Nizami adına ƏDƏBİyyat institutu



Yüklə 3,05 Mb.
Pdf görüntüsü
səhifə100/130
tarix31.10.2018
ölçüsü3,05 Mb.
#77077
1   ...   96   97   98   99   100   101   102   103   ...   130

turgiyasının banisi M.F.Axundov “Aldanmış kəvakib” (1857) əsəri ilə 
Azərbaycan ədəbiyyatı tarixində yeni üslublu realist nəsrimizin yaran-
masında əsas rol oynamış, xüsusilə də ilk dəfə povest janrının əsasını 
qoymuş, 1865-ci ildə yazdığı “Kəmalüddövlə məktubları” adlı fəlsəfi-
traktatı ilə bədii nəsrimizin yeni nümunəsini yaratmışdır. Borçalı tor-
pağında dünyaya  göz açmış,  ümumiyyətlə, Azərbaycan  ədəbiyyatının 
zənginləşməsinə  ölçüyəgəlməz  əmək  sərf  etmiş  mütəfəkkir  Nəriman 
Nərimanovu,  ötən  əsrdə  nəsrimizin  gözəl  nümunələrini  yaratmış  Ab-
dulla Şaiqi və Ömər Faiq Nemanzadənin yaradıcılığı Gürcüstan ədəbi 
mühitini zənginləşdirən amillərdəndir.  
Klassiklərimizin  yaratdıqları  bu  ənənələri  sonralar  Şərif  bəy 
Kərimli, Kamil Kirəcli, Rza Şahvələd, Ənvər Yusifoğlu, Murtuz Mu-
radov və başqaları uğurla davam etdirmişlər. 
XX  əsrin  ikinci  yarısında  Gürcüstanda  yaranmış  Azərbaycan 
nəsrini  araşdırarkən  yaradıcılığının ilk nübarını məhz Borçalıda  yara-
dan, borçalılara  ərməğan edən, sonralar Azərbaycanda  yaşayan Tahir 
Hüseynovu, Vəli Əliyevi, Həmid Vəliyevi, Nəriman Əbdülrəhmanlını, 
Eyvaz  Əlləzoğlunu,  Seyfəddin  Ziyalını  və  b.  xüsusilə  qeyd  etmək 
istərdik. Çünki Borçalı nəsrinin inkişafında, zənginləşməsində onların 
da  xidmətləri  olmuşdur.  1980-ci  ildə  Ə.İsmayıllının  tərtibində  nəşr 
olunan “Çeşmə” ədəbi məcmuəsində Vəli Əliyevin “İkinci görüş”, Əli 
Abbasın “Dostluq haradan başlanır?”, Həmid Vəliyevin “Əhməd ma-
şını satdı” hekayələri çap edilmişdir (1).  
“Dan ulduzu” məcmuəsinin 1987, 1989, 1990-cı illərdəki bura-
xılışlarında  Ə.İsmayıllının  “Yeni  ünvan”,  Ə.Abbasın  “Ömrün  keçən 
günləri”, H.Bayramlının “Qoca çobanın  etirafı”,  “Qan”,  N.Əbdülrəh-
manlının  “Bayrama  üç  gün  qalırdı”,  H.İlyasovun  “Bu  heç,  bu  dü-
zəldi”, “Bağışlayın,  saatınız neçədir?”, E.Əlləzoğlunun “Köhnə  bağ”, 
“Meydandan  kənarda”,  “Qisas”,  S.Ziyalının  “Sönmüş  ocağın  közü”, 
“Tut  bağında”,  T.Qurbanovun  “Avtobus”,  Y.Vəliyevin  “Kim  haqlı-
dır”,  İ.Hacıoğlunun  “Ana  arzusu”,  E.Elsevərin  “Buğda  çörəyi”, 
B.Oruclunun  “Dilbilənlər”  və  s.  hekayələrinin  oxucular  tərəfindən 
rəğbətlə  qarşılanması  elə  həmin  illərdə  artıq  Borçalı  nəsrinin  forma-
laşmasından xəbər verirdi (2). 
Eləcə  də  “Ədəbi  Gürcüstan”  məcmuəsinin  2007  və  2012-cı  il-
lərdəki  buraxılışlarında,  həmçinin  başqa  ədəbi  məcmuə  və  dərgilərdə 
çap olunan, oxucu auditoriyası tərəfindən rəğbətlə qarşılanan bu və ya 
digər  hekayə,  povest  və  romanları  problemin  öyrənilməsi  üçün  qar-
şımızda geniş imkan açır (3). 
İkinci Dünya müharibəsindən sonra, Gürcüstanda yaşayıb-yara-


dan,  Azərbaycan  nəsrinin,  bütövlükdə  isə  Azərbaycan  ədəbiyyatının 
Borçalı  qolunu  zənginləşdirən,  inkişaf  etdirən  nasirlərin  həyat  və  ya-
radıcılığına diqqət yetirdikdə, onlar arasında nəsil dəyişməsinin uğurla 
davam etdiyi aydın  görünür. Və biz bu nəsil dəyişməsini şərti olaraq 
üç  mərhələyə,  yaxud  Borçalı  nasirlərini  üç  qrupa  bölməyi  lazım  bil-
mişik: 
1. Yaradıcılığa 50-ci illərdə və daha əvvəl başlamış nasirlər.  
2. Yaradıcılığa 60-80-ci illərdə başlamış nasirlər. 
3. Yaradıcılığa 90-cı illərdə və daha sonralar başlamış nasirlər. 
Yaradıcılığa  50-ci  illərdə  və  daha  əvvəl  başlamış  nasirlər. 
XX əsrin ikinci  yarısında, daha dəqiq  desək,  İkinci  Dünya müharibə-
sindən  sonrakı  dövr  ədəbiyyatımızın  Borçalı  qolunun  yaranmasında, 
ilk  növbədə,  Murtuz  Muradovun,  Vəli  Əliyevin,  Tahir  Hüseynovun, 
Hidayət Bayramovun, Əli Abbasın, Əzim İsmayıllının və başqalarının 
əməyini xüsusilə qiymətləndirmək lazımdır (4). 
Murtuz Muradovun “Kamal” pyesi hələ 1944-cü ildə M.F.Axun-
dov  adına  Tiflis  Azərbaycan  Dram  Teatrında  səhnəyə  qoyulmuş,  bir 
çox  hekayə,  povest  və  pyesləri  müxtəlif  mətbuat  orqanlarında  çap 
olunmuşdur.  Onun  “Əli  kişinin  bazar  səfəri”  (“Sovet  Gürcüstanı”,  1 
noyabr, 1960), “İtirilmiş səadət” (“Sovet Gürcüstanı”, 25 fevral, 1961) 
və s. hekayələri çox maraqlıdır (5). 
Yazıçı  Hidayət  Bayramovun  “Vətəndaş  rəis”  adlı  ilk  kitabı 
1967-ci ildə Bakıda çap olunmuş və Borçalı torpağının ilk qaranquşu 
kimi  çox  sevinclə,  hərarətlə  qarşılanmışdır  (6).  Kitaba  “savaş  anım-
larını ədəbiyyata gətirən” qocaman nasirin altı böyük həcmli hekayəsi 
salınmışdır.  Bu  hekayələrin  beşində  –  “Döyüş  yollarında”,  “İntizar”, 
“Naməlum  adam”,  “Vətəndaş  rəis”  və  “İnsan  dirilir”  hekayələrində 
müharibə həyatından söhbət açılır, gənclərimizin, ata-babalarımızın o 
çətin illərdə göstərdiyi şücaətdən, dözümdən, yenilməz iradədən, cəsa-
rətdən bəhs edilir və ismətli, vəfalı, etibarlı, qoçaq, gözəl qızlarımızın 
həyatı təsvir olunur. 
Yazıçının  1986-cı  ildə  Bakıda  “Yazıçı”  nəşriyyatı  tərəfindən 
çapdan buraxılmış “Od içində düşüncələr” kitabının mövzusu isə vətə-
nimizin  keçmişi,  ötən müharibə illəri, bu  günün  vacib  məsələ və ha-
disələrindəndir. Kitabın  əsas  qayəsini Vətənə, xalqa, torpağa sədaqət, 
beynəlmiləlçilik  ruhu,  xalqlar  arasındakı  dostluq  və  məhəbbət  hissi 
təşkil edir. Bu kiçik hekayələr oxucuda vətənpərvərlik hisslərini daha 
da gücləndirir (7). O qanlı-qadalı illərdən 70 ildən artıq vaxt keçmə-
sinə baxmayaraq, bu hekayələri oxuyarkən, qaysaq bağlamış yaraları-
mızın qaysağı qan verir, ürəyimizdən insanı sarsıdan bir göynərti, bir 


