Nizami adına ƏDƏBİyyat institutu



Yüklə 3,05 Mb.
Pdf görüntüsü
səhifə110/130
tarix31.10.2018
ölçüsü3,05 Mb.
#77077
1   ...   106   107   108   109   110   111   112   113   ...   130

imtahandan kəsilmiş 
əli-ayağı yerdən-göydən üzülmüş 
qaçqın bir tələbə qızın gözlərinin  
aynasında solan, saralan 
Vətən, Millət sevgisini görmüsünüzmü?! 
Görmüsünüzsə əgər, necə rahat yaşamısınız o səhər?! (14, 160). 
 
Şair qaçqın adını daşımağa məhkum olunmuş tələbə qızın heka-
yətilə ümumiləşdirmə aparır. Qaçqınlıq taleyi bir yana, imtahanlardan 
kəsilməyinin  əsl  səbəbi  də  müharibənin  ölkəmizdə  dərin  iz  saldığı 
problemlərdəndir.  Ən  qəribəsi  də  odur  ki,  bu  cür  acınacaqlı  taleyi 
yaşamaq  məcburiyyətində  qalmış  bir  türk  qaçqınının  gözlərində  hələ 
də,  Vətən,  Millət  sevgisi  çox  aydın  görünür.  Problem  ondadır  ki,  bu 
görünən  sevgini  görmək  istəməyənlər  var.  Bunlar  da  müharibənin 
vətəndaşlarımızın  daxili  dünyasına  vurduğu  mənəvi  zərbələrin  təza-
hürləridir.  Eyni  düşüncələr  F.Qocanı  da  narahat  edir;  “Bəs  Qarabağ-
dan  didərgin  düşən  gəlinlərə,  körpələrə  kim  ağlayacaq?  Bəs  erməni 
əlində əsir qalan qızlara, Bəs bu çöllərə səpilmiş Körpələrə, yurdsuz-
lara  kim  ağlayacaq?”  (4,  233).  Əslində,  şairin  məramı  milləti  ağlaş-
maya  səsləmək  deyil,  əsl  məqsəd  halımızın  nə  qədər  ağlamalı  oldu-
ğunu unutmamağa çağırışdır. Hamımız bilə-bilə ki, erməni əsirliyində 
nə  qədər  soydaşlarımız  var,  ermənilər  onlardan  öz  mənfur  niyyətləri 
üçün  necə  amansızlıqla  istifadə  edir,  gərək  vətəndaşlıq  məsuliyyə-
timizi  itirməyək.  “Qarabağdan  gələn  var”  poemasında  N.Həsənzadə 
yazır:  “Qarabağ  mənim  də  yuxuma  girir,  Getdi  haqq  yolunda  ərlər, 
ərənlər. Erməni Şuşada kilsə tikdirir, Bakıda pul səpir toya gələnlər” 
(3, 46).  
İlyas Tapdıq “Şuşa gözləyir bizi” lirik poemasında tarixi abidə-
lərimizin aqibətinə də etirazını bildirmişdi. “Ayağa qalxacaqmı, Vaqi-
fin məqbərəsi, Nəvvabın qəbri daha? Zakirin Natəvanın Tükəndi səbri 
daha”  (15,  133).  Qarabağ  bütün  maddi-mədəni  abidələrini  itirmək 
təhlükəsi qarşısındadır. Bu səbəbdən də N.Həsənzadənin narahatçılığı 
əbəs  deyil.  “Məxəzlər  oxudum  mən  qana-qana,  Yazılar  görmüşəm 
alban  dilində.  Tarix  kitablarım  qalsın  bir  yana,  Tariximiz  qaldı  düş-
mən  əlində”  (3,  48).  Bu  həqiqətləri  bilə-bilə  mübarizəsizlik  məğlu-
biyyətə  səbəb  olur.  Bir  fakt  da  danılmazdır  ki,  ermənilər  bizim  tari-
ximizə aid olan hər şeyi saxtalaşdırmaqda mahirdirlər. Bu cür əlverişli 
mövcud  şəraitdən  yararlanmaq  onlara  çox  sərfəlidir.  Birinci  minil-
likdən  qalmış  Albandilli  qədim  mənbələrin  düşmən  əsarəti  altında 
qalması  gələcək  tarixin  nə  qədər  yanlış  faktlarla  dünyaya  çatdırıl-


masına  gətirib  çıxaracaq,  bunun  səbəbləri  çoxdur.  Çünki  müaribə 
ölkəmizdə xaos  yaratdı. Vaxtilə ziyalı ailə kimi  tanınan ailələrimizin 
qaçqınlıq  həyatı  çox  acınacaqlı  oldu.  “Müəllim  qapıda  gözətçi  olub, 
Dünənki  qəssabı  qoruyur  polis.  Məktəb  direktoru  xidmətçi  olub, 
Fatihə  oxuyur  çadırda  artist”  (3,  57).  Gətirilmiş  nümunə  N.Həsənza-
dənin  “Qarabağdan  gələn  var”  poemasındandır.  Əsərin  mövzusundan 
bəlli  olur ki,  Qarabağdan gələnlər niyə  və hara  gəldiklərini  ayrıd  edə 
bilmirlər. Çünki onlar ölkədaxili yerdəyişmələrdə elə haqsızlıqla üzlə-
şirlər  ki,  sanki  onların  yurd-yuvalarından  zorla  didərgin  salınmaları 
yaddan çıxarılır.  
Ələmdar Cabbarlı “Kəlbəcər tacıdır Azərbaycanın” poemasında 
qaçqınlıq  ağrılarını  belə  ifadə  edib:  “Qəhrəman  xalqımın,  cəsur 
xalqımın  Bilməzdim  bir  belə  fağır  olduğun.  Qaçqın  adı  altda  ömür 
sürməyin Dözülməz olduğun, ağır olduğun” (16, 20). Bənddən də gö-
ründüyü kimi, müharibə bir çox  yaradıcı ziyalılarımızı  da qaçqın  adı 
altında yaşamağa məcbur edib. Özü də bu cür yaşam nə dəqər dözül-
məz, nə qədər ağırdır: 
 
Mənim də gözümdə yaşım göynəyir 
Yadıma saldıqca huşum göynəyir, 
Kəndimin suyundan içib yuxuda- 
Səhər dururam ki, dişim göynəyir (16, 26). 
 
Rizvan  Nəsiboğlu  “Dörd  yol”  poemasında  haqlı  olaraq  yazır: 
“Yer  də  bütöv  imiş,  göylər  də  bütöv,  Nə  fərqi  burdayan,  ya  o  baş-
dayam.  Xocalı  dərdimi  qanmırsa  dünya,  Nədən  iyirmi  ildi  “yalvarış-
dayam?!” (17, 90). Əgər biz qlobal dünyanın vətəndaşlarıyıqsa, dünya 
bizim  hamımızın  evidirsə,  onda  niyə  supergüclər  razı  olur  ki,  iki 
qonşu ölkədən biri o birinə qarşı ərazi iddiasına düşsün, özü də haq-
sızcasına. Axı hamımız bu dünyanın insanlarıyıq. Bəs niyə 20 ildir ki, 
bu  dünya  bizim  Xocalı  dərdimizi  qanmaq  istəmir?!  Əslində  biz  düş-
mənlərə qarşı birgə mübarizə yolunu tutmalıyıq: “Düşmən baş apardı, 
qudurdu  bəsdi,  Axtarma  düşməni  ocaq  başında.  Sıyır  qılıncını 
sərhəddə  gəzdir,  Ya  da  ki,  gəzdirmə  papaq  başında”  (18,  184). 
Birmənalı şəkildə qəbul edilmiş düşmənimiz var ki, onlara qarşı birgə 
mübarizə  aparmaq  lazımdır.  Çünki  bu  müharibə  zamanı  yalnız 
Qarabağ və ətraf rayonlar döyüş bölgəsi deyildi. Ermənistanla sərhəd 
olan  bütün  bölgələrdə  vəziyyət  gərgin  idi.  Belə  rayonlarımızdan  biri 
də  Qazaxdır.  Orada  şəhid  olmuş  Qaratel  haqqında  poema  yazmış 
Məmməd  İlqarın  dastan-poemasından  bir  parçaya  diqqət  yetirək: 


“Builki  yaz  elə  gəlmişdi,  elə  bil  bir  də  gəlməyəcəkdi.  Qaratelin, 
Alının,  Mərdanın  və  şəhid  olmuş  daha  neçə-neçə  Əskiparalının  bu 
zövqü  artıq  duymadıqlarını  düşünəndə  dilxor  olurdu”  (19,  89).  Bu 
hissləri  keçirən  yalnız  əsərin  qəhrəmanı  yolçu  deyil,  milyonlarla  türk 
övladıdır.  Çünki  neçə  illərdir  ki,  gətirilmiş  nümunədə  təsvir  olunan 
kimi, çox yazlar, çox fəsillər ötüşmüşdü, lakin neçə-neçə ləyaqətli və-
təndaşlarımız  dünyasını  vaxtsız  dəyişdiyindən  bu  həzzdən  məhrum 
olmuşlar.  Müharibə  belə  bir  mənzərə  yaratmışdı.  “Qarabağ  –  öz  ana 
torpağında  dustaqdı  Qarabağ  –  Qeyrətli  başlardan  düşən  papaqdı. 
Qarabağ  –  Ağ  Nəbi  yapıncısında  qara  papaqdı”  (11,  77).  Bütün  bu 
müsibətlərə  baxmayaraq,  yenə  də  ürəklərdəki  qələbəyə  inam  hissi 
ölmür.  Bunun  təzahürünü  C.Novruzun  “Şuşa  yolu”  poemasından  da 
görmək  olar.  Şair  Dədə  Qorqudun  təbirincə  son  ümidini  itirməyərək 
belə deyir. 
 
Axırıncı nüsxələri, Şuşadan rədd olmayınca. 
Əfi ilanlar sayağı başları əzilməyincə. 
Qarabağdan birdəfəlik tumları kəsilməyincə. 
Xankəndindən əbədilik bayrağım asılmayınca. 
Bu yenilməz zəfərimin dastanı yazılmayınca. 
Şuşa bizim millət üçün qeyrət, namus, ar deməkdir. 
Şuşanı azad eləmək Göyçəyə açar deməkdir. 
Təbriz üçün bir paroldur, Dərbəndə uzanan yoldur. 
Qərbi Azərbaycan üçün ümid qapısıdır Şuşa, 
Dərəyazı, Kərkük, Gəncə elin hamısıdır Şuşa (12, 12). 
 
Gətirilən nümunələr də göstərir ki, müstəqillik illərində yazılmış 
poemalarda  Qarabağ  müharibəsinə  kifayət  qədər  yer  ayrılmışdır.  Bu 
müharibənin xalqımızın başına gətirdiyi fəlakətlər bütün sənət adam-
ları kimi şairlərin də əsas mövzusuna çevrilmişdir. Lakin bütün əsər-
ləri bir ideya birləşdirir ki, bu da zəfər yürüşünə olan inamdır. 
 
 
ƏDƏBİYYAT 
 
1.
 
“Şərq  xalqları  ədəbiyyatı:  ənənə  və  müasirlik”  mövzusunda  Beynəlxalq 
elmi konfransın materialları. Bakı, 10-11 oktyabr 2014. Bakı, “Elm”, 2014. 
2.
 
AMEA Nizami adına Ədəbiyyat İnstitutu. Ədəbi proses-2013. Bakı, “Hədəf 
nəşrləri”, 2014. 
3.
 
Həsənzadə Nəriman. Seçilmiş  əsərləri. 7 cilddə, II cild. Bakı, “Prometey”, 
2010. 
4.
 
Qoca Fikrət. Sönən deyil bu ocaq. Bakı, “Elm və təhsil”, 2012. 


Yüklə 3,05 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə