Nizami adına ƏDƏBİyyat institutu



Yüklə 3,05 Mb.
Pdf görüntüsü
səhifə99/130
tarix31.10.2018
ölçüsü3,05 Mb.
#77077
1   ...   95   96   97   98   99   100   101   102   ...   130

Babanlının  “Ömürlük  cəza”,  M.İbrahimbəyovun  “Dənizdə  qasırğa”, 
A.Abdullazadənin  “Qanlı  yaddaş”  və  s.  irihəcmli  romanları  yazıldı. 
“Son  illər  ərzində  yaranan  nəsr  əsərlərini  oxuculara,  ədəbi  ictimaiy-
yətə xoş gələn, adamların ağlına, şüuruna, həm də hiss və duyğularına 
təsir  edən  əsas  və  başlıca  amillər  onlardakı  realizm,  müəyyən  həyat 
həqiqəti,  müasirlik  xalqın  istək  və  arzularının  bədii  əksi,  dil-ifadə 
sadəliyi,  xalq  təfəkkürünə  daha çox  yaxınlaşmaq  meyli, xüsusilə  xəl-
qilik,  yəni xalq ruhunun verilməsidir” (3, 446). 1990-cı illərin birinci 
yarısında  həyatın  başlıca  mövzu  və  problemlərini  duyan,  dövrün 
reallığını bədii-fəlsəfi məzmunda təsvirinə meyil edən ədəbiyyat, eyni 
zamanda  böhran  əhval-ruhiyyəsi  yaşamışdır.  Nəsr  onilliyin  ikinci 
yarısında ictimai-siyasi  hadisələrin epik təsvirinə meyil etmişdir. Hə-
min dövrdə nəsrdə başlıca mövzulara iri janrlarda müraciət olunmağa 
başlandı.  
Sabir Əhmədlinin “Axirət sevdası” romanında müharibə gerçək-
liyini  yaşayanların  dərin  psixoloji  sarsıntıları,  faciə  və  kədərləri  ön 
plandadır.  Müəllifin  “Kütlə”  romanı  milli  azadlıq  hərəkatından  və 
meydan hadisələrindən bəhs edir. 1990-cı illərin ilk yarısında yazılmış 
nəsr  nümunələrindən  Əli  Əmirlinin  “Meydan”,  Arif  Abdullazadənin 
“Qanlı yaddaş”, İsi Məlikzadənin “Qırmızı şeytan” roman və povest-
lərindən  bəhs  etmək  olar.  “Meydan”  romanında  1989-cu  ilin  meydan 
hərəkatları dövründə qəhrəmanın öz daxilində baş verənlər ilə cəmiy-
yətin mövcud durumu  arasındakı  əlaqə  ön plandadır.  Romanın müəy-
yən məqamlarında publisistik üslub bədiiliyi üstələyə bilir. Bu, daha çox 
meydanda çıxış edənlərin nitqinin təsvirində özünü göstərir. Hadisələrin 
təsvirinə  realist  münasibət  əsasdır.  Roman  dövrün  ictimai-siyasi 
ziddiyyətləri fonunda insanın mənəvi və ictimai problemlərdən dolayı ya-
şadığı çətinlikləri, səhvləri və doğruları ilə birlikdə həll etməyə çalışır.  
Azərbaycan  “yeni  nəsr”  ənənələrinin  postsovet  məkanında  qa-
zandığı  yeni  xüsusiyyətlər  zamanın  və  ictimai  mühitin  tələblərindən 
irəli  gəlirdi.  Mühit  dəyişir,  həyat  dəyişir,  insan  və  cəmiyyət  münasi-
bətlərinin  dəyişkənlik  yaşaması  təbii  görünür.  Həyat  gerçəkliklərini 
realistcəsinə əks etdirmə prinsiplərini yazan nasirlər istər-istəməz milli 
yaddaşdan,  folklordan,  gendən  gələn,  bəzən  özlərinin  belə  idarə  edə 
bilmədiyi  kodlar  qarşısında  aciz  qalır  və  realizmi  başqa  detallarla 
sintez etməyə məcbur olurlar. 
Azərbaycan “yeni nəsr”i mərhələsində nəsrdə başlayan milliləş-
mə, müstəqilləşmə prosesi, postsovet məkanında sona çatır, artıq müs-
təqil Аzərbaycan nəsri formalaşır. 
 


ƏDƏBİYYAT 
 
1.
 
Xəndan Cəfər. XX əsr Azərbaycan ədəbiyyatı. Bakı, “Elm”, 1955. 
2.
 
Cəfərov N. Azərbaycanşünaslığa giriş. Bakı, AzAtaM, 2002. 
3.
 
Müasir Azərbaycan ədəbiyyatı. Bakı Universiteti Nəşriyyatı, cild II, 2007. 
 
Ayten Ahmedova 
 
THE SEARCHES OF NEW THEMES  
IN MODERN AZERBAIJANI PROSE 
 
Summary 
 
  In  this  article  we  have  tried  to  show  the  innovations  and  traditions  in  the 
literature of the post-Soviet period. It should be noted that since the end of the 80s 
and  the  beginning  of  the  90s  Azerbaijani  literature  is  the  literature  of  the 
independent  nation.  New  features  of  Azerbaijani  “new  prose”  traditions  gained 
during  post-Soviet  period  were  result  of  demand  of  that  time  and  public  opinion. 
Publishers  are  often  helpless  in  the  face  of  codes  coming  from  national  memory, 
folklore,  gene  and  they  have  to  synthesize  realism  with  other  details.  Fight  for 
independence  and  Karabakh  war  influence  to  the  problematika  of  theme  written  in 
this period. 
 
 
Айтен Ахмедова 
 
ПОИСКИ НОВОЙ ТЕМЫ В СОВРЕМЕННОЙ  
АЗЕРБАЙДЖАНСКОЙ ПРОЗЕ 
 
Резюме 
 
В  статье  предпринята  попытка  осветить  новые  веяния  и  традиции  в 
постсоветской  литературе.  Отмечается,  что  с  конца  80-х  и  начала  90-х  годов 
азербайджанская  литература  становится  принадлежностью  независимого 
народа.  В  традициях  «новой  прозы»  на  постсоветском  пространстве  Азер-
байджана возникают свои особенности соответственно требованиям времени и 
общественной  среды.  Прозаики,  обретя  самовыражение  в  национальной 
генной памяти, фольклоре, порой из-за невозможности владения внутренними 
кодами, вынуждены подменять реализм синтезом других деталей.  
Борьба  за  независимость,  карабахская  война  оказывают  заметное  вли-
яние на проблематику написанных в этот период произведений. 
 


AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI 
NİZAMİ adına ƏDƏBİYYAT İNSTİTUTUNUN ELMİ ƏSƏRLƏRİ 
“ƏDƏBİYYAT MƏCMUƏSİ”, 2015, № 1 
 
Müşfiq ÇOBANOV 
Nizami adına Ədəbiyyat İnstitutu 
M-Borcali@mail.ru
 
 
GÜRCÜSTANDA AZƏRBAYCAN NƏSRİNİN  
İNKİŞAF PROBLEMLƏRİ 
 
Açar sözlər: Gürcüstan, Borçalı ədəbi mühiti, yazıçı, nəsr yaradıcılığı 
Key  words:  Georgia,  literary  environment  of  Borchali,  writer,  work  of 
prose 
Ключевые  слова:  Грузия,  литературная  среда  Борчалы,  писатель, 
прозаическое творчество 
 
Yaradıcı qüvvələrin – bədii söz ustalarının, yazıçıların, şairlərin 
üzərinə  hər  zaman  böyük  məsuliyyət  düşür.  Gürcüstanda  yaşayıb-
yaradan  soydaşlarımızın  nəsr  yaradıcılığını  tədqiq  edərkən  məlum 
oldu  ki,  onların  yaradıcılığında  olduqca  zəngin  janr  və  mövzu  müx-
təlifliyi vardır: romanlar, povestlər, hekayələr, oçerklər, sənədli əsərlər 
və  s.  Borçalıların  ədəbi  yaradıcılığından  danışarkən,  qeyd  etmək  la-
zımdır  ki,  poeziya  nəsrdən  daha  aktual  və  populyar  olmuşdur. 
Poeziyanın  yarandığı  ilk  dövrlərdən  mətbuatda  işıqlandırılması,  aşıq 
və xanəndələrin ifasına tez yol tapması, oxucuya, tamaşaçıya, bir söz-
lə, mənsub olduğu xalqa tez çatması şairləri yazıb-yaratmağa daha da 
ruhlandırmışdır. Bu baxımdan nəsr əsərlərinin şeirdən çox gec yaran-
masının başlıca səbəbləri nəsr əsərlərinin çap edilməməsi, mətbuat sə-
hifələrinə  ayaq  açmasına  mane  olan  amillər,  nəsr  əsərləri  ilə  oxucu 
kütləsini tanış etmək imkanlarının məhdudluğudur. 
Gürcüstanda yaranan Azərbaycan ədəbiyyatının inkişaf meyillə-
rini  araşdırarkən,  Borçalı  mahalının  hələ  qədim  vaxtlardan  saz-söz 
məkanı,  ustad  aşıqlar,  nəğməkar  şairlər  yurdu  olduğu  kimi,  burada 
həmçinin  istedadlı  nasirlərin  də  yaşayıb-yaratdıqlarının,  öz  oxunaqlı 
nəsr əsərləri ilə Azərbaycan ədəbiyyatını zənginləşdirdiklərinin şahidi 
olduq. Bütöv Azərbaycan ədəbiyyatının bir qolu olan bu ədəbi proses 
zəngin ənənələr üzərində yaranıb inkişaf etmişdir. Azərbaycan drama-


Yüklə 3,05 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə