Nizami adına ƏDƏBİyyat institutu



Yüklə 3,05 Mb.
Pdf görüntüsü
səhifə109/130
tarix31.10.2018
ölçüsü3,05 Mb.
#77077
1   ...   105   106   107   108   109   110   111   112   ...   130

verir:  “Fəsillər  çaşır  Şuşada  mən  qışda  bahar  görmüşəm.  Qızılgülün 
yanağında  qızılyanaq  qar  görmüşəm”  (3,  390).  Bu  gözəlliyin  necə 
vəhşicəsinə  məhv  edildiyini  göstərmək  üçün  həmin  nümunəylə  ta-
mamilə ziddiyyət təşkil edən bəndlərə baxaq: 
 
Meyitin başı soyulub, 
Birinin gözü oyulub. 
Körpə pis günə qoyulub – 
Eşiblər göreşən kimi (4, 167). 
 
Və ya 
 
Danışmağa qoyma məni
Dişimi qır, dilimi kəs! 
Qarnımı cır! Körpəmi vur! 
Nəslimi qır! Dölümü kəs (5, 257). 
 
Gətirilmiş  nümunələrdə  müharibənin  gedişatında  ermənilərin 
türklüyümüzə qarşı necə həqarətlə yanaşdığının şahidi oluruq. Bu tük-
ürpədici sətirlər Z.Yaqubun “O qızın göz yaşları” poemasında ən dəh-
şətli epizodlar kimi qabardılmışdır.  
 
Körpəcə qızcığazın gözünün qabağında 
Ağaca bağladılar atası Təvəkkülü , 
Üç dəfə od vurdular, yerə töküldü yağı 
Göyə sovruldu külü (5, 260). 
 
N.Həsənzadənin  “Şəhid  atası  Şərif  qağaya  məktub”  əsərində 
ermənilərin  ölüm  tüğyanına  qarşı  qəribə  bir  cavab  verilib:  “Tabut 
sükut  içindəydi,  Sükut  tabut  içindəydi”  (3,  422).  Poetik  cəhətdən  nə 
qədər  mükəmməl  olsa  da,  ağrı  tutumuna  görə  də,  misralar  çox  emo-
sionaldır. Sükuta qərq olmuş bu tabutun son mənzilə yola salınmasını 
isə şair çox mübaliğəli şəkildə əks etdirir. “Bütün bir kənd yığışmışdı, 
bir həyətə sığışmışdı” (3, 422). Bir şəhidin torpağa tapşırılması bütün 
kəndi  bir  araya  gətirib.  Nəzərə  alsaq  ki,  bu  müharibə  zamanı  bir  çox 
kəndlərimiz  şəhid  vermişdi,  onda  gərək  bütün  Azərbaycan  şəhidlərin 
ruhu naminə birləşəydi. Lakin çox qəribə bir vəziyyət əmələ gəlmişdi. 
“Şuşa  əllərindən  gedəsi  olsa,  çoxu  kəlləsinə  güllə  sıxırdı.  Maşallah! 
Hələ  də  salamat  gəzir”  (6,  240).  Digər  tərəfdən  isə  “Kürsüyə 
çatmaqçün biri Ağdamı, Biri də Şuşanı güdaza verdi” (7, 192). Döyüş 


gedə-gedə  baş  verən  hadisələrin  təfərrüatını  İdris  Verdiyevin 
“Taxılmamış mayor paqonu” poemasından görmək olur. “Neçə raport 
yazdı  yuxarılara,  Birinə  də  cavab  verən  olmadı.  Elə  bil  kar  idi 
Bakıdakılar, Mirzə ha yazdısa, kömək almadı” (8, 13). Bu nümunədə 
həmin dövrün ictimai-siyasi xaotikliyi çılpaqlığı ilə təqdim olunub. Nə 
yaxşı  ki,  vicdanlı  zabitlərimizin  vicdanı  hələ  bu  qarışıqlığın  təsirinə 
məruz  qalmamışdı.  “Qırx  iki  vətəndaş  qorudu  özü,  Adı  qəhrəmanlıq 
fövqündə  qaldı”  (8,  15).  Bu  fakt  Azərbaycan  əsgərinin  real  döyüş 
həqiqətidir.  Öz  canı  bahasına  döyüş  yoldaşlarını  məhv  olmaqdan 
qurtarır,  lakin  verilmiş  dəyəri  isə  çox  qəribə  idi.  “Kapitan  Mirzənin 
ölməz ruhuna, Verilmədi Milli Qəhrəman adı” (8, 16). Kapitan Mirzə 
minlərlə  Azərbaycan  şəhidinin  ümumiləşdirilmiş  obrazıdır.  İgid 
oğullarımızdan  geri  qalmayan  qızlarımızın  da  şücaəti  poemalarda 
bədii  əksini  tapıb.  N.Xəzri  “Salatın”  poemasında  yazır:  “Çiynində 
şəhidlər daşıyan gözəl, Bu gün özü getdi çiyinlər üstə” (9, 16). Bunlar 
hamısı  müharibənin  danılmaz  faktlarıdır.  Bu  qurbanların  əbəs  olma-
dığı  barədə  B.Vahabzadə  “Şəhidlər”  poemasında  yazmışdır:  “Bizim 
şəhidlərin  müqəddəs  qanı,  Bəlkə  də,  behidir  sabahımızın”  (7,  284). 
Biz  hansı  sabahımıza  ümid  edirdik,  amma  hansı  qismətimiz  oldu. 
“Sildilər yer üzündən Sildilər Xocalını. Bu qeyrət qalasını, Bu qeyrət 
timsalını” (10, 152). Ümumiyyətlə, Xocalı faciəsi müharibə mövzuları 
içində ən çox müraciət edilənlərdəndir.  
 
Xocalı şanlı insanlara canlı məzar oldu. 
Dünyada bir “Babiy-yar” vardı. 
Xocalı kimi ikinci bir “Babiy-yar” oldu. 
Xirosima kül altında çürüdü, 
Amma torpaq altında Xocalı 
Şişman qarın kimi enib-qalxır (11, 76). 
 
Burada Xocalı faciəsinin dünyanın ən dəhşətli fəlakətləriylə mü-
qayisəsini  görürük.  Son  misradakı  təşbeh  isə  xüsusilə  mükəmməldir. 
Amma yalnız Xocalını itirməmişik; 
 
Çox sərvəti itirmişik 
Gör nə boyda məmləkəti itirmişik. 
Biz Laçının açarını, Əsgəranı, Xocalını 
Ağdam boyda bir məkanı, Qubadlını, Zəngilanı 
Say-hesabsız kənd-şəhəri 
Füzulini, Cəbrayılı, Kəlbəcəri itirmişik (12, 10). 


 
Bu  ağrılı  misraların  müəllifi  Cabir  Novruzun  poemaları  barədə 
filologiya üzrə elmlər doktoru V.Yusifli yazır: “Azərbaycanın bu son 
10-12 ildə aldığı yaralar şair ürəyində də öz əks-sədasını tapıb. Şuşaya 
həsr  etdiyi  poemada,  yaxud  15  il  öncə  işıq  üzü  görən  “Azərbaycan” 
poemasında tariximiz, bu günümüz bütün təzadlarıyla əks olunur” (13, 
154). Bu müharibənin yalnız Azərbaycana yox, bütün bəşəriyyətə ləkə 
olacağını  Elbariz  Məmmədli  xüsusilə  xəbərdarlıq  edir.  “Yaxşı  bax, 
sərsəm  dünya,  Səni  ölüm  hərləyir.  Bu  erməni  xisləti  Sağalmaz  yara 
kimi Qanını zəhərləyir” (10, 140). Müharibənin gedişatında aldığımız 
zərbələr kifayət etmədi, ölkəmiz sözün həqiqi mənasında müharibədən 
çıxmış  vəziyyətə  düşdü.  Milli  mənliyimizlə  antimənlik  mübarizəyə 
başladı.  Müharibə  yalnız  maddi  zərbələr  vurmadı,  həm  də  mənəvi 
aşınmaya  gətirib  çıxardı.  “Gözü  yaxşı  görür  xalqın,  millətin  Torpaq 
sata-sata dikəlirsiniz. Qarabağ bir yağlı qurğuya dönüb, Torpaq yeyə-
yeyə kökəlirsiniz”  (6, 235).  Hələ müharibənin  gedişatında  əmələ  gəl-
miş  bu  mənəvi  aşınmalar  sonralar  əsl  mənəvi  böhranlara  gətirib 
çıxardı.  “İndikilərin  bəzi  Bakıda  yeddinci  mərtəbədə  qaçqındı.  Yeri 
rahatdı,  damağı  çağdı,  özü  də  gözləyir  ki,  Erməni  onun  namusunu 
təmizləyib  qurtaracaq”  (4,  234).  Məhz  buna  görə  də,  şair  əsərinin 
adını  “Cənnətdən  qovulanlar”  qoyub.  Çünki  əsərdə  şair  bu  dünyanın 
cənnəti kimi Qarabağı nümunə göstərir. “Eh, onsuz da milyondan çox 
qaçqınımız  vardır  hələ.  Öz  yurdumuz  özümüzə  dardır  hələ”  (12,  8). 
Yaxın tariximizin bu olayları Elçin  İsgəndərzadənin də  yaradıcılığın-
dan  yan  keçməmişdir.  Bu  barədə  V.Yusifli  yazır:  “Ümumiyyətlə, 
Qarabağ  mövzusu,  yurd  itkisi  və  itkidən  doğan  yanğılar  Elçinin 
şeirlərinin mühüm bir qolunu təşkil edir. Dərin vətənpərvərlik ruhu bu 
şeirlərin mayasına hopub. Amma E.İsgəndərzadə vətənpərvərliyi vətə-
ni  tərənnüm  kimi  anlamır,  o,  vətənin  bu  günündən  yazır,  onun  igid, 
qəhrəman  və  şəhid  oğullarını  gənc  nəslə  nümunə  göstərir,  söz  ustad-
larının sənət dünyasına baş vurur, onları bir vətənin mənəvi tarixinin 
yaradıcıları hesab edir” (13, 215). Onun belə əsərlərindən biri də, “Bu 
qala  bizim  qala”  poemasıdır.  “Xarıbülbüllər  səni  Yuxuda  görür,  bəl-
kə?  Bəlkə,  şəhər  şehiylə  ağlayır  Qarabağda.  Bizim  güllər,  çiçəklər. 
Hələ qan qoxuyur, barıt  qoxuyur. Qarabağdan  əsən  yellər küləklər...” 
(11, 100) “Biganəlik iqlimi” əsərində isə yazır. 
 
Üstü-başı ayaqqabısı nimdaş, 
Ürəyində ümid, gözlərində yaş. 
bu gün rüşvət verə bilmədiyi üçün 


Yüklə 3,05 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə