E.Başkeçid “Tiflisdə yeddi məhbus”un kompoziyasının “Min bir
gecə”nin və ya Bakaççonun məşhur “Dekomeron” əsərinin süjet və fa-
bula sistemi ilə səsləşməsi barədə qənaətləri əsərin strukturunu üzə
çıxarır. Ə.Mədədoğlunun bu romanını istər öz bənzərsiz təhkiyəsi, is-
tərsə də klassik əfsanə və ya şəhər motivlərindən toxunmuş novellala-
rın xarakteristikası etibarilə tamamilə orijinal və oxunaqlı bir əsər ki-
mi dəyərləndirmişdir. O, eyni zamanda Derridanın “Həyat – mətndir,
mətn – gerçəkliyin yeganə mümkün modelidir” – sözlərinə istinadı,
“Tiflisdə yeddi məhbus” romanının gerçəkliklə əlaqələrinə işıq tutur.
Göründüyü kimi, 90-cı illərdən sonra Borçalıda nəsr ustalarının
yeni nəsli yetişmişdir. İstedadlı qələm sahibləri Zümrüd Orxanın, To-
fiq Qurbanlının, Liya Nəsibovanın, Ayxan Ayvazın, eləcə də Aidə
Tağının, Almaz Maşovun, Afayət Afiqin və digər gənc nasirlərin bədii
axtarışları nəsrimizin bu günə qədərki inkişaf yolunun məntiqi dava-
mıdır. Həmin axtarışların istiqamət və xarakteri də bununla müəyyən-
ləşir. Burada müasirlik ruhu bədii təfəkkürümüzün əsas məcrasından
kənarda deyil, məhz bu yolun davam etdirilməsində öz əksini tapır.
ƏDƏBİYYAT
1.
“Çeşmə”, ədəbi məcmuə. Tbilisi, 1980.
2.
“Dan ulduzu”, ədəbi məcmuə. Tbilisi, 1987, 1989, 1990.
3.
“Ədəbi Gürcüstan”, ədəbi toplu. Tbilisi, 2007, 2012.
4.
“Addımlar”, ədəbi məcmuə. Bakı, 1994, 1995, 1997.
5.
“Gürcüstan” qəzeti. Tbilisi, 1960-2014-cü illər.
6.
Bayramov Hidayət. Vətəndaş rəis. Bakı, 1967.
7.
Bayramov Hidayət. Od içində düşüncələr. Bakı, “Yazıçı”, 1986.
8.
Əliyev Vəli. Dostlar. Bakı, “Uşaqgəncnəşr”, 1968.
9.
Əliyev Vəli. İkinci görüş. Bakı, “Yazıçı”, 1986.
10.
Yusifli Y. Sönməz ocaq. Seçilmiş əsərləri. Bakı, “Borçalı”, 2010.
11.
Azərbaycan Ədəbiyyatı antologiyası, ədəbi toplu. Borçalı”, Bakı, 2008.
12.
Mədədoğlu Ədalət. Tiflisdə yeddi məhbus. Bakı, 2014.
Mushfig Chobanov
THE PROBLEMS OF DEVELOPMENT
OF AZERBAIJAN PROSE IN GEORGIA
Summary
The article deals with the literary environment of modern Azerbaijan in
Georgia, the propensities of development of Azerbaijan literature are investigated
and the creativity of our compatriots who have a role in the development of our
prose is attracted to the scientific research first time. Enriching the literary