Nizami adına ƏDƏBİyyat institutu



Yüklə 3,05 Mb.
Pdf görüntüsü
səhifə126/130
tarix31.10.2018
ölçüsü3,05 Mb.
#77077
1   ...   122   123   124   125   126   127   128   129   130

mən  milli  mətbuat  və  ideologiyamızın  başına  gətirdiyi  müsibətlər 
barədə  əsərlərində  və  bəzi  məqalələrində  yeri  gəldikcə  bəhs  edən 
müəllif bu amansızlıqlara baxmayaraq, Azərbaycan mətbuatının inki-
şafını, kecdiyi şərəfli yolu qürurla qeyd edirdi.  
Onu  da  qeyd  edək  ki,  tədqiqatçı  alim  mətbuat  deyəndə,  təkcə 
qəzet və jurnalları deyil, kitabları və digər çap məhsullarını da nəzərdə 
tuturdu.  
Beləliklə, ölkəmizdə başlanan milli-mədəni tərəqqi milli özünü-
dərk prosesi Azərbaycan ictimai-siyasi şüurunda baş verən  yeniləşmə 
ilə  nəticələndi.  Bu  zaman  “Açıq  söz”  qəzeti  milli-ictimai  şüura  yeni 
ab-hava gətirdi. “Azərbaycanda milli şüurun siyasiləşmə, partiyalaşma 
dövrü özünün yetgin bir dövrünə qədəm qoyur” (1, 9).  
M.B.Məhəmmədzadənin  mətbuatımızın  tarixinə,  inkişafına  və 
fəaliyyətinə həsr etdiyi  hər iki “İki  inqilab  arasında” və  “Azərbaycan 
türk  mətbuatı”  əsərləri  milli  mətbuat  və  mətbuatşünaslıq  tariximizin 
öyrənilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Bu araşdırmalarda bəzi 
xırda-para  qüsurlar  və  qeyri-dəqiqliklər  olsa  da  onlar  əsərlərin  əhə-
miyyətinə  kölgə  sala  bilməz  və  onların  tarixi,  ədəbi,  siyasi  əhəmiy-
yətini  zərrə  qədər  də  azaltmır.  Azərbaycan  mətbuatı  tarixinin  önəmli 
bir  mərhələsini  özündə  cəmləşdirən  bu  araşdırmalarda  çox  qiymətli 
fikir  və  yanaşmalar  öz  əksini  tapmışdır  ki,  bu  da  həmin  dövrün  icti-
mai-siyasi, mədəni-ədəbi vəziyyətinin, mətbuatın hansı şəraitdə təşək-
kül  tapması  və inkişaf etməsinin qiymətləndirilməsi  baxımından mü-
hüm əhəmiyyət kəsb edir.  
Hər  iki  əsəri  nə  məqsədlə  yazdığını  müəllif  belə  bəyan  edirdi: 
“Fəqət  məqsədim  “Mədəni  hərəkat”  tariximizin  ən  parlaq  bir  səhifə-
sini  təşkil  edən  mətbuat  haqqında,  ələlxüsus,  onun  qəzetə  və  məc-
muələri xüsusunda bir əsər yazmaq olduğu üçün möhtərəm yazıçıların 
tənqid  vasitəsilə  yardım  göstərəcəklərinə  ümid  edərək  bu  işə  baş-
layıram” (1, 26).  
Hər iki əsər  ərəb əlifbası ilə nəşr edilib və nadir nüsxələrə çev-
rildiyi üçün geniş oxucu kütləsinin onlardan bəhrələnmək imkanı yox-
dur.  Bütün  bunları  nəzərə  alan  tədqiqatçı  alim  A.Bayramoğlu  müəl-
lifin  hər  iki  əsərini  ərəb  qrafikasından  transliterasiya  edərək,  çap  et-
dirib gənc nəslin ixtiyarına verib.  
M.B.Məhəmmədzadənin  mətbuatımızın  tarixinə  həsr  etdiyi  bu 
araşdırmalarında  onun  keçdiyi  çətinliklər,  çar  senzurasının  törətdiyi 
özbaşınalıqlar  və  s.  problemlər  ətraflı  şərh  edilib.  M.B.Məhəmməd-
zadə  mətbuata bağlı bir şəxs  olduğu üçün onun  problemlərini,  qayğı-
larını çox gözəl bilirdi.  


İlk dəfə “Açıq söz” qəzetində fəaliyyətə başlayan M.B.Məhəm-
mədzadə  sonralar  “Zəhmət  sədası”,  “İstiqlal”,  “Azərbaycan”,  “Bəsi-
rət”, “Qurtuluş  yolu” kimi qəzet  və jurnallarda dövrünün  ən istedadlı 
jurnalisti, publisisti kimi tanınır.  
1922-ci  ildən  sonra  mühacir  həyatı  yaşamağa  məcbur  olan 
M.B.Məhəmmədzadə  mətbu  fəaliyyətini  Türkiyədə,  Polşada,  Alma-
niyada  davam  etdirərək  “Odlu  yurd”,  “Azərbaycan  yurd  bilgisi”, 
“İstiqlal”, “Yeni Qafqaziya”, “Azəri-türk”, “Yeni yıldız”, “Qurtuluş”, 
“Azərbaycan”  və  s.  mətbu  orqanlarında  müntəzəm  çap  edilmişdir. 
Hətta  bəzi  tədqiqatçılar  onu  “Azərbaycan  mühacirət  mətbuatının  ən 
fəal mühərrirlərindən biri” adlandırırlar.  
Çoxşaxəli mövzulara müraciət edən M.B.Məhəmmədzadə Azər-
baycan  Xalq  Cümhuriyyətinin  süqutundan  sonra  yazdığı  “Yeni  türk 
əlifbası  və  bolşevik  mətbuatı”,  “Müsavatçılar  və  kommunistlər”, 
“Azərbaycanın  həyat  və  mətbuatından”,  “Onuncu  ildə”,  “İflas  nədən 
oldu” və s. məqalələri bolşevik mətbuatının tənqidinə həsr edilən mə-
qalələrdəndir. Bolşevik mətbuatının tənqidi, bu nəşrlərin partiya-sovet 
aparatının  tərkib  hissəsi  kimi  rejimin  və  onun  ideologiyasının  köləsi 
olduğunun  faş  edilməsi  bütün  məqalə  və  əsərlərində  aparıcı  mövzu-
lardan  idi.  Bu  mövzuda  olan  məqalələrində  müəllif  bolşevik  mət-
buatının  özünə  istinad  edərək,  ondan  faktlar  və  misallar  gətirərək, 
dərin,  dolğun  təhlillər  aparır,  haqlı  olduğunu  sübut  edib,  oxucusunu 
inandırır.  
“Ədəbiyyatda  hakimiyyət  qovğası”  adlı  məqaləsində  bolşevik 
mətbuatının yazarı olan publisist Mustafa Quliyevin  ədəbi görüşlərini 
təhlil və tənqid edərək, cəmiyyətdə ədəbiyyatın, mətbuatın yeri və rolu 
barədə  mövcud  rejimin  təbiətindən  və  tələbindən  irəli  gələn  fikirləri 
alt-üst edirdi.  
Azərbaycan bolşevik mətbuatının ən aparıcı qüvvələrindən olan 
M.Quliyevin, Ə.Nazimin, R.Axundovun və başqalarının bolşevik mət-
buatında,  əsasən  də  bolşeviklərin  rəsmi  orqanı  olan  “Kommunist” 
qəzetində  dərc olunan məqalələrindəki  görüşlərini,  fikir və  mülahizə-
lərini  kəskin  tənqid  atəşinə  tutan  M.B.Məhəmmədzadə  ədəbi  mü-
hitdəki  mövcud  şəraiti  “ciddi  faciəli  bir  vəziyyət”  adlandırır.  Uzun 
illərdən  sonra  tədqiqatçı  alimin  bu  uzaqgörən  fikirləri  öz  təsdiqini 
tapır.  
Müəllifin  bolşevizmə  qarşı  nifrəti,  barışmaz  mövqeyi  “On  illik 
istismar”  sərlövhəli  məqaləsində  də  açıq-aydın  sezilir.  Bu  məqalədə 
M.B.Məhəmmədzadə Moskvanın Azərbaycan iqtisadiyyatına vurduğu 
ziyanı, onu necə taladığını konkret faktlarla izah edirdi (3, 6).  


Yuxarıda adını cəkdiyimiz, yeni türk əlifbasına həsr etdiyi “Yeni 
türk əlifbası və bolşevik mətbuatı” sərlövhəli məqaləsində Mirzə Bala, 
altı  il  bundan  əvvəl  Azərbaycanda  latın  əlifbasının  qəbulu  müzakirə 
edilərkən,  milliyyətçilərin  nə  üçün  müxalifətdə  olduqlarını  “Azəri-
türk” jurnalının 18-ci sayında yazmışdır.  
Bolşevik  mətbuatı  isə  Türkiyənin  yeni  əlifbaya  keçməsini 
kinayə  ilə  qarşılamış  və  tənqidi  münasibətini  daha  kəskin  şəkildə 
bildirmişdir.  Bu  məsələdə  qatı  bolşevik  və  ruslaşma  siyasətini  təbliğ 
edən  «Бакинский рабочий» qəzeti daha kəskin  və  təhqiredici  məqa-
lələrlə  çıxış  etmişdir.  Məsələn,  kinayə  ilə  qəzet  yazırdı:  “Avqustda 
danışdılar, sentyabrda qərar verdilər, yanvarda da bütün qəzetlər latın 
əlifbasında çıxmağa başladı” (4, 3).  
Sovet  ideologiyasının,  rejiminin  tənqidi  Mirzə  Balanın  yara-
dıcılığında əsas mövzulardandır. Ədibin qələmi bu mövzuda daha tə-
sirli  olsa  da,  amma  bədbin  deyil.  Mirzə  Balanın  toxunduğu  mövzu-
larda  faktdan  yüksək  sənətkarlıqla  istifadə  etməsi  onun  istedadından 
irəli gəlirdi.  
Müəllif  “Nəşrlərimiz  və  bolşeviklər”  adlı  məqaləsində  yazırdı: 
“Bolşeviklərin  ən  çox  qorxduğu  mətbuat  və  fikir  hürriyyətdir.  Hür-
riyyətdən,  xüsusilə,  mətbuat  və  fikir  hürriyyətindən  yarasa  işıqdan, 
şeytan  bismillahdan  qorxan  kimi  qorxurlar”  (5,  16).  M.B.Məhəm-
mədzadə  daha  sonra  məqalədə  “Kommunist”,  «Заря  Востока», 
«Бакинский рабочий» qəzetlərini kəskin şəkildə tənqid edərək onları 
bolşevizmin ən fəal mətbuat orqanları adlandırırdı.  
Tədqiqatçı  alimin  bolşevik  mətbuatının  tənqidinə  həsr  etdiyi 
çoxsaylı məqalələrində sovet seçki sistemi, saxtakarlıqlar, xalqa qarşı 
törədilən  amansızlıqlar,  ölkə  iqtisadiyyatının  bərbad  günə  salınması, 
ölkədə ruslaşma siyasətinin zor gücünə aparılması və s. nöqsanları elə 
Azərbaycanda  və  Moskvada  nəşr  edilən  qəzetlərdən  alınan  faktlar 
əsasında tənqid edirdi. Yeri gəlmişkən bir faktı da qeyd etmək yerinə 
düşərdi  ki,  müəllifin  bu  məzmunda  olan  məqalələri  həmin  vaxt 
ideoloji  mübarizə  və  əks  təbliğat  üçün  yaxşı  material  idisə,  bu  gün 
həm  mücadilə  yolunu,  həm  də  Azərbaycan bolşevik  mətbuatı  tarixini 
öyrənmək baxımından çox faydalıdır.  
Müəllifin  1937-ci  ildə  İstanbulda  çap  etdirdiyi  “Milli  Azər-
baycan  hərəkatı”  kitabı  Azərbaycan  mühacirət  mətbuatının  araşdırıl-
ması,  elmi-nəzəri  tədqiqi  və  dəyərləndirilməsi  baxımından  çox  qiy-
mətli əsərdir. Tədqiqatçıların fikrincə, “Milli Azərbaycan hərəkatı” bu 
sahədə ilk tədqiqat əsəridir (6, 42). 
M.B.Məhəmmədzadənin siyasi,  bədii məqalələrindən başqa, bir 


Yüklə 3,05 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə