Nizami adına ƏDƏBİyyat institutu



Yüklə 3,05 Mb.
Pdf görüntüsü
səhifə101/130
tarix31.10.2018
ölçüsü3,05 Mb.
#77077
1   ...   97   98   99   100   101   102   103   104   ...   130

kişafı, Sarvan əhalisinin Mehdi ağanın qulluğundan boyun qaçırması, 
onu  hökumət  adamı  yanında  biabır  etməsi,  ona  qarşı  açıqcasına  – 
“Bəsdir,  bizi  haqsız-muzdsuz  işlətdiyin”,  “Biz  də  insanıq,  ac  qarına 
adam işləməz”, “Qanımızı içdin yetər” deməsi, camaatın öz hüququnu 
tələb  etməsi  və  s.  təsvir  olunur.  “Təhlükəli  gecə”  hekayəsi  də  öz 
müasirliyi,  məzmunu  və  ideyası  etibarilə  oxucu  kütləsinin  qəlbində 
özünə xüsusi yer tutur. Kitabdakı “Mollanın kitabı”, “Bu da bir adət-
dir” satirik hekayələri də oxucuda xoş təəssürat yaradır (9). 
10  kitab  müəllifi  Yusif  Yusifli  hələ  1965-70-ci  illərdə  qələmə 
aldığı  “Xoşbəxt  ömrün  qara  günləri”,  “Cuhud  İsmayılın  nisyələri”, 
“Dilim-dilim  olasan,  ay  dilim!”,  “Çuğul  Əhməd”,  “Kəndə  aqronom 
gəlib”,  “Cinli  təpənin  cindarı”,  “Yelqovan”,  “Oğrunun  havadarları”, 
“Hərəmqulunun  yeddinci  sərgüzəşti”  və  s.  hekayələri  əsasən  satirik 
ruhda yazılıbdır. Hekayələrin əsas ana xəttini ağaların, bəylərin, son-
ralar  isə  kolxoz  quruculuğunun,  qəddar,  şimir  kolxoz  sədrlərinin  ka-
sıb, yoxsul kəndlilərə etdikləri zülmlər, onların başına gətirdikləri dəh-
şətlər, aclıq, yoxsulluqla yanaşı uşaqların kütləvi surətdə xəstəliyə dü-
çar  olması,  həkimin,  dəva-dərmanın  olmaması,  hökumətin  körpələrə 
diqqət və qayğı göstərməməsi, cindar mollaların fırıldaqları satira atə-
şinə tutulur, haqq, ədalət, düzlük realist şəkildə müdafiə edilir. Yazıçı 
hekayələrində  yolunu azanları, puldan, var-dövlətdən ötrü nahaq qan-
lar  tökənləri  Allahın  qəzəbindən  qorxmağa  çağırır.  “Hərəmqulunun 
yeddinci  sərgüzəşti”  hekayəsində  qadın  hüquqsuzluğunun  pozulması, 
çoxarvadlılıq və s. ifşa edilir.  
Onu  da  qeyd  edək  ki,  Y.Yusifli  hekayələrdə  olduğu  kimi,  pub-
lisist  əsərlərində  də  həmişə  haqsızlığa,  ədalətsizliyə  qarşı  barışmaz 
mövqedə durmuş, mənfi tipləri cəsarətlə tənqid etmişdir. Yazıçı “Abi-
də önündə düşüncələr” adlı əsərində yazır ki, Böyük Vətən müharibə-
sinə  Qaş  Muğanlıdan  gedən  105  nəfərdən  41  nəfəri  qəhrəmancasına 
həlak oldu. Müharibədən qayıtmayan 41 nəfər gəncə kənddəki parkda 
abidə  qoyulur.  Yazıçı  Abidəni  ziyarətə  gedir.  Əlində  gül  dəstəsi  ağır 
düşüncələrə dalır, elə bil ki, o da daşlaşmışdı: “Sehrli bir qüvvə çəkə-
çəkə 41 nəfər igidin adı həkk olmuş lövhənin önündə dayandırdı məni. 
Əlimdə tər çiçəklər lal və dinməz dayanmışam. Kilidləşmiş dodaqla-
rım  açılmaq  bilmir,  ürək  ağrısı  və  könül  sızıltısı  ilə  lövhədəki  adları 
oxuyuram!. Qəlbimin dərinliklərindən bir sızıltı, bir göynərti baş qal-
dırır, bütün varlığım sarsılır. Həyatdan nakam getmiş, muradları göz-
lərində qalmış el oğullarımız müharibəyə gedərkən nişan üçün alınmış 
üzüyü  sevgilisinin  barmağına  taxmağa  belə  imkan  tapa  bilməmişdi. 
Elə gənclərimiz müharibədən qayıtmadı ki, heç olmasa son dəfə nişan-


lısını bağrına sıxıb vidalaşa bilməmişdi!.. 
Həyat xoşbəxtliyinin ən yüksək zirvəsi hesab etdiyimiz toy şən-
liyi, qara zurnanın səsi, qızların xına oynatması birdən-birə kəsildi, toy 
mərasimi  yarımçıq  qaldı.  Elə  bil  yerlə-göy  birləşdi,  şimşək  oynadı, 
ildırım çaxdı, gurşad qopdu, nitqlər tutuldu, dillər qıfıllandı. Haradan-
sa tükürpəşdirici dəhşətli bir səs, bir inilti, bir fəryad eşidildi: – Müha-
ribə!!! (10) 
Y.Yusiflinin  iki hissədən ibarət  “Dahilər ölmür”  sənədli poves-
tində,  eləcə  də  “Qaş  Muğanlı”,  “Pəhləvanlar  yurdu  Muğanlım  mə-
nim”,  “Dünənə  baxıram  sabahı  görmək  üçün”,  “Oğuz  yurdu  qılınc 
üzlü  Borçalım,  Tavar  sazlı, müdrik  sözlü  Borçalım!”,  “Dünəndən  bu 
günə  açılan  pəncərə”  və  s.  nəsr  əsərlərində  xalqımızın  dahi  oğlu 
Maestro  Niyazi,  Borçalının  yaradıcı  aşıqlarından  aşıq  Əmrah,  aşıq 
Sadıq,  Borçalı  əsilli  alimlərindən  Əlyar  Qarabağlı,  Əhəd  Hüseynov, 
Ayvaz  Həsənov,  Xalid  Əlizadə,  nakam  şair  İsa  Sadıq,  Aysəba  Əli-
zadə,  Borçalıda  maarifçilik  sahəsində  böyük  xidmətləri  olmuş  Şəmsi 
Əlizadə,  Daryal  (Daryal  türk  sözüdür,  mənası  Daryol  deməkdir) 
dərəsindən  Avropanın  azad  edilməsinə  qədər  vuruşan,  qəhrəmanca-
sına həlak olan, yüksək rütbəli zabit Əjdər Hacıyev, Vətən Müharibəsi 
qəhrəmanı Əmrah Aslanov və s. haqqındakı xatirə səciyyəli nəsr əsər-
lərini yaratmışdır. 
Yaradıcılığa  60-80-ci  illərdə  başlayan  nasirlər.  Borçalıda 
yaşayıb-yaradan  yazıçılar  arasında  orta  yaşlı,  daha  doğrusu,  60-80-ci 
illərdə  ədəbiyyata  gələn  nasirlərin  yaradıcılığında  vətən  torpağı, 
qurub-yaradan  əməkçilərinin  obrazları,  beynəlmiləlçilik  ideyaları  ön 
plana  çəkilir,  gənc  nəsil  üçün  bir  örnəyə  çevrilir.  Onlar  arasında 
B.Oruclu,  H.İlyas,  M.Vəliyev,  E.Əlləzoğlu,  İ.Məmmədli,  N.Əbdül-
rəhmanlı,  İ.İlyasoğlu  və  başqalarının  adlarını  xüsusilə  qeyd  etmək 
olar. 
B.Oruclunun “Dilbilənlər” adlı ilk mətbu hekayəsi 1987-ci ildə, 
“Borçalı dünyası” adlı ilk povestlər və hekayələr kitabı isə 1994-cü il-
də  Marneulidə  çap  olunmuşdur.  Həmin  kitaba  daxil  edilmiş  “Sıxış-
dırma”,  “Borçalı  dünyası”,  “Məhəbbətsiz  dünya”  povestləri,  “Əsalı 
adam”,  “İnam”  hekayələri,  eləcə  də  “Boşanma”  və  “Acıqlı  adamlar” 
satirik hekayələri müəllifin istedadlı qələmindən soraq verir. Bu əsər-
lərdə  Borçalının  dünənindən,  bu  günündən  söhbət  açılır.  Müqəddəs 
torpaqlarımızın gözəlliyi, bu mahalda yaşayanların, xüsusilə gənclərin 
qurub-yaratmaq  əzmi, təmiz sevgi,  fəal  həyat  mövqeyi,  halal zəhmət, 
doğma  yurda  bağlılıq,  adət-ənənələrimiz,  narahat  dünyamızın  qayğı-
ları, sabahımıza inam, yeni nəslin düşüncə və istəkləri, arzu və məq-


Yüklə 3,05 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə