Nizami adına ƏDƏBİyyat institutu



Yüklə 3,05 Mb.
Pdf görüntüsü
səhifə115/130
tarix31.10.2018
ölçüsü3,05 Mb.
#77077
1   ...   111   112   113   114   115   116   117   118   ...   130

– tərsinə fırlanmağa başladı... və... iyirmi il əvvəl Salman ağaya məx-
sus  saman  dolu  zağalardan  birində  dayandı.  15-16  yaşlı  Reyhan  gü-
lümsəyirdi. Həyəcandan beləcə qızarmışdı, qorxudan, həyadan beləcə 
pörtmüşdü. Al gülümsər dodaqları beləcə nəyəsə, nəysə pıçıldayırdı” 
(1, 32). 
O qız Güllər idi. Beləliklə, Səfər ağa – ata öz qızını tanımadan 
ona aşiq olur, elçi göndərir və qızın “ata-anasının” razılığını alır. 
Səfərin Murad ağanın qızını istəyib, almaq xəbəri Çavad maha-
lına  da  yayılır.  Və  təbii  ki,  bu  xəbər  Güllərin  dogma  nənəsi  Gülsə-
nəmə  də çatır. O, bu biabırçı  hadisənin  baş  verməməsi  üçün Güllərin 
yanına  gəlir,  əhvalatı  ona  danışır  və  qızı  inandırır.  Nəticədə  Güllər 
evdən baş götürüb gedir, nənəsinə qoşulub Qaradonlunu tərk edir. 
Göründüyü  kimi,  əsər  ilk  baxışda  iki  gəncin  məhəbbətindən 
danışan  bir  povesti  xatırladır.  Lakin  romanın  ikinci  hissəsində  yazı-
çının  əsl  məqsədi  aydınlaşır.  Bu  hissədə  müəllif  Güllərin  sənət  yo-
lundan,  bu  sahədə  rastlaşdığı  maneələrdən,  çətinliklərdən,  qazandığı 
uğurlardan,  bir  xanəndə  kimi  eldə-obada  şöhrət  qazanmasından  söz 
açır. Ə.Cəfərzadə həm tarixi faktlara, ona bəlli olan məlumatlara isti-
nad  edir,  həm  də  öz  bədii  təxəyyülü  ilə  Mirzə  Güllərin  canlı,  dolğun 
obrazını yaradır. 
Gülsənəm  nəvəsini  qohumu  Şərəfnisəgilə  gətirir.  Qonşuluqda 
isə tarçalan Cabbar kişi yaşayır. O, Güllərin musiqiyə böyük həvəsini 
duyur, oxumağını bilib muğamın yollarını öyrədir. Güllər nənəsini iti-
rəndən sonra onun bu evdə qalması dedi-qoduya səbəb olur. Odur ki, 
özünün ölüm xəbərini uydurur və kişi paltarı geyinib Cabbarla toylara 
gedir. Güllər adının yanına “Mirzə” sözü də əlavə olunur. Mirzə Gül-
lər  çox  tezliklə  məşhurlaşır.  Bir  müddət  keçəndən  sonra  Mirzə  Gül-
lərin  qız  olduğu  çoxlarına  məlum  olur.  Ancaq  onun  gözəl  və  yanıqlı 
səsi  bunu  unutdurur.  İllər  keçir,  Mirzə  Güllər  qoçalır  və  səsi  də  təbii 
ki,  dəyişməyə  başlayır.  Daha toylara getmir, evində  qızlara muğamın 
sirlərini öyrədir. Buna görə də nifrət və qəzəb hədəfinə çevrilir.  
Ömrünün  son  günlərində  Mirzə  Güllər  Qaradonluya  gələrək 
Qonçabəyimlə  Murad  ağanı  soruşur.  Hər  ikisinin  bir  neçə  il  əvvəl 
dünyasını  dəyişib,  haqqa  qovuşduğunu  bilincə,  darvazanın  önündəcə 
diz çoküb, honkür-hönkür ağlayır. Daha sonra Mirzə Güllər qəbristana 
tərəf  yollanır  və  Qonçabəyimlə  Murad  ağanın  qəbirlərinin  arasında 
oturur və elə oradaca keçinir. Lakin Mirzə Güllərin ölümü müəmmalı 
qalır. 
“Yuyucu arvad deyir ki, “alnında qap-qara bir göyərti vardı. Elə 
bil  kimsə  vurmuşdu  yazığı  alnından.  Ya  ozü  başını  qəbir  daşlarına 


döymüşdü. Kim bilir Allahdan başqa”. 
Amma  qədim  şamaxılılar  indi  də  əmindirlər  ki,  Mirzə  Güllərin 
axırına Əlsəftər çıxdı, namərd. Allahın baxşayışı olan o gözəl səsdən, 
o əvəzsiz nəfəsdən məhrum elədi insanları” (1, 142). 
“Bir səsin faciəsi” romanı beləcə başa çatır və doğrudan da əsər 
öz  bədii-emosional  təsir  güçü  ilə  oxucunu  həyəcanlandıra,  sarsıda 
bilir. Lakin əsər süjet xəttinə görə maraqlı və oxunaqlı olsa da, roman 
insanlar haqqında, təsvir olunan tarixi dövr haqqında təsəvvürlərimizi 
bir o qədər də genişləndirmir. 
Romanda qəhrəmanın obrazı da bir qədər zəif verilmişdir. Əlavə 
təfsilatlar Güllər obrazının dolğun, qabarıq təcəssümünü üstələmişdir. 
Düzdür, əsərdə Mirzə Güllərin həyatının bütün dövrü qələmə alınmış-
dır. Lakin baş surətin hərəkətləri ilə əlaqədar tarixlərin göstərilməməsi 
bədii konkretliyi müəyyən dərəcədə dumanlandırmışdır. Məlumdur ki, 
tarixi əsər konkretlik sevir. Burada romana daxil edilən hər bir təsvir, 
hətta  ekzotik  səciyyə  daşıyan  ən  kiçik  təfərrüatlar  belə  hadisələrin 
mahiyyətinin açılmasına kömək edərək tarixi konkretliyi gücləndirmə-
lidir. “Bir səsin faciəsi” romanında isə biz belə konkret tarixlərə, fakt-
lara rast gəlmirik. 
Digər  tərəfdən  müəllif  əsərdə  mühüm  rol  oynayan  obrazların 
taleyini  niyəsə  sona  qədər  izləməmişdir.  Belə  ki,  romanın  birinci 
hissəsindən  məlum  olan  Səfər  ağa  surəti  sonadək  izlənməmiş,  onun 
sonrakı  taleyi  haqqında  məlumat  verilməmişdir.  Yazıçı  romanda 
Mirzə Güllərin ustadı Şərqin böyük sənətkarı şamaxılı Mirzə Məhəm-
mədhəsən  Nəva  haqqında  da  söz  açır.  Lakin  bu  surət  də  əsərdə  öz 
dolğun  ifadəsini  tapmamışdır.  Mirzə  Güllərin  şöhrətlənməsində,  mu-
ğamın  sirlərinə  bələd  olmasında  böyük  rolu  olan  Mirzə  Məhəmməd-
həsən  obrazı  haqqında  çox  qısa  məlumat  verilmişdir.  Ümumiyyətlə, 
romanda natamam təsir bağışlayan obrazlar və hadisələrə rast gəlirik.  
“Bir səsin faciəsi” əsəri bədii quruluşu, ifadə tərzi ilə də diqqəti 
cəlb  edir.  Yazıçı  məşhur  muğam  ustasının  həyatını,  onunla  bağlı  rə-
vayətləri inandırıcı şəkildə, tarixi reallığa uyğun qələmə almaqla məq-
sədinə nail olur. 
Əlbəttə,  söhbət  ömrü-günü  faciələrlə,  üzüntülərlə  keçən  qeyri-
adi  güzərandan  gedir  və  təbii  ki,  əsərdə  dramatik  məqamlar,  macəra 
unsürləri  də  yox  deyildir.  Lakin  bu  vəziyyətin  təsvirində  daima  ölçü 
gözlənilir və aşkar hiss olunur ki, adi məişət detallarından tutmuş gər-
gin psixoloji lövhələrəcən, bütün təfsilatlarda müəllif məhz həyatiliyi, 
təbiiliyi  qorumağa  çalışmışdır.  Ə.Cəfərzadənin  başlıca  nailiyyəti 
ondadır  ki,  Mirzə  Güllərin  şəxsiyyətini  ucalda  bilmiş,  mürəkkəb  və 


əzablı həyatını inandırıcı canlandırmışdır. 
Dünya  ədəbiyyatında  roman janrının ən görkəmli  nümunələrini 
yaratmış  rus  yazıçısı  L.N.Tolstoy  tarixi  faktlara  münasibət  haqqında 
yazırdı:  “Tarixi  şəxsiyyətin  tərcümeyi-halına  “uydurmaq”  olarmı? 
Olar,  ançaq  bunu  elə  etmək  lazımdır  ki,  dediklərimiz  tarixdə  olmasa 
da, ola biləcəyinə şübhə doğurmasın” (2, 154). 
Ə.Çəfərzadə də bu prinsipə əməl etmiş, tarixi gerçəkliklə yazıçı 
təxəyyülünü birləşdirərək maraqlı bir əsər yaratmışdır. 
Tarixi  mənbələri,  sənədləri,  müvafiq  tədqiqatları  ətraflı  öyrən-
məklə yanaşı, müəllif xalqımızın adət-ənənələrinə, etiqadlarına da ya-
xından  bələd  olmuşdur.  Bu  ona  imkan  vermişdir  ki,  hadisələrin  cə-
rəyan  etdiyi  mühitin,  konkret  şəraitin  real  mənzərəsini  canlandırsın. 
Surətləri öz mühitlərində, bağlı olduqları konkret  zəmində  göstərmək 
realizmin  əsas  məziyyətlərindən  biri  kimi  “Bir  səsin  faciəsi”  romanı-
nın yüksək bədii səviyyəsini müəyyənləşdirmiş, ona inandırıcılıq bəxş 
etmişdir. 
Ə.Çəfərzadə  digər  romanlarında  olduğu  kimi  bu  əsərində  də 
layla  və  oxşamalardan,  bayatılardan  yeri  gəldikcə  məharətlə  istifadə 
etmişdir. Bu da yazıçının xalqımızın adət və etiqadlarına nə dərəcədə 
yaxından bələd olduğunu bir daha sübut edir. Ümumiyyətlə, romanda 
dövrün, mühitin, milli koloritin, xalq adət və məişətinin təsvirinə xü-
susi diqqət yetirilmişdir. 
Bəzi qüsurların olmasına baxmayaraq, “Bir səsin faciəsi” roma-
nında  xalqımızın  mədəniyyətində  özünəməxsus  rol  oynamış  bir  şəx-
siyyətin – Mirzə Güllərin maraqlı və yaddaqalan obrazı yaradılmışdır.  
 
ƏDƏBİYYAT 
 
1.
 
Cəfərzadə Ə. “Bir səsin faciəsi”. Bakı, 1997. 
2.
 
Axundlu Y. Azərbaycan tarixi romanı: mərhələlər, problemlər. Bakı, 2005. 
3.
 
Azərbaycan  elmi  qarşısında  böyük  xidmətlər  göstərmiş  tədqiqatçı-alim  və 
yazıçı. “Səs qəzeti”. 03 sentyabr 2011-ci il. 
4.
 
www.azizajafarzade.com

 
 
 
 
 
 
 
 
 


Yüklə 3,05 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə