Nizami adına ƏDƏBİyyat institutu



Yüklə 3,05 Mb.
Pdf görüntüsü
səhifə113/130
tarix31.10.2018
ölçüsü3,05 Mb.
#77077
1   ...   109   110   111   112   113   114   115   116   ...   130

Anar da  “ancaq bir an”  deyərkən məhz həmin ölməz,  əbədi  anı 
nəzərdə tuturdu. 
 
Dün Füzuli arizin görgəc rəvan tapşırdı can, 
Laf edib derdi ki, canım var, əmanətar imiş (6, 162). 
 
Bu  da  həmin  andır.  Füzulinin  öz  sevgilisinin  camalını  gördüyü 
və  canını  təslim  etdiyi  həmin  an.  Əslində  Zaur  da  həmin  yuxunu 
gördüyü  və  həmin  iyi  aldığı  anda  canını  təslim  edir;  onun  üçün  hə-
yatın  mənası  bitir  və  qalan  ömür  sadəcə  ətalətlə  keçən  bir  zaman 
kəsiyidir. Anar bunu qəhrəmanına etiraf etdirməkdən də çəkinmir: 
“Bəlkə  də  Zaurun  nicatı  məhz  bundaydı  –  özüyçün  deyil,  baş-
qalarıyçün, Firəngiz üçün, gələcək övladlarıyçün yaşamaqda... Və elə 
bir  həyat  qurmaqda  ki,  zahirən  belə  həyat  hamıya  –  o  cümlədən 
Firəngizə və gələcək övladlarına bəxtiyar bir yaşayış kimi görünsün... 
Və  bəlkə  o  zaman  –  Firəngizin,  gələcək  övladlarının  gözlərində  bu 
xoşbəxtliyi,  arxayınlığı,  qayğısızlığı  görərkən  Zaur  özü  də  səadətin 
yoluxucu  təsirini  duyacaq,  öz  içində  ailə  sevincinin  əks-sədasını 
eşidəcəkdi”
  ( 5 ,  
148). 
Bu  düşüncədən  Füzuli  qəhrəmanının,  “gecəvü  gündüzün  bəra-
bər” olduğu bir qəhrəmanın düşüncələrinin iyi gəlir. “Bu iylər.” Və bu 
iyi gizlətmək mümkün deyil. Necə ki, Zaurun özü də dəhşət qarışıq bir 
heyrətlə bu barədə düşünür: 
“Zaur hələ də yuxu içində idi, yuxu içində fikir eləyirdi: hardan 
gəlib  çıxdı  bu  qoxu  bura,  Dakara,  otelin  17-ci  mərtəbəsinə?  Yuxuda 
fikirləri  elə  bil  qıc  olub  tutulmuşdu,  silkinib  yuxudan  çıxa,  ayıla  bil-
mirdi və buna görə də daha da eymənirdi. Bu iyin nə iy olduğunu, bu 
qoxunun kimin qoxusu olduğunu bilirdi axı... hələ də yuxudaydı, am-
ma  bu  qoxudan  başqa  –  Təhminənin  qoxusundan  başqa  –  müxtəlif 
fransız ətirlərinin qarışığından yaranan bu təkrarsız qoxudan başqa heç 
bir şey duymurdu. Bu ətir qarışığının sirrini bircə Təhminə bilirdi və 
bu sirri hamıdan gizlin saxlayırdı” (5 , 149). 
 
Səbadən gül yüzündə sünbüli-pürpiçü tab oynar
Sanasan, pər açıb gülşəndə bir mişkin qürab oynar (6, 113). 
 
Sirri açmaq olmaz. Sirr açılanda öz mistik-sakral statusunu itirir 
və  bu  baxımdan  Təhminə  öz  ətirlərinin  sirrini  açmadığı  üçün  vəfalı 
məşuq sayılır ki, eyni sözləri Zaur haqqında demək olmaz. Bu rakurs-
dan  yanaşdıqda  Təhminə  Füzulinin  ideal  qəhrəmanlarına  uyğun  gə-


lirsə,  Zaur  kamil  olmayan,  kamilləşməyə  ehtiyacı  olan,  yetkinlik  yo-
lunda  sınaqlara  dözməyən,  hətta  ayrılıq  əzabının  sonunda  canını  təs-
lim  edən  İbn  Səlam  səviyyəsinə  belə  qalxmayan,  bişməmiş,  nöqsanlı 
lirik qəhrəmanlar sırasındadır. 
 
Canını canana verməkdir kəmalı aşiqin, 
Verməyən can, etiraf etmək gərək nöqsanına! (4, 195). 
 
O  da  maraq  doğurmaya  bilmir  ki,  Füzulinin  lirik  qəhrəmanları 
ruhunda  tərbiyə  almış  (daha  doğrusu,  müəllif  tərəfindən  belə  bir 
tərbiyə  aşılanmış) Təhminə məhz kamala çatmağın  yolunu  canını ca-
nana  verməkdə  görür  və  bunu  öz  canı  ilə  gerçəkləşdirərək  kamil  bir 
aşiq  olduğunu  sübuta  yetirir.  Və  bunun  özü  də  məşhur  Füzuli  sillo-
gizminin əsasını təşkil edir: 
 
Canı kim cananı üçün sevsə, cananın sevər; 
Canı üçün kim ki, cananın sevər, canın sevər... (6,108). 
 
Əlbəttə,  Zaur  kamil  bir  aşiq  deyil,  canını  canana  təslim  etmək 
yolunda  hələ  tərəddüd  edir;  ancaq  onu  Füzuli  ənənələri  yönündə 
tamamilə itirilmiş bir subyekt də saymaq olmaz. Zaurun daxili-mənəvi 
tərəddüdlərinin  əks  olunduğu  epizodlar,  onun  daxili  monoloqu  statu-
sunda çıxış edən abzaslar bu baxımdan xarakterik sayıla bilər: 
“Zaur gələcək güzəranlarını, mənzillərinin quruluşunu, avadanlı-
ğını xəyalında canlandırmağa çalışdı, amma hiss elədi ki, darıxır, ürə-
yi qısılır. Ayrı bir şey haqqında düşünmək istədi, fikri bir məsələdən 
başqasına qaçdı, bilmədi nə barədə düşünsün və ümumiyyətlə, bir şey 
haqqında  düşünmək  vacibdirmi...  Bəlkə  də  yox,  amma  onda  da  bil-
mirdi ki,  qəfil  ayıldığı  bu gecə  saatlarını  –  yata  və  dura bilmədiyi  bu 
qeyri-müəyyən vaxt boşluğunu nəylə dol dursun... ”  (5,  148) .  
Həyatın  mənasızlığında  nə  isə  bir  məna  axtaran  və  özünü  bu-
nunla  aldatmağa  (daha  doğrusu:  ovutmağa!)  çalışan  Zaurun  düşün-
cələrində  ekzistensialist  çalarların  olması  təbiidir.  Yox,  bu  o  demək 
deyildir  ki,  kifayət  qədər  sad əlövh  və  sadədil  təsvir  edilmiş  Zaurun 
düşüncələrində birdən-birə fəlsəfi qatlar meydana çıxır.  
Bu yöndə Füzulinin lirik qəhrəmanı ilə Anarın kamil qəhrəmanı 
arasında çox yaxın bağların meydana çıxdığını görürük. Maraqlıdır ki, 
bu  bağlar  irfani  düşüncə  yönündə  aşkarlanır.  Əgər  Füzulinin  lirik 
sevgilisi çox vaxt Tanrı ilə eyniləşdirilirsə, Anarın sevgili obrazı ilə də 
Tanrı arasında o qədər böyük fərqlərin olmadığını görürük: 


“Röyasız  yuxu içində –  ekran qarşısındaymış kimi  – Zaur inti-
zarla gözləyirdi. Budur bax, bu saat ekran işıqlanacaq, yuxu rənglərə 
boyanacaq,  səslərlə  dolacaq  və  Təhminə  canlanacaqdır  –  onunçün  nə 
var ki, məsafələri qət etsin, qitələri, okeanları aşsın, sərhədləri keçsin” 
(5, 1
49).
 
Göründüyü kimi, Zaurun yaddaşı, şüuraltı duyğuları onun özünə 
nisbətən qat-qat kamildir və bu baxımdan onları orta yüzilliklər fəlsə-
fəsindəki cövhər və ərəzlə, mahiyyət və qabıqla müqayisə etmək olar. 
Bu  mənada  Füzulinin  lirik  qəhrəmanının  yaddaşı  ilə  Zaurun  yaddaşı 
arasında  bənzərlik  kifayət  dərəcədədir.  Həbibinin  qəzəlinə  yazdığı 
təxmisdən bir bəndə diqqət yetirmək yetərlidir: 
 
Gərçi sevdayi-səri-zülfündənəm zarü zəlil
Keçmən ol sevdadən, olduqca mənə ömri-təvil.  
Sanma tərk edəm bu sevdayi, gər olsam həm qətil:  
“Çıxmaya sevdayi-zülfün başdan, ey məh, gər yüz il  
Ustüxani-kəlləm içrə tutsa əqrəblər vətən!” (6, 344). 
 
Məhz bu  yanaşmada Füzuli gözəli ilə  Anar Təhminəsi  arasında 
fərqlər magik-mistik səviyyədə aradan qalxır. Anar bu fərqləri silməyə 
göstərdiyi cəhdi gizləmir. Bayaqkı epizoda bir də qayıdaq: “Onunçün 
(Təhminə üçün – L.M.) nə var ki, məsafələri qət etsin, qitələri, okean-
ları aşsın, sərhədləri keçsin. Əgər dünyanın o başında güclə duyulan, 
zərif  və  zəif  qoxusu  Zauru  haqlamışsa,  sifətinin,  səsinin,  nəfəsinin, 
gülüşünün bura gəlib çıxması çətinmi iş idi?” 
Zaurun gözündə Təhminə üçün heç bir çətin iş  yoxdur – çünki 
bu,  əslində  ətdən  və  sümükdən  ibarət  olan  bir  qadın  deyil,  ilahi 
varlığın simvoludur. Məhz bu baxımdan Füzulinin hər şeyə qadir olan 
qadın qəhrəmanı ilə Anarın Təhminə obrazı bir-birinə yaxınlaşır və bir 
çox cəhətdən də ümumilik təşkil edir. “Onunçün nə var ki!” Və o, hər 
şeyə qadirdir! 
Bu  nöqtədə  Füzuli  də,  Anar  da  orta  əsrlərdə  geniş  yayılmış 
“məkri-zənan” – qadın  hiyləsi  mövzusunun qatı  əleyhdarları kimi  öz 
sözlərini monumental qadın  obrazları  vasitəsilə dilə  gətirirlər. Bu isə 
yenə  də  əbədiyaşar  klassik  Azərbaycan  ədəbiyyatından,  türk  dahisi 
Nizaminin  humanist  görüşlərindən,  feminist  mövqeyindən  qaynaqla-
nırdı. Nizaminin  Məhinbanu, Şirin,  Leyli, Fitnə,  Nüşabə kimi  monu-
mental qadın obrazları vasitəsilə həyat verdiyi ənənə Füzulidən keçə-
rək çağdaş nəsrə gəlirdi.  
Əlbəttə, demək olmaz ki, Anar 500 ildən sonra eynilə Füzuli ki-


Yüklə 3,05 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə