Nizami adına ƏDƏBİyyat institutu



Yüklə 3,05 Mb.
Pdf görüntüsü
səhifə111/130
tarix31.10.2018
ölçüsü3,05 Mb.
#77077
1   ...   107   108   109   110   111   112   113   114   ...   130

5.
 
Yaqub Zəlimxan. Mən bir dağ çayıyam. Bakı, “Pedaqogika”, 2006. 
6.
 
Yaqub  Zəlimxan.  Seçilmiş  əsərləri.  2  cilddə,  I  cild.  Bakı,  “Şərq-Qərb”, 
2006. 
7.
 
Vahabzadə Bəxtiyar. 2cilddə, II cild. Bakı, “Öndər nəşriyyatı”, 2004. 
8.
 
Verdiyev İdris. Taxılmamış mayor paqonu. Bakı, “Qorqud”, 1998. 
9.
 
Xəzri Nəbi. Salatın. Bakı, “Gənclik”, 1991. 
10.
 
Məmmədli  Elbariz.  Mən  savaşa  çağırıram.  Bakı,  “Vektor  nəşrlər  evi”, 
2006. 
11.
 
Həsənbəy  Yusifbəy.  Сənnətin  bağlı  yolları.  “Azərbaycan”  jurnalı,  №  8, 
2007. 
12.
 
Novruz Cabir. Şuşa yolu. “Azərbaycan” jurnalı, № 9, 2002. 
13.
 
Yusifli Vaqif. Ədəbi həyat. Bakı, “Vektor nəşrlər evi”, 2014. 
14.
 
İsgəndərzadə Elçin. Qürbət hücrəsində. Bakı, “Vektor nəşrlər evi”, 2013. 
15.
 
Tapdıq İlyas. Şuşa gözləyir bizi. “Azərbaycan” jurnalı, № 8, 2001. 
16.
 
Cabbarlı Ələmdar. Kəlbəcərsiz 19 il... Bakı, “Elm”, 2012. 
17.
 
Nəsiboğlu Rizvan. Dörd yol. “Azərbaycan” jurnalı, № 13, 2010. 
18.
 
Qədim Kəmaləddin. Yaşamaqda nə varsa. Bakı, “Vektor nəşrlər evi”, 2012. 
19.
 
İlqar Məmməd. Qaratel. Bakı, “Qələm MMC”, 2010. 
 
Gulnar Gasimli 
 
KARABAKH ISSUE IN THE POEMS WRITTEN  
IN THE YEARS OF INDEPENDENCE  
 
Summary 
 
The  article  is  about  the  topic  of  independence  of  Nagorno-Karabakh  in 
Azerbaijan  literature,  poems.  It  is  noted  that,  in  this  regard,  many  poets  wrote 
poems. The name of the  works and poets are analyzed. In the article the Karabakh 
war is analyzed in 3 forms: Karabakh and the beauty of its lands before the war, the 
period of the war and Khojaly tragedy. Finally, the post-war  situation in Azerbaijan 
are analyzed. It is clear that many poems were written about the war. 
 
Гюльнар Гасымлы 
 
ТЕМА КАРАБАХА В ПОЭМАХ  
ПЕРИОДА НЕЗАВИСИМОСТИ  
 
Резюме 
 
Объектом  статьи  являются  поэмы  на  тему  Карабаха  азербайджанских 
авторов,  созданные  в  период  независимости.  На  основе  анализа  поэм 
различных  авторов  прослежены  три  этапа  в  развитии  темы.  Это:  описание 
красоты  предвоенной  поры  Карабаха  и  окрестных  районов;  война  –  утраты, 
разрушения, ходжалинская трагедия; наконец, послевоенное положение. 


AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI 
NİZAMİ adına ƏDƏBİYYAT İNSTİTUTUNUN ELMİ ƏSƏRLƏRİ 
“ƏDƏBİYYAT MƏCMUƏSİ”, 2015, № 1 
 
Lalə MƏMMƏDOVA 
Azərbaycan Milli Konservatoriyası 
 
ANARIN NƏSRİNDƏ FÜZULİ İZLƏRİ 
 
Açar  sözlər:  Füzuli  ənənəsi,  Anar,  “Beşmərtəbəli  evin  altıncı  mərtəbəsi” 
romanı 
Key words: Fuzuli tradition, Anar, “The Sixth  Floor of the Five-Storey 
Building” novel 
Ключевые  слова:  традиция  Физули,  Анар,  роман  «Шестой  этаж 
пятиэтажного дома»
 
 
Tarixin sınağından keçmiş belə bir fakt heç kəsdə şübhə doğur-
mur  ki,  hər  hansı  bir  xalqın  ictimai-siyasi  həyatının  taleyüklü  dövr-
lərində həmin xalqın yetirdiyi dahi şəxsiyyətlər, böyük patriotlar özlə-
rinin  yeni  həyatına  başlayır,  milli  problemlərin  həllində  öz  yaradıcı-
lıqları,  ədəbi  irsləri  ilə  tarixi  rollarını  oynamağı  yeni  bir  ampulada, 
yeni bir keyfiyyət müstəvisində davam etdirirlər. Xalqımızın ən böyük 
söz  sənətkarlarından  və  fikir  adamlarından  biri  olan  Məhəmməd  Fü-
zuli yaradıcılığı da bu baxımdan istisna təşkil etmir. Çox vaxt “Füzuli 
təsiri”  dedikdə  yalnız  poeziya  göz  önünə  gəlir.  Halbuki  Füzulinin 
Azərbaycan ədəbiyyatına təsiri yalnız şeirlə məhdudlaşmır. Füzuli dü-
hası bütövlükdə Azərbaycan ədəbiyyatının bütün janrlarına, o sıradan 
nəsrə  də  güclü  təsir  göstərmiş,  onun  milli  xarakterinin  müəyyənləş-
məsində müstəsna rol oynamışdır. 
Hələ  səksən  beş  il  bundan  öncə,  1925-ci  ildə  böyük  publisist, 
dramaturq,  yumorist,  filosof  və  alovlu  vətənpərvər  Mirzə  Cəlil 
Məmmədquluzadə  o  zaman  artıq  20  ildən  bəri  nəşr  etdiyi  “Molla 
Nəsrəddin”  jurnalında  qələmə  aldığı  “Füzuli”  məqaləsində  yazırdı: 
“...Füzuli  bizim  məcmuəmizdə  işləyir.  Genə  işləyəcəkdir.  İnanmır-
sınız götürünüz “Molla Nəsrəddin” məcmuələrinin 20 illiyini tökünüz 
qabağınıza,  hansı  şeirə  baxsanız  görəcəksiniz  ki,  onda  Füzulidən  bir 
duz  vardır...  Füzuli  azərbaycanlıdır,  çünki  dili  Azərbaycan  dilidir. 
Onun  məktəbi-ədibəsi  bizim  şairlərin  başına  girib,  bütün  əsərlərində 


bir  Füzuli  ruhu  görünməkdədir...  “Molla  Nəsrəddin”  sözünü  qurtarıb 
deyir  ki,  Füzuli  diridir.  Füzuli  şeir  dövrünün  hazırladığı  yeniliyə 
məğlubolmaz və sarsılmaz bir qüvvədir” (1). 
Demək,  Füzuli  öz  şeirinin  yalnız  forması,  zahiri  gözəlliyi  ilə 
deyil,  dərin  və  zəngin  məzmun  xüsusiyyətləri,  yaratdığı  ölməz  bədii 
obrazların örnək qüvvəsi ilə də, Mirzə Cəlil demişkən, “Füzuli ruhu” 
ilə  də  ədəbiyyata  öz  təsirini  göstərmişdir  ki,  bu  da  təkcə  poeziya  ilə 
çərçivələnə bilməz. Füzulinin təsiri Azərbaycan ədəbiyyatının istər li-
rik, istər epik, istərsə də dramatik növlərində bariz şəkildə özünü gös-
tərmiş və indinin özündə də göstərməkdədir.  
Bu təsirin  yollarından biri də, təbii olaraq, Füzuli məhəbbətinin 
(həm də təkcə məhəbbətinin deyil!) çağdaş nəsrə verdiyi müstəsna im-
pulsla  bağlıdır.  Azərbaycan  ədəbiyyatında  insan  məhəbbətinin  ülvi-
liyinin ən böyük tərənnümçülərindən olan Füzulinin bu sahədəki zən-
gin ənənələrinin davamı və inkişafı, sələf və xələf münasibətlərindəki 
ənənə və novatorluq araşdırma obyekti kimi bir sıra elmi həqiqətlərin 
aşkara çıxarılmasına, problemlərin çözülməsinə imkan verə bilər. 
Əslində, Füzuli irsinə məhəbbət, Füzuli yaradıcılığına ciddi ma-
raq – klassik ədəbi irsə maraq, bağlılıq deməkdir və Anarı bu baxım-
dan yüksək qiymətləndirən akademik Bəkir Nəbiyev belə bir fikrində 
tamamilə haqlıdır ki, “Anar klassik ədəbi irsimizlə sabahkı estetik fik-
rimiz  arasında  mötəbər  mənəvi  körpü  kimi  sözün  müstəqim  məna-
sında nadir sənətkarlarımızdan biridir” (2, 273). 
Bütövlükdə  Azərbaycan  tarixi-ədəbi-genetik  prosesində  Anarın 
mühüm  həlqələrdən  biri  kimi  yerini  və  mövqeyini  düzgün  müəy-
yənləşdirən  tənqidçi-filosof  Rahid  Uluselin  Anarın  altıcildliyinə  yaz-
dığı  geniş  və əhatəli ön  sözündəki  aşağıdakı  fikirləri maraq doğurur: 
“XX  yüzil  Azərbaycan  mədəniyyətinin  özünəqədərki  və  özündən-
sonrakı  çağlarının  ilgəyini  yaradıban  bütövlüyünü  təmin  edən  bir 
orqanik zamandır. Məhz XX yüzildə Azərbaycan mədəniyyəti özünü-
təşkil prinsiplərini müəyyənləşdirdi, hansı köklərdən gəlib hansı  yön-
lərə  budaqlandığını  aydınlatdı,  tarixin  hansı  çağlarında  siyasi-mədəni 
epiqonçuluğa  yarıldığını,  hansı 
yolların  səhv  gedildiyini,
  nələrdə 
büdrədildiyini,  hansı  istiqamətlərdə  düzgün  addım  atıldığını,  hansı 
səmtlərdə  irəli  getməyin  mümkün  və  gərək  olduğunu  sezdi. 
Azərbaycan mədəniyyətinin onurğa sütunu XX əsrin güclü birləşdirici 
“fəqərəsi”  ilə  bərkiyib  qayım  oldu.  Azərbaycan  mədəniyyətinin  bu 
tarixi-genetik  bütövlüyünün  dərk  olunması  və  yaradılmasında  müstəsna 
xidmətləri  olan  mütəfəkkir  sənətkarlarımızdan  biri  də,  şübhəsiz  ki, 
Anardır” (3, 3). 


Yüklə 3,05 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə