Nizami adına ƏDƏBİyyat institutu



Yüklə 3,05 Mb.
Pdf görüntüsü
səhifə98/130
tarix31.10.2018
ölçüsü3,05 Mb.
#77077
1   ...   94   95   96   97   98   99   100   101   ...   130

lənir,  üslub  fərqləri  dərinləşir,  ideya-estetik  tendensiyalar  formalaşır” 
(2, 512).  
Son  illərdə  realist  nasirlərimizin  bir  çox  əsərləri  çap  olunmuş-
dur.  Kosmoqonik-mistik  fərdi  dünyagörüşü  ilə  yazdığı  “İdeal”  roma-
nından  sonra  İsa  Muğannanın  “Cəhənnəm”,  “Qəbiristan”,  “Gur  Ün” 
povest  və  hekayələri  realist  yaradıcılıq  metodunun  postsovet  məka-
nında inkişafı nümunəsi  kimi  maraqlıdır. Elçin  bu mərhələdə dövrün 
aparıcı  mövzularını  duyub  sezir,  Qarabağ  mövzusuna  müraciət  edir, 
“Bayraqdar”,  “Qarabağ  şikəstəsi”  nəsr  əsərlərini  yazır.  Azərbaycan 
yeni  nəsrinin  maraqlı  nümayəndələrindən  M.Süleymanlı  da,  ictimai-
siyasi  hadisələrin  ədəbiyyatın  bədii  problematikasına  gətirdiyi  dəyi-
şikliyə riayət edir, öz üslubunu yeni mövzuda sınayır və onun “Erməni 
adındakı hərflər” romanı oxucular tərəfindən maraqla qarşılanır. Sey-
ran Səxavət yeni nəsr ənənəsinə məxsus bir xüsusiyyəti, relizmlə sim-
volikanı  sintez  etmək  prinsipinə  sadiq  qalır,  “Yəhudi  əlifbası”  ro-
manında müasir zamanın ictimai-siyasi məsələlərinə fərdi  yaradıcılıq 
üslubunda nəzər salır. Qarabağ müharibəsi, qaçqın psixolgiyasının təs-
virinə  yaradıcılığında  ön  plana  keçirən  Aqil  Abbasın  “Qiyamət  ge-
cəsi”, “Çadırda Üzeyir Hacıbəyov doğula bilməz”, “Dolu” kimi əsər-
lərində müharibə dövründə müxtəlif xarakterli insanlar arasındakı gər-
gin  psixoloji  durumları,  umumiyyətlə  bu  müharibənin  bütün  gerçək-
liklərinin bədii inikasını yaratmağa çalışır.  
Şair  kimi  tanıdığımız  S.Rüstəmxanlı  da  bu  mərhələdə  nəsrə 
müraciət  edir. Tarixi-mifoloji, tarixi-publisistik, sənədli-tarixi roman-
lar  yazır.  Uzaq  tariximizə,  oğuzlara  müraciət  etdiyi  “Göy  tanrı” 
romanında, XX əsrin əvvəllərində baş verən hadisələrin təsvirinə həsr 
etdiyi  “Difai  fədailəri”  sənədli-tarixi  romanında  və  “Ölüm  zirvəsi” 
nəsr  əsərlərində  hadisələrin  epik  təsvirinə  meyil  etmişdir.  Sovet 
ideologiyasının  uzun  müddət  işıqlandırılmasına  icazə  vermədiyi  qa-
ranlıq  dövrlərin  bədii  problematikaya  gətirilməsi  postsovet  nəsrinin 
əsas  cəhətlərindəndir.  Məsələn,  Vidadi  Babanlının  “Gizlinlər”  roma-
nında yazıçının öz həyatı da daxil olmaqla faktoloji məlumatlara mü-
raciət  etməsi  onun  avtobioqrafik roman kimi  səciyyələnməsinə  səbəb 
olur. Müəllif özü də romanını gerçək roman adlandırır.  
Postsovet  məkanında  “Yeni  nəsr”  ənənələrini  yalnız  dövrün  iş-
tirakçıları  davam  etdirmir.  Ədəbi  prosesə  80-ci  illərin  sonu  və  müs-
təqillik ərəfəsində  gəlmiş bəzi nasirlər də  yaradıcılıqlarında realizmin 
yeni  formalarına  müraciət  edirlər.  Elçin  Hüseynbəylinin  “Yovşan 
qağayılar”, “Don Juan”, “Metro vadisi”, “Şah Abbas”, “Yolayrıcında 
qaçış” romanları və hekayələri, Rəşad Məcidin “10 sentyabr”, “Əlvida 


və  salam”  kitablarında  toplanan  hekayə  və  bədii-publisistik  esseləri 
realizmin  özünə  əks  paradiqmada  dayanan  digər  yaradıcılıq  metod-
larının bəzi keyfiyyətləri ilə sintez olunmuşdur. Elçin Hüseynbəylinin 
“Yovşan  qağayılar”  əsərinin  qəhrəmanı  öz  babasının  yaddaşına  gir-
mək üçün pul kisəsinin qoxusundan və yovşan iyindən istifadə etmək 
istəyir. Qəhrəman babasının  yaddaşını oyadıb,  vaxtilə  baş vermiş  ha-
disələrin  axarına  düşmək  istəyir.  Mahmud  bəyin  və  qəhrəmanın  bu-
günkü taleyində baş verənlərin növbəli şəkildə nəql  edilməsi  zaman-
dan-zamana  adlayış  xarakteri  daşıyır,  hadisələr  iki  müxtəlif  zaman 
kəsiyində  təsvir  edilir.  Realizmdə  psixoloji  elementlərə  üstünlük  ve-
rilməsi Nəriman Əbdürrəhmanlının “Yalqız”, “Yelçəkən” və sair nəsr 
əsərlərində də əsas yer tutur. 
Sovet  dövrünün  sonlarında  yazılmış  bəzi  əsərlər  müstəqillik 
dövrünün nəsrində təməl rolunu oynayırdı, çağdaş nəsr həmin ənənəni 
davam  etdirirdi:  Y.Səmədoğlunun  “Qətl  günü”,  Elçinin  “Mahmud  və 
Məryəm”,  Ç.Hüseynovun  “Fətəli  fəthi”  və  s.  Tarixə  yenidən  baxış, 
müxtəlif  zamanlarda  baş  vermiş  hadisələrin  yenidən  işıqlandırılması, 
roman  qəhrəmanlarının  mistik-mifoloji  rəngə  boyanması,  surətin  fər-
din  daxili  aləminin,  onun  lirik-psixoloji  iç  dünyasının,  mənəvi-əxlaqi 
keyfiyyətlərinin  real,  həyati  anlam  və  təsəvvürlərlə  verilməsi  bu  tip 
romanların  əsas  göstəricilərindəndir.  80-ci  illərdən  başlayaraq,  milli 
ədəbiyyatımız yeni tarixi inkişaf mərhələsinə qədəm qoyur. Ədəbiyyat 
fərdin  düşdüyü  mənəvi-ictimai  çıxılmazlıqların  təsviri  ilə  kifayətlən-
mir,  bütövlükdə  cəmiyyətin,  millətin  rastlaşdığı  problemlər  ətrafında 
düşünməyə başlayır. Milli şüurun qayıdışı siyasi problemlərin cəmiy-
yətdə  doğurduğu  kəskin  etiraz  reaksiyası  xalqın  gələcəyi  ilə  bağlı 
narahatlıq hissləri ədəbiyyatda əks olunmağa başlanır, millətin tarixinə 
dair məsələlər nəsrin aparıcı mövzularına çevrilir. Elçinin “Ağ dəvə”, 
Yusif Səmədoğlunun “Qətl günü” romanları məhz tarixi-fəlsəfi nəsrin 
nümunələri hesab olunur. 
Müstəqillik dövründə yazılan əsərlərin sırf bu dovrün xarakterik 
xüsusiyyətlərini  əks  etdirməsi  naqis  cəhət  hesab  edilir.  1990-cı  illər 
nəsrində  Ənvər  Məmmədxanlının  “Babək”,  İsmayıl  Şıxlının  “Ölən 
dünyam”,  Fərman Kərimzadənin  “Təbriz namusu” və “Qoca qartalın 
ölümü” romanları, Əzizə Cəfərzadənin “Zərrintac”, “Gülüstandan ön-
cə”,  “Bir  səsin  faciəsi”,  “Bəla”  və  s.  tarixi  romanlarında  həyat  ger-
çəkliklərinin, tarixdə baş vermiş hadisələrin epik dildə təsviri ön plan-
dadır. Təsvir edilən hadisələr epik-analitik üslubda real cizgilərlə təh-
kiyəyə cəlb olunur. 
90-cı illərdə Ə.Əmirlinin “Meydan”, “Ölü doğan şəhər”, Vidadi 


Yüklə 3,05 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə