Nizami adına ƏDƏBİyyat institutu



Yüklə 3,05 Mb.
Pdf görüntüsü
səhifə123/130
tarix31.10.2018
ölçüsü3,05 Mb.
#77077
1   ...   119   120   121   122   123   124   125   126   ...   130

 
Qəsidə, mərsiyə mundan sonra da yaz, Raci, 
Micazi-yarə müvafiq dögül qəzəl görürəm (1, 22), – deyir.  
 
Sənət məsələlərinə belə münasibət bəsləyən Raci də bütün şair-
lər  kimi  müxtəlif  mənbələrdən  bəhrələnmiş,  müxtəlif  dünyagörüşün, 
təriqətlərin,  ideologiyanın,  ədəbi  mühitin,  müxtəlif  şairlərin  təsirinə 
məruz  qalmış,  onlardan  yaradıcı  şəkildə  bəhrələnmişdir.  Ə.Əhmədlu 
(4, 45-49) şifahi xalq ədəbiyyatı, Quran və musiqinin şairə təsirindən 
danışır.  Ə.Raci  xalq  yaradıcılığı  xəsinəsindən  bəhrələnərək  ondan 
gen-bol istifadə edir. “Gedər məsəldü, deyir xalq, yağ-yağ üstə” (1, 21), 
“Məsəldü,  it  hürər,  kərvan  keçər”,  “Səbr  ilə  yaxşı-yaman  keçər”  (1, 
30),  “Özgəyə  quyu  qazan  özü  düşər.”  (1,  27),  “Qan  yumazlar  qan 
ilən” (1, 43). 
Şair  ən  çox  Füzuli  məktəbinə  bağlıdır.  “…Racinin  demək  olar 
ki,  əksər  qəzəllərində  Füzulinin  təsiri  hiss  olunmaqdadır.  Onun  elə 
beyt və misraları var ki, məzmun və ifadə formasından başqa, ahəng, 
rədif,  bəhr  etibarilə  də  Füzuli  şeirinə  bənzəyir,  Füzuli  qəzəllərinin 
davamı  kimi  səslənir”  (1,  6).  Füzulidə  “Oyadar  xəlqi  əfğanım,  qara 
bəxtim  oyanmazmı?”  (5,  295),  Racidə  “Nalə  ilə  yuxuni  xəlqə  həram 
eyləmişəm”  (1,  31),  Füzulidə  “Olsaydı  məndəki  qəm  Fərhadi-mübta-
lədə, Bir ah ilə  verərdi  min Bisütuni  badə” (5,  100),  Racidə  “…onun 
evin bir ah ilə tarü-mar elədim” (1, 81) kimidir. 
Raci  ilə  digər  klassiklər  arasında  da  paralellik  aparmaq  olar. 
Nəsimi: “Aləmdə bu gün sənciləyin yar kimin var? Sən yox desən var 
deməzəm,  var  kimin  var?”  (6,  49);  Raci:  “Saqi  bu  şəkər  ləb  ki  sənin 
vardı, kimin var? Bu cami-ləbaləb ki, sənin vardı kimin var?” (1, 48); 
İ.Həsənoğlu: “Tutuşmayınca gər atəş, bilinməz xisləti ənbər” (7, 25); 
Raci:  “Cananə  yetişməz  hər  o  kəs  yanmasa  canı,  Bu  nöqtə  yazılmış 
pəri-pərvanələr  üstə”  (1,  74);  Ş.İ.Xətai:  “Qum-qum  der  idi  ağacda 
qumri” (7, 415); Raci: “Saqi, mina gərdənin, şirin ləbin vəsv eylərəm, 
Şişə ta qülqüldədir, peymanə şirəngizdir” (1, 46). 
Klassiklərdən  bəhrələnən  Ə.Raci  şeirlərində  hər  nə  qədər  iqti-
bas,  başqa  şairlərə  xas  izlər  görünsə  də,  yetərincə  özünəməxsus  fi-
kirlərə,  bədii  tapıntılara,  yeni  deyimlərə  rast  gəlmək  mümkündür. 
Şairin  tədqiqatçılarından  N.Rizvana  görə,  “Raci  lirikasına  gözəllik 
verən…  amillər  sırasında  bədii  təsvir  vasitələrinin  xüsusi  yeri  vardır. 
Məqamında, mövqeyində işlədikdə şeirə təravət, zəriflik, şirinlik gəti-
rən  bu  vasitələrdən  Raci  zərgər  məharətilə  istifadə  etmişdir”  (6,  41). 
Məşuqənin  məhəbbət  telləri-ipləri  vasitəsilə  aşiqin  gizli  sirlərini 


bilmək fikri Raciyə qədər işlənmiş ola bilər. “Könuldən könülə yollar 
var”  ifadəsi  kimi.  Ancaq  teleqraf  sözünün  ilk  dəfə  bu  şəkildə  şeirə 
gətirilməsi Raciyə xas yenilikdir.  
 
Məşuqə aşiqin bilü razi-nihanini 
Bu rişteyi-məhəbbət ona telqiraf olur (1, 16). 
 
Və  ya  hərb  aləmində  barıtın,  fitilin  kəşfini,  istifadəsini  şair 
qeyri-adi şəkildə şeirə gətirir.  
 
Yarəsində gecələr işlər fitilə sübhə tək,  
Sinəsin amac edəndə navəki-müjganə şəm (1, 83). 
 
“Bu bəzmə” rədifli qəzəlində zahidə xitabən “bəzmi-tərəbi-eşq-
dən ibarət olan ərş və fərşə hər ləngin gələ bilməyəcəyini” bildirir və 
yenə  də  gözlənilməz  halda  “sərhəng”  sözünü  şeirə  daxil  edir.  Eşq 
əhlinin ayaq üstə durub nizam ilə sərhəngi gözlədikləri vaxt kimsəsiz, 
biçarə Raci yalvarır ki:  
 
Bir kimsəsi yox rəhm edə, biçarədü Raci,  
Qaşun-gözün oynatma, düşər səng bu bəzmə.  
Cünki Eşq əhli nizam ilə ayaq üstə durublar,  
Çün gəlməlidir bu gecə sərhəng bu bəzmə (1, 26). 
 
Ədəbiyyatımızda “bağıra basmaq” ifadəsi müxtəlif məqamlarda 
işlədilir. Racidə isə bu məqam tamamilə yeni məna kəsb edir: 
 
Söylə cananə sənün dərdü qəmin sübhə kimi,  
Basaram bağrıma mən hər gecələr can yerinə.  
 
Ehtiyacım sənə bu dərdilə yox, ey loğman,  
Yar dərdin basaram bağrıma dərmən yerinə (1, 40). 
 
Racidə şəxsləndirmə də yenidir: “Pənceyi-müjganı” ov quşunun 
pəncəsinə  (çəngəl)  təşbih  edilir.  Quş  necə  şahinin  pəncəsində  titrə-
yirsə, özü də “pənceyi-müjgan”da elə titrəyir. 
 
Necə ki, çəngəli şahbazdə tuhiyi-tətər,  
Titrər ol pənceyi-müjganda bu mürği-dili-zar (1, 69). 
 


və ya 
 
Dolanda sinəmə fikri-müjən ürək döyünür,  
Sipihi-fəth kimi təbl şadyanə vurar (1, 29). 
 
Racidə  inzibati-hərbi  istilahlar  da  özünəməxsus  şəkildə  şeirə 
gətirilir. 
 
Ol gün ki, fövci-hüsnivə tərtib verdilər,  
Qaşun sipahi-kiprigə sərtib verdilər (1, 41). 
 
Aşiqə məşuqdən lütfü itab olsa nə eyb,  
Nərdi-eşq üstündə gahi sülhü, gahi cəng olur (1, 42). 
 
Qaçammaz həlqeyi-zülfündən, ey dilbər, mənim könlüm,  
Qoyubsan üstünə xali-siyəhdən qəravil sən (1, 78). 
 
Ədəbiyyatımızda adətən qaş yaya, kiprik oxa bənzədilir. Misal-
lardan  göründüyü  kimi,  Racidə  bu  elementlər  ayrı  mahiyyətdədir. 
Hətta  çox  incə  şəkildə  ictimai  motivlərə  meydan  verilir.  Sərtibin, 
sərbazın  xalqa  və  müəllifin  onlara  münasibəti  bu  şəkildə  üstüörtülü 
bildirilir. Əgər “zəmanənin dolaşıq kələfini zərəfşan zülfə” təşbih edir 
desək,  onda  bu  dolaşıqlığı  kipriyin  oxla  atdığı  “qətrə-qətrə”  göz  yaşı 
damlalar bombaları ilə açmaq istəyir:  
 
Zərəfşan zülfüvə lazımdu inci dişli bir şanə,  
Düzüm qoy qətrə-qətrə əşki-çeşmi növki-müjganə (1, 67). 
 
və ya 
 
Məşşatə, vurma şaneyi-şümşad o kakilə,  
Müjganım ilə qoy edərəm yaxşı şanə mən (1, 60). 
 
 Racinin  şeirlərində  Günəş  və  Ay  obrazlaşır.  Sevgilisinin  qaşı-
gözü  ilə  müqayisələr  aparılır.  “Xurşid  rubəru  dursa,  asimandan  aya-
ğına  düşər”  (1,  57),  “Qaşları  altından  tülu  edən  yanaqlarını  qövsdən 
Günəşin  doğmasına  bənzədir”  (1,  62),  “Bu  məhvəşin  gün  ilə  hüsndə 
fərqi budur ki, Əbr ilə tar olu gün, zülf ilə pürnurdu bu” (1, 55): 
 
 


Yüklə 3,05 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə