Nizami adına ƏDƏBİyyat institutu



Yüklə 3,05 Mb.
Pdf görüntüsü
səhifə124/130
tarix31.10.2018
ölçüsü3,05 Mb.
#77077
1   ...   120   121   122   123   124   125   126   127   ...   130

Ay çıxanda çün müsafir mənzilindən köç edər,  
Arizin göstərgilən çıxsın bizim də canımız (1, 46). 
 
Şüayi-hüsnün olur görməyə hüsnün mane,  
Necə ki, göz qamaşır afitaba baxmaqdan (1, 66). 
 
Nizaminin Fərhadı Şirinin rəsmini qayalara rəsm edən Ə.Raci öz 
ürəyinə. Özü də bunu elə “şirin” ifadələrlə nəqş  edir ki,  bu ifadələrə 
Raci şirinliyi deməkdən başqa yol qalmır. 
 
Qazaram sinəmi dırnaq ilə şirin-şirin,  
Eşq Fərhadı nədür, kuh nədür, tişə nədür? (1, 65). 
 
Qazaram tişeyi-həsrətlə dildə nəqşi rüxsarun,  
Məni Fərhada nisbət etmə, ey Şirin şəmayil sən (1, 78). 
 
Şair təkcə Fərhadla deyil, digər rəmzlərlə də qarşılaşdırır və üs-
tünlüyü  yenə  öz  sevgisinə,  öz  sevgilisinə  aid  olanlara  verir,  onu  tə-
rənnüm edir.  
 
Bülbül gülün vüsalini bilmərrə tərk edər,  
Görsə səni çəməndə bu rüxsar ilən belə (1, 57). 
 
Çünki arizi-canan ilən fərqi budur ayinənin,  
Arizi-cananda məni, onda sürət görsənir (1, 66). 
 
Xət degül, halə degül, dideyi-ahimdi mənim,  
Əgləşən ayineyi-arizüvə girdi qübar (1, 69). 
 
Qoyma, ey gül, bədənə cameyi-ətləs dəgsün,  
Yaralar bərgi-güli-növrəsi gər xəs dəgsün (1, 74). 
 
Ayinə ilə sevgilisinin üzü müqayisə olunan beytdə Raci əslində 
dünyagörüşünü ortaya qoyur. Ayinədənsə sevgilisinin üzü ilə güzgü-
lənməyi  üstün tutur. Çünki  güzgüdə  surət,  camalda isə  məna  – Yara-
danın Camal isminin təcəllisi var 
Sevgilisini  bu  cür  mədh  edən  Raci  ona  qarşı  bir  təmənnada 
olanda  qaş-gözünü  şəxsləndirir,  metaforik  ifadə  işlədir,  üstəlik  güclü 
bir təzad yaradır.  
 


Ləli-ləbindən istədi bir busə Raci çün,  
Çeşmün dedi: gəl al,– qaşun etdi işarə: yox-yox! (1, 57).  
 
Raci  yaradıcılığının  ən böyük  gücü, özəlliyi  onun poetizmində, 
bədii  təsvir  və  ifadə  vasitələrindən  yaradıcılıqla,  orijinal  şəkildə  isti-
fadə  etməsindədir.  Onun  şeirlərində  deyiliş  tərzi  də  təfəkkür  kimi 
bənzərsizdir”.  Məcazi  söz  Raci  yaradıcılığının  ayrılmaz  tərkib  hissə-
sidir. Onun yaradıcılığı üçün normadır. Onun üçün şairlik qafiyə tap-
maqdan  ibarət  deyil.  O,  qeyri-adi,  ağır  fikir  tutumu  ilə  birgə,  güclü 
poetizmi  ilə  də  seçilir.  Şair  leksik  səviyyədə  metafora,  təşbih,  müba-
liğə, litotadan, fonetik səviyyədə alliterasiya, assonans, təkrir, anafora, 
epiforadan,  sintaktik  səviyyədə  isə  poetikləşən,  aforizmləşən  deyim-
lərdən,  sintaktik  konstruksiyalardan  gen-bol  və  yerində  istifadə  et-
mişdir: 
 
Nə cürm edibdü könül bilmirəm o məhvəşə,  
Çəküb kəməndə o zülf ilə tazyanə vurar (1, 29). 
 
Bilsə əgər nə növ pərişandu bu könül,  
Xətircəm ol ki, sındıru məşşatə şanəsün (1, 35). 
 
Padişaha dövlətindən bu yetimü tifli-əşk,  
Yolların silləm-süpürrəm qaş ilən, müjgan ilən (1, 43). 
 
Ə.Raci  gah  müjganını  darağa  təşbih  edərək  onunla  zülfə  şanə 
çəkmək istəyir (1, 60), gah “qara zülfünü qara yaylığa” (1, 75), gah da 
“səbanı məşşatəyə, könlünü aynaya” bənzədir (1, 76). Bəzən çox incə 
və  gizli  şəkildə  siyasi  manevrlər  edir.  Özünə  qədər  olmayan  bir  ge-
dişlə şah rejiminə toxunur, ustalıqla qaşı sərkərdəyə, kibrikləri sərbaza 
bənzədir (1, 39). 
 
Düzülmüş dəstə-dəstə, səfbəsəf müjganların guya, 
Könüllər mülkünün təsxirinə sərbaz məşq eylər (1, 73). 
 
Sərbaz  məsələsini  “Nə  eşq  olaydı…”  qəzəlindən  danışarkən 
N.Rizvan  məsələni  belə  izah  edir:  “…üsyançılara  divan  tutulmuş  şah 
cəlladlarına da cəsarətlə etirazını bildirir…: 
 
Nə hüsn olaydı, nə könlüm, nə dəstə-dəstə bu zülf. 
Nə şah, nə mülk, nə bu fövc-fövc ləşkər olaydı. 


Nə əbruyu-xəm olaydı, nə çeşmü, nə müjgan, 
Nə tiğ olaydı, nə cəllad, nə də bu xəncər olaydı! 
 
Ustad sənətkar dövlətin cəza aparatından yaxa qurtarmaq üçün gö-
zəl  ədəbi  vasitəyə  əl  atır.  Elə  məcazlar  işlədir  ki,  heç  kim  onu  şaha, 
cəlladlarına, qoşun-ləşkərinə nifrətdə təqsirləndirməyi bacarmır” (6, 41). 
 
ƏDƏBİYYAT 
 
1.
 
Raci. Seçilmiş əsərləri. Bakı, “Sabah”, 1992, tərtibçi Abıyev Hafiz. 
2.
 
“Açıq söz” qəzeti. Bakı, 1916, 2 may. 
3.
 
Quran, Səudiyyə Ərəbistanı, Əl-Mədinə Əl-Münəvvərə, 1305. 
4.
 
Divani-Raci Təbrizi. “Fəxri-Azər” nəşriyyatı,  Təbriz, 1387. (tərtibçi Əbul-
fəzl Əhmədlu). 
5.
 
Klassik Azərbaycan Ədəbiyyatı Kitabxanası. VII c., Bakı, ”Elm”, 1988. 
6.
 
Rizvan  Nazim.  Raci  lirikasının  bəzi  xüsusiyyətləri.  Azərbaycan  SSR 
Elmlər  Akademiyasının  Xəbərləri,  Ədəbiyyat,  Dil  və  İncəsənət  seriyası, 
Bakı, 1990, № 2. 
7.
 
Klassik Azərbaycan Ədəbiyyatı Kitabxanası. III c., Bakı, ”Elm”, 1984.  
 
Sadraddin Huseyn 
 
ABDULHASAN RAJI’S POETIC WORLD 
 
Summary 
 
The article deals with the poetic features of the creativity of Abdulhasan Raji 
who  is  one  of  the  poets  of  South  Azerbaijan  of  XIX  century.  Historical  attitude 
towards  Raji  and  poets  of  his  time,  the  poet’s  period,  the  aspects  arising  from  the 
demands  of  the  period  are  mentioned  with  facts.  Different  attitudes  towards  them 
arise from the requirements of that time. Though point of views are different, poets 
of elegy are in the history of literature and became literary phenomenon. 
Here poetic features in poet’s lyric poems are  taken into consideration most 
of  all.  Like  the  tradition  of  inheritance  in  classic  literature,  the  sources  that  had 
impression on Raji, the parallels between Raji and classic poems are shown basing 
on  examples.  It’s  indicated  that  the  original  poet-ism  in  Raji’s  lyricism  has  its 
peculiar  place  in  our  literature.  The  social  motives,  skillfully  hidden  in  the  lyric 
poems, notify of the poet’s life, environment and world outlook. 
 
 
 
 
 
 
 


Yüklə 3,05 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə