyərini, gərəkliyini açır. Təmiz düşünüş öz ideyaları ilə («Tanrı», «azadlıq» və s.
ideyaları ilə) əxlaqın olmasına özüllər, təməllər qoyur.
Kantın əxlaq nəzəriyyəsi və başqa əxlaq sistemləri
Bu yerdə insan problemi ilə bağlı Buddizm, Daosizm, Sufizm və Kant fəlsəfəsi arasında yaxınlaşmaları
və uzaqlaşmaları göstərmək yaxşı olar. Buddizm deyir ki, insan əzablardan özgürləşmək üçün dünyanın
səbəb-nəticə zəncirindən qırağa çıxmalıdır. Kant da belə hesab edir, ancaq əzablardan qurtulmaq üçün yox,
əxlaqlı olmaq və etdiklərinə cavabdeh, sorumlu olmaq üçün. Özü də bu vaxt sənin yaşamının çətinliyi birə
on qat artacaq, çünki kələkbazların, eqoistlərin, özünüsevərlərin qurduqları oyuna uyğunlaşdırmayacaqsan
özünü. Çəkdiyin əziyyətlərdə isə səni o ovundura bilər ki, sən İnsan adına layiq olursan, sən əxlaqlılığın
əlçatmazlığına sarı qalxırsan və bununla yəqin ki Tanrı adamı olursan.
Buddizm göstərirdi ki, dünyanın səbəb-nəticə zəncirindən qurtulmaq üçün insan «Mən»indən
arınmalıdır, onun iç dünyası «mənsiz mənimsizə» çevrilməlidir, çünki elə «Mən» özü dünyadan yığılan
«kərpiclərdən» tikilir: sevdiyi üçün evlənir, ata olur. Atalıq bu «Mən»in bir «kərpici» olur. İnsanlarla sıx
ilişgidə olur, buna görə də kiməsə nifrət edir, kimləsə dost olur, kimdənsə inciyir və bütün bunların da
hamısı «Mən»in tikilməsi üçün başqa «kərpicləri» verir. Sonucda həmin «kərpiclərdən» tikilmiş «Mən»
insanı yoğun bağlarla dünyaya bağlayır və bu bağlardan insana arası kəsilməz əzablar axır. Onun üçün də
öz «Mən»ini yox etməklə həmin bağları qırıb, atırsan.
Kantın insan konsepsiyasında isə əxlaqlı olmaq üçün insana güclü, dərin bir «Mən»ə çevrilmək
buyurulur. O zaman ki sən təbiətin səbəb-nəticə zəncirində sürüklənirsən, sən başqa nəsnələrdən elə də
fərqlənmirsən. Yağış yağanda yaş olan torpaqdan, qaya düşəndə sınan ağacdan sənin etdiklərin, sənə
edilənlər nə ilə fərqlənir? Bir «qaya» da düşüb səni ağac kimi sındırır və s.
Ancaq nə zaman ki sən bağımsız, təmiz düşünüşlə azad olduğunu anlayırsan, o zaman bu azadlıq sənə
«Mən» verir. Mən təbiətin bir halqası olan nəsnə olmamaqdır. «Mən» min şeydən biri olmamaqdır (sonralar
ekzistensialistlər, – «ekzistensiya» «olmaq» deməkdir, – öz fəlsəfələrində «Mən» problemini bu yöndə
dərindən düşünməyə başladılar).
Onu da deyək ki, Kantın insan haqqında düşüncələri ayıq idi. O bilirdi ki, axıracan belə bir «Mən»in
yiyəsi olmaq, axıracan azad və azadlığında əxlaqlı olmaq əlçatmaz bir idealdır. İnsan, sadəcə, belə ideala bu
və ya başqa dərəcədə can ata bilər.
İndi isə götürək Dao fəlsəfəsini: burada da bilgə dünyanın «səbəb-nəticə» zəncirindən özgürləşir. Ancaq
necə? Dao fəlsəfəsinin ana kitabı olan «Dao-de szin»də deyilir:
Qanunlar, buyuruqlar çoxaldıqca,
oğruların, quldurların varı artır.
Ona görə də yetkin adam söyləyir:
Mən etməzlikdəyəm
və xalq özü dəyişir,
Mən dincliyi sevirəm
və xalq özü düzəlir.
Mən işlərdən qıraqdayam
və xalq özü varlanır,
Mən istəkdən qıraqdayam
və xalq özü yoxlanılır.
72
Beləcə, Dao bilgəsi gerçəkliyə özündən heç nə artırmaq istəmədiyi üçün, gerçəkliyin ritmini pozmadığı
üçün bilgəliyini edirdi. Dao müdriki yeni-yeni düşüncələr, istəklər tapmaqla dünyanı özümsəmək
(özününkü etmək) işindən özünü özgürləşdirirdi. Kant isə yəqin bu yerdə deyərdi: əxlaqlı adam əxlaqi
qanunlardan və borc («etməliyəm!») çağırışından çıxış edərək dünyanı yaxşılaşdırmağa çalışmalıdır.
Sufi dünyaya Allahın yaradıcılığı kimi baxdığı üçün buradakı səbəb-nəticə zəncirinə o qədər maraq
göstərmirdi ki, ona bir ad da versin. Sufini, daha çox, səbəb-nəticə zəncirinə sığmaz əcaibliklər, möcüzələr
maraqlandırırdı, çünki onlar hamısı Yaradanın ucalığını, dünya üzərində istədiyini edə bilməsini göstərirdi.
Möcüzələrin, əcaibliklərin, - onların dadını bilən, onlardan vəcdə gələn yoxdursa, - nəyin naminə
edilməsi cavabsız qalar. Allah möcüzələrini bilgələr üçün edir ki, baxıb, Yaradana heyran olsunlar,
bilməzlər üçün edir ki, başları qəfildən daşa dəysin, özlərini dünyanın rahat axarında duyub, istədiklərini
etdikləri yerdə birdən bütün bunların nə qədər əbəs olduğunu anlasınlar. Allahdan qorxmayan dikbaşlar elə
bilirlər ki, dünyanın səbəb-nəticə zəncirinin ucundan tutub, hər şeyi ayaqlarının altına çəkə bilərlər. Allah
isə öz möcüzələri ilə qəflətən vurub, bu zənciri param-param edir və Allahdan qorxmaz dikbaşlar bir də
aciz-aciz baxırlar ki, əllərindən «zəncir» qırığı sallanır.
Sufi arifi də Kant kimi dünya zəncirindən qurtulmağı məsləhət bilirdi. Ancaq bunun üçün pəhrizi (və ya
pərhizi) məsləhət görürdü. Pəhriz təkcə yeməkdən, iştahadan özünü saxlamaq deyil. Pəhriz dünya
nemətlərinə tamah salmamaqdır. Daha sonra sufi arifinə səxavət məsləhət görülürdü, yəni o, dünya
nemətlərinə tamarzı olmadığı üçün də nəyi varsa, insanlara asanca paylamalıdır. Ancaq, hər halda, sufinin
dünyaya tamaşa edib, onun seyrindən xoşnut olması Buddizmlə tutuşduranda çox idi. Daha sonra, sufi
«necə etməliyəm?» sualının cavabında öz hərəkətlərinin kökünə Allaha heyranlığı, Allaha qovuşmaq
səadətini qoyurdu. Kant əxlaqın kökündə səadət motivini görməyə qorxurdu, sufi isə Allaha üz tutmağı,
hər edəcəyində Allahın istəyini bilib, buna uyğun etməyi və bundan mutlu olmağı əsas götürürdü.
Buddizm, Daosizm, Sufizm, Maarifçilik, Kant fəlsəfəsi gördük ki, bizə insanın cürbəcür görklərini
(şəkillərini, modelini) verir. Hərəsi insan anlayışını özünə uyğun tanıdıcılarda açıqlayır, insanın varlığını
bir-birindən fərqli olaraq ayrı-ayrı qatlara, bölgələrə bölür və bunun əsasında necə yaşamağı, necə etməyi
öyrədir. Gördük ki, onların hər biri insan haqqında düşüncələrini havadan almır. Qabaqca fəlsəfələrini
qururlar, onunla dünyanın görkünü, modelini cızırlar, sonra isə bu fəlsəfənin içindən insanın necəliyini
çıxarırlar.
Adi, gündəlik bilincin insanda gördükləri hara, fəlsfənin insanda açıqladıqları hara!
Marksist fəlsəfədə insan problemi
Ən birincisi: Marksa görə, hər bir insan toplumsal, sosial bağların hörgüsüdür (insan sosial
münasibətlərin məcmusudur). Burada məntiq belədir: insanın bilinci, psixologiyası ən öncə insandan
dişarıdakıların insanın içində görünməsidir (fəlsəfədə buna «interiarizasiyon» deyirlər). Yəni mənim
şüurum bərabərdir mənim uşaqlıqdan gördüklərimin, eşitdiklərimin görklərinin, obrazlarının yığımına.
Bəs, insan nələri, necə iç dünyasına alır?
İnsan hansı bir çevrəninsə (mühitinsə, ortamınsa) içində yaşayır. Çevrəsi (ailəsi, işdaşları və s.) onun
nələri və necə görməsinə təsir edir. Məsələn, var kəndli sinfi, kəndlilər öz aralarında ayrı-ayrı adamlar kimi
nə qədər fərqlənsələr də, bir sinfin üzvləri kimi onları bir çox cəhətlər birləşdirir.
Var sinfin öz psixologiyası. Tutalım ki, filan çağla bağlı demək olar ki, kəndlilərin psixologiyasında
hürkəklik xaqanlıq edirdi. Və ya başqa vəziyyət: ayrı bir çağda kəndli psixologiyasını hiddət bürüyə bilər.
Ancaq bu söylədiklərimiz hələ psixologiyadır. Siniflərin bilinci, şüuru da var. Şüur sinfin psixologiyasını
aşağı qat kimi özünə götürür və ona anlayışların dilində anlamaq qatını artırır.
Deməli, sinfin bilinci onun dünyanı, toplumu və özünü necə anlamasından törəyir. Hər hansı bir sinfi
özümlü (özünəməxsus) ideyalar, anlayışlar bürüyür. Məsələn, XIX yüzildə, XX yüzilin erkənlərində fəhlə
Dostları ilə paylaş: |