sızıltı keçir. Çünki Böyük Vətən müharibəsinin ağrı-acısını ömrü boyu 
çoxları yaşayıb. 
Vəli Əliyevin “Dostlar” (Bakı, “Uşaqgəncnəşr”, 1968) və “İkin-
ci görüş” (Bakı, “Yazıçı”, 1986) adlı kitablarında ideya və məzmunca 
bir-birini  tamamlayan  hekayələr  verilmişdir.  Həmin  əsərlərdə  qədim 
Borçalının inqilabdan əvvəlki və inqilab ərəfəsindəki həyat tərzi, yox-
sul  kəndli  sinfinin  oyanması,  keçmiş  ağalara  və  bəylərə  qarşı  kənd-
lilərin  azadlıq  savaşına  başlaması  öz  bədii  əskini  tapmışdır.  Hekayə-
lərdə  qədim  Borçalının  axarlı-baxarlı  mənzərələri,  barlı-bərəkətli  zə-
miləri… Yovşanlı dərə, Qalayurdu, Aranlı, Daştəpə, Qaçağan, Qəribli, 
Cökəli, Sərinli və s. yerlər təsvir olunmuşdur (8). 
“Getsin o günlər” hekayəsində baba və nəvə münasibətləri ma-
raqlı bir epizodla verilir. İki həyat tərzini görmüş baba keçmiş dərdli-
qəmli  günləri  xatırlayanda  “ürəyindən  qara  qanlar  keçir”,  nəvəsinin 
“xoşbəxt gündə yaşamasından” sevinir, özünü də onun kimi  yeni hə-
yatda xoşbəxt və bəxtəvər sanır. Əsərdə baba tipikləşmiş bir ağsaqqal, 
öyüdverici,  incə  qəlbli,  mehriban  və  həlim  xasiyyətli  bir  insan  kimi 
təqdim olunur… Bu hekayənin əsas xüsusiyyətlərindən biri də odur ki
müəllif Borçalıda kəndli kütləsinin oyanmasını, öz “ağasına” söz qay-
tarmasını,  daha  onlarla  hesablaşmadığını,  o  cümlədən,  Səfərin  Sadiq 
bəyə  söz  qaytarmasını,  onun  ot  tayasına  od  vurub  qaçmasını  kəndli 
inqilabının ilk ünsürü kimi oxucuya çatdırır. 
“İkinci görüş” hekayəsində ağaların və bəylərin haqsızlığı, əda-
lətsizliyi,  kəndliləri həddən artıq  istismar etməsi  və  onlara qarşı  Bor-
çalı  kəndlilərinin  səbr  kasasının  daşması,  etiraz  səslərini  ucaltması, 
bəzən də açıq mübarizəyə keçməsi, o cümlədən Yolçu bəyi döymələri, 
Namaz  bəyin  evini  dağıtmaları,  mal-qaralarını  öz  aralarında  bölüş-
dürmələri kəndlilərin öz hüquqlarını artıq başa düşməsinə bir işarə idi. 
Bu  işarələr  isə  hekayədə  çox  incəliklə  təsvir  olunmuşdur.  Hekayədə 
Səlim kişi ilə Aslanın görüşməsi, bəylərə qarşı etiraz söhbətləri, namə-
lum  adamın  onları  bolşevik  kimi  qələmə  verib  polis  idarəsinə  xəbər 
çatdırması,  rəis  müavini  Mürsəl  bəyin  Səlim  kişini  və  Aslanı  hədə-
qorxu  ilə  sınaqdan  çıxarması  və  nəhayət,  onlara  bağlama  verib  Mah-
mud  bəyə  göndərməsi,  hər  ikisinin  Şulaverdə  keçiriləcək  yığıncağa 
gəlməsini  tapşırması  kəndlilərin  gözünü  açır,  onlar  Şulaverə  gəlir. 
Borçalı təşkilatının gördüyü işlər barədə Tiflisdən gələn adamın məlu-
matını  dinləyirlər. Bu adam  isə  Mürsəl bəy idi.  Bu,  əslində püxtələş-
miş mübariz inqilabçı Mürsəl bəylə hərəkata yenicə qoşulan kəndlilə-
rin ikinci görüşü idi, yəni artıq inqilabın yaxınlaşması demək idi. 
Yazıçının “İlk qurban” hekayəsində xalqın inqilabi şüurunun in-


Yüklə 3,05 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə