Nizami adına ƏDƏBİyyat institutu



Yüklə 3,05 Mb.
Pdf görüntüsü
səhifə102/130
tarix31.10.2018
ölçüsü3,05 Mb.
#77077
1   ...   98   99   100   101   102   103   104   105   ...   130

sədləri  və  s.  “Borçalı  dünyası”  kitabının  əsas  mövzusunu  təşkil  edir. 
Borçalı  camaatının  amalı  da,  əməli  də  göz  önündə  canlanır,  onların 
siyasi şüurunun artması və s. səlis dillə, əlvan bədii vasitələrlə oxucu-
lara çatdırılır. 
Yaradıcılığa 90-cı illərdə və daha sonralar başlamış nasirlər. 
Ədəbi  nəsillər,  hər  bir  yeni  mərhələni  özündən  əvvəlkilərin  dialektik 
davamı və törəməsi kimi meydana çıxdığı vahid ədəbiyyat axınında ən 
səciyyəvi  cəhətlərin,  ən  yeni  meyillərin  bilavasitə  daşıyıcısı  rolunda 
çıxış edir. Bəs bu gün – XX əsrin 90-cı illərində və daha sonralar ədə-
biyyata gəlmiş gənclərimizin bədii yaradıcılıq sahəsində ilk addımları 
onlardan  ədəbi  həyatımızın  yeni  nəsli  kimi  söz  açmağa  imkan  ve-
rirmi?  Biz  bədii  yaradıcılıqla  məşğul  olan  gənclərimizin  subyektiv 
müdafiəçisi  mövqeyindən  çıxış  etmək  fikrindən  uzağıq  və  səmimiy-
yətlə  etiraf  edirik  ki,  onların  bəzilərinin  yazıları  bu  suala  tam  əmin-
liklə  cavab  verməyə  hələ  ki,  imkan  vermir.  Lakin  bununla  belə,  de-
məliyik  ki,  onların  arasında  həqiqətən  istedadlı gənclər  də  vardır.  Bu 
istedadlı gənclərimizin bədii yaradıcılığına nəzər yetirdikdə aydın olur 
ki, güclü ədəbi gənclik yetişir, onların bədii yaradıcılığı ümidverəndir. 
Onlar  arasında  Zümrüd  Orxan,  Tofiq  Qurbanlı,  Etimad  Başkeçid, 
Ədalət  Mədədoğlu,  Liya  Nəsibova,  İlhamə  Məhəmmədqızı,  Almaz 
Maşov,  Ayxan  Ayvaz,  Afayət  Afiq  və  başqalarının  adlarını  xüsusilə 
qeyd etmək olar (11). 
Zümrüd Orxan şairdir, publisistdir, həm də gözəl nasirdir. “Bor-
çalı gecələri” adlı nəsr kitabının müəllifidir. Onun hekayələri öz oxu-
naqlığı,  məzmunu,  yaddaqalımlılığı  ilə  seçilir.  Əksəriyyəti  də  vətən, 
yurd,  el-oba,  insanlıq,  zəhmət,  həqiqət  mövzusundadır.  “Tənha  qə-
birlər”, “İydələr çiçək açanda…” və s. hekayələri xüsusilə diqqəti cəlb 
edir və böyük tərbiyəvi əhəmiyyətə malikdir. 
Ədalət Mədədoğlunun “Tiflisdə yeddi məhbus” adlı romanı do-
ğulduğu  Başkeçiddən  28  seçmə  parçada  yaşlı  nəslin  nümayəndələ-
rindən  eşitdiyi,  duyduğu  əhvalatları  təsvir  edir.  Bu  əhvalatlarda  bəzi 
tarixi  hadisələrin  xronologiyası  bilərəkdən  dəyişdirilib.  Kitabda  Bor-
çalı  mahalına  məxsus  dialekt  sözlərdən  və  Osmanlı  dövrünə  aid  ar-
xaizmlərdən istifadə olunub (12). 
Yazıçı Etimad Başkeçidin “Ön söz”ündə romanda cərəyan edən 
hadisələrin  xronoloji  və  məntiqi  ardıcıllığı,  əsərin  üslubu  və  təhkiyə 
bütövlüyü  ilə bağlı  fikirləri öz  əksini tapmışdır.  Keçmişin  və indinin 
fundamental  obrazları,  sosial  həyatın  və  onun  məhdudlaşdırılmış,  bir 
növ çərçivəyə salınmış formasının (məhbus) simulyakrı çağdaş roman 
ənənəsində yazılmış əsərin üstün səciyyələrini təşkil edir (12, 3). 


E.Başkeçid “Tiflisdə yeddi məhbus”un kompoziyasının “Min bir 
gecə”nin və ya Bakaççonun məşhur “Dekomeron” əsərinin süjet və fa-
bula  sistemi  ilə  səsləşməsi  barədə  qənaətləri  əsərin  strukturunu  üzə 
çıxarır. Ə.Mədədoğlunun bu romanını istər öz bənzərsiz təhkiyəsi, is-
tərsə də klassik əfsanə və ya şəhər motivlərindən toxunmuş novellala-
rın xarakteristikası etibarilə tamamilə orijinal və oxunaqlı bir əsər ki-
mi dəyərləndirmişdir. O, eyni zamanda Derridanın “Həyat – mətndir, 
mətn  –  gerçəkliyin  yeganə  mümkün  modelidir”  –  sözlərinə  istinadı, 
“Tiflisdə yeddi məhbus” romanının gerçəkliklə əlaqələrinə işıq tutur.  
Göründüyü kimi, 90-cı illərdən sonra Borçalıda nəsr ustalarının 
yeni nəsli yetişmişdir. İstedadlı qələm sahibləri Zümrüd Orxanın, To-
fiq  Qurbanlının,  Liya  Nəsibovanın,  Ayxan  Ayvazın,  eləcə  də  Aidə 
Tağının, Almaz Maşovun, Afayət Afiqin və digər gənc nasirlərin bədii 
axtarışları nəsrimizin  bu günə qədərki inkişaf  yolunun məntiqi  dava-
mıdır. Həmin axtarışların istiqamət və xarakteri də bununla müəyyən-
ləşir.  Burada  müasirlik  ruhu  bədii  təfəkkürümüzün  əsas  məcrasından 
kənarda deyil, məhz bu yolun davam etdirilməsində öz əksini tapır. 
 
ƏDƏBİYYAT 
 
1.
 
“Çeşmə”, ədəbi məcmuə. Tbilisi, 1980. 
2.
 
“Dan ulduzu”, ədəbi məcmuə. Tbilisi, 1987, 1989, 1990. 
3.
 
“Ədəbi Gürcüstan”, ədəbi toplu. Tbilisi, 2007, 2012. 
4.
 
“Addımlar”, ədəbi məcmuə. Bakı, 1994, 1995, 1997. 
5.
 
“Gürcüstan” qəzeti. Tbilisi, 1960-2014-cü illər. 
6.
 
Bayramov Hidayət. Vətəndaş rəis. Bakı, 1967. 
7.
 
Bayramov Hidayət. Od içində düşüncələr. Bakı, “Yazıçı”, 1986. 
8.
 
Əliyev Vəli. Dostlar. Bakı, “Uşaqgəncnəşr”, 1968. 
9.
 
Əliyev Vəli. İkinci görüş. Bakı, “Yazıçı”, 1986. 
10.
 
Yusifli Y. Sönməz ocaq. Seçilmiş əsərləri. Bakı, “Borçalı”, 2010. 
11.
 
Azərbaycan Ədəbiyyatı antologiyası, ədəbi toplu. Borçalı”, Bakı, 2008. 
12.
 
Mədədoğlu Ədalət. Tiflisdə yeddi məhbus. Bakı, 2014. 
 
Mushfig Chobanov 
 
THE PROBLEMS OF DEVELOPMENT  
OF AZERBAIJAN PROSE IN GEORGIA 
 
Summary 
 
The  article  deals  with  the  literary  environment  of  modern  Azerbaijan  in 
Georgia,  the  propensities  of  development  of  Azerbaijan  literature  are  investigated 
and  the  creativity  of  our  compatriots  who  have  a  role  in  the  development  of  our 
prose  is  attracted  to  the  scientific  research  first  time.  Enriching  the  literary 


environment of Georgia by the creativity of V.Aliyev, Y.Yusifli, B.Orujlu, H.Ilyas, 
M.Valiyev,  E.Ellezoglu,  I.Mammadli,  N.Abdurahmanli,  I.Ilyasoglu  and  others  are 
analyzed. 
 
Мушфиг Чобанов 
 
ПРОБЛЕМЫ РАЗВИТИЯ АЗЕРБАЙДЖАНСКОЙ  
ПРОЗЫ В ГРУЗИИ 
 
Резюме 
 
В  статье  даются  сведения  о  современной  азербайджанской  литератур-
ной  среде  в  Грузии,  исследуются  тенденции  развития  этой  литературы. 
Фактически  впервые  к  исследованию  привлекается  творчество  наших  соте-
чественников, имеющих определенные заслуги в развитии национальной про-
зы. Объектом анализа служат произведения В.Алиева, Ю.Юсифли, Б.Оруджлу, 
Г.Ильяса,  М.Велиева,  Э.Аллязоглу,  И.Мамедли,  Н.Абдулрахманлы,  И.Ильяс-
оглу и др. 


Yüklə 3,05 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə