Nizami adına ƏDƏBİyyat institutu



Yüklə 3,05 Mb.
Pdf görüntüsü
səhifə127/130
tarix31.10.2018
ölçüsü3,05 Mb.
#77077
1   ...   122   123   124   125   126   127   128   129   130

çox  elmi  məqalələri  də  “İslam  Ensiklopediyasında”  çap  edilmişdir. 
Böyük  qələm  sahibi  və  istiqlal  mübarizi  olan  ədibin  mətbu  və  elmi-
bədii  irsi  bir  çox  qaranlıq  mətləbləri  işıqlandıracaq  mötəbər  mənbə-
lərdən hesab edilə bilər.  
Əvvəlki  məqalələrimizdə  də  qeyd  etmişdik  ki,  sovet  dövründə 
mətbuatımız sovet ideologiyasının prinsiplərinə uyğun tədqiq və təhlil 
edilmişdir.  Ona  görə  də  bu  dövrdə  yazılan  bir  çox  tədqiqat  əsərləri 
yeni yanaşma və araşdırmalar zərurəti yaradır. Bu məqalədə də mətbu 
irsindən bəhs etdiyimiz istiqlal mücahidi, ədəbiyyatşünas və mətbuat-
şünas alim, yazıçı Mirzə Bala Məhəmmədzadənin də yaradıcılığı uzun 
illər  tədqiqatdan  kənarda  qalaraq,  qeyri-obyektiv  fikirlərə  məruz 
qalmışdır. Ədəbiyyatımızda, mətbuatımızda, tariximizdə hələ də öyrə-
nilməmiş,  diqqətdən  kənarda  qalan  xeyli  əsər,  şəxsiyyət,  hadisə,  fakt 
var. Belə şəxsiyyətlərdən biri də mətbuatşünas alim M.B.Məhəmməd-
zadə idi.  
 
ƏDƏBİYYAT 
 
1.
 
Məhəmmədzadə  Mirzə  Bala. Azərbaycan  türk  mətbuatı.  Bakı,  2004  (Ərəb 
əlifbasından  çevirib  tərtib  edən,  ön  söz,  lüğət  və  qeydlərin  müəllifi 
filologiya elmləri doktoru Alxan Bayramoğlu). 
2.
 
Tahirli  Abid.  Azərbaycan  mühacirət  mətbuatı  (II  hissə)  “Ozan”.  Bakı, 
2003. 
3.
 
Məhəmmədzadə Mirzə Bala. On illik istismar. “Odlu yurd”, 1930, № 2. 
4.
 
«Бакинский рабочий» qəzeti, 29 dekabr 1929. 
5.
 
Məhəmmədzadə  Mirzə  Bala.  Nəşrlərimiz  və  bolşeviklər.  “İstiqlal”,  1932, 
№ 20. 
6.
 
Məhəmmədzadə Mirzə Bala. Milli Azərbaycan hərəkatı. Bakı, 1992. 
 
 
Guliyeva Gerenfil 
 
ABOUT THE STUDY OF PRESS IN 1920 years 
(On the basis of M.B.Mahammadzade’s researches) 
 
Summary 
 
At the beginning of the XX century Mirza Bala Mahammadzade was known 
as a specialist in press scientist in the history of Azerbaijani press. Author’s works 
such as “Between Two Revolutions” and “Azerbaijan-Turkish Press” has not lost its 
significance today. According to the researchers, the author’s work “Between Two 
Revolutions”  played  the  role  of  preparation  for  writing  the  work  “Azerbaijan-
Turkish Press”, somehow. In both works author notes that press played an important 
role in the development of events of social, political, cultural, economic happened in 
Azerbaijan at the beginning of the XX century.
 


Гаранфиль Гулиева 
 
ИЗ ИСТОРИИ ИССЛЕДОВАНИЯ ПУБЛИЦИСТИКИ 1920-х годов 
(на основе исследований М.Б.Мамедзаде) 
 
Резюме 
 
Основная цель научной статьи изучение истории печати Азербайджана 
на  основе  творчества  выдающегося  ее  исследователя  М.Б.Мухамедзаде.  Он 
считается  одним  из  тех  ученых,  кто  вложил  большой  труд  в  исследование 
азербайджанской  литературы  и  прессы,  в  трудах  которого  современность 
анализируется  как  эстетическая  категория  в  драмах,  связанных  с  истори-
ческими личностями.  
Работы, посвященные истории азербайджанской прессы сегодня счита-
ются  самыми  надежными  источниками  для  изучения  развития  нашей  жур-
налистики.  
  
 
 
 


AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI 
NİZAMİ adına ƏDƏBİYYAT İNSTİTUTUNUN ELMİ ƏSƏRLƏRİ 
“ƏDƏBİYYAT MƏCMUƏSİ”, 2015, № 1 
 
Resenziya 
 
Vilayət CƏFƏROV 
Filologiya üzrə elmlər doktoru 
Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu 
 
“AZƏRBAYCAN ƏDƏBİYYATI” ƏRƏB DİLİNDƏ 
 
Açar  sözlər:  Azərbaycan  poeziyası  və  ədəbi  həyat,  Azərbaycan  şeiri: 
istiqamətləri və ünsürləri, humanist romantik istiqamət və realizm 
Key words: Azerbaijani poetry and literary life, Azerbaijani poem: directions 
and elements, humanistic romantic direction and realism 
Ключевые слова: Азербайджанская поэзия и литературная жизнь, азер-
байджанское  стихотворение:  направления  и  элементы,  романтико-гуманисти-
ческое направление и реализм
 
 
Prof. İmamverdi Həmidov iştirakçısı olduğu elmi tədbirlərdə xa-
rici ölkələrdən olan həmkarları ilə elmi  yaradıcılıq əlaqələri saxlayır, 
həmin  ölkələrdə  çıxan  jurnal  və  məcmuələrdə  Azərbaycan  ədəbiyya-
tının  müxtəlif  məsələləri  ilə  bağlı  məqalələr  nəşr  etdirir.  İran,  İraq, 
Misir, Türkiyə, Rusiya, Əlcəzair və Yəməndə ərəb, fars və Azərbay-
can dillərində alimin 20-yə yaxın məqaləsi işıq üzü görmüşdür. 
Keçən  əsrin  90-cı  illərində  İ.Həmidov  elmi  yaradıcılıq  əlaqəsi 
saxladığı Fələstin alimləri doktor Nasr Məhəmməd Abbas 1996-cı ildə 
Şərqşünaslıq  İnstitutunda “Müasir müsəlman şairlərinin bədii  yaradı-
cılığının psixoanalitik tədqiqi” mövzusunda namizədlik dissertasiyası 
müdafiə  etmişdir.  Bu  məqalənin  müəllifi  Vilayət  Cəfərov  həmin  işin 
elmi  məsləhətçisi,  kitabın  3-cü  müəllifi  İmamverdi  Həmidov  isə 
opponenti  olmuşdur  və  doktor  Fatimə  Zəhra  əl-Məvafi  ilə  birlikdə 
Azərbaycan  ədəbiyyatı  haqqında  ərəb  oxucuları  üçün  kitab  yazmağı 
təklif  etmişdir.  Həmin  dövrdə  Z.Bünyadov  adına  Şərqşünaslıq  İnsti-
tutunda  fəlsəfə  doktorluğu  dissertasiyasını  müdafiə  edən  N.M.Abbas 
bu  fikri  bəyənmiş  və  beləliklə,  müştərək  işin  nəticəsi  öz  bəhrəsini 
vermişdir.  Üç  müəllifin  «Azərbaycan  ədəbiyyatı»  kitabı  ərəb  dilində 


Yüklə 3,05 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə