Nizami adına ƏDƏBİyyat institutu



Yüklə 3,05 Mb.
Pdf görüntüsü
səhifə129/130
tarix31.10.2018
ölçüsü3,05 Mb.
#77077
1   ...   122   123   124   125   126   127   128   129   130

ƏDƏBİYYAT 
 
1.
 
Nasr  Məhəmməd  Abbas,  Fatima  Zəhra  əl-Məvafi,  İmamverdi  Həmidov. 
Əl-adabul azeri. Əbu Dabi, 2013, (ərəb dilində). 
 
Vilayat Jafarov 
 
“AZERBAIJANI LITERATURE”  
IN ARABIC LANGUAGE 
 
Summary 
 
The article deals with the ontology “Azerbaijani literature” compiled jointly 
by  Arab  literary  critics,  Nasr  Muhammad  Abbas,  Fatima  al-Mavafi  and  doctor  of 
philological sciences of Azerbaijan Republic, Imamverdi Hamidov, that published in 
Abu-Dhabi  in  Arabic,  2013.  This  ontology  consisting  of  250  pages  introduces 
Arabic  readers  with  the  development  of  Azerbaijani  literature  of  VII-XX  century 
and studies the lives and creation of famous personalities, created over the period of 
XII century and is given the examples from their poetic heritage. Noting the fact that 
this  book  is  the  first  product  in  Arabic,  dedicated  to  the  history  of  Azerbaijani 
literature,  we  can  conclude  that  this  book  will  play  exceptional  role  in  introducing 
the Arab readers with our literature.  
 
Вилаят Джафаров 
 
«АЗЕРБАЙДЖАНСКАЯ ЛИТЕРАТУРА»  
НА АРАБСКОМ ЯЗЫКЕ 
 
Резюме 
 
В статье представлен анализ антологии «Литература Азери» («Азербай-
джанская  литература»),  составленной  арабскими  литературоведами  Наср  Му-
хаммед  Аббасом,  Фатимой  Захра  аль-Мавафи  и  азербайджанским  учёным, 
доктором наук, профессором Имамверди Гамидовым, изданной в 2013 году  в 
Абу-Даби  на  арабском  языке.  Данная  антология,  состоящая  из  250  страниц, 
знакомит  арабских  читателей  с  развитием  азербайджанской  литературы  VII–
XX  века.  Здесь  представлены  сведения  о  жизни  и  творчестве  известных 
личностей,  творивших  на  протяжении  этого  двенадцативекового  периода,  и 
приводятся  примеры  из  их  поэтического  наследия.  Тот  факт,  что  эта  книга 
является первым трудом на арабском языке, посвященным многовековой исто-
рии  азербайджанской  литературы,  позволяет  сделать  вывод,  что  она  сыграет 
исключительную  роль  в  ознакомлении  арабского  читателя  с  нашей  литера-
турой. 


AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI 
NİZAMİ adına ƏDƏBİYYAT İNSTİTUTUNUN ELMİ ƏSƏRLƏRİ 
“ƏDƏBİYYAT MƏCMUƏSİ”, 2015, № 1 
 
ƏDƏBİ-ELMİ MÜHİTİN XRONOLOGİYASI 
2014 
17  yanvar  –  Nizami  adına  Ədəbiyyat  İnstitutunun  80  illik 
yubileyinə  həsr  olunmuş  təntənəli  iclas  keçirilmişdir.  Tədbirdə  Milli 
Məclisin  deputatları,  tanınmış  elm,  ədəbiyyat  və  mədəniyyət  xadim-
ləri,  xarici  ölkələrdən  gəlmiş  qonaqlar  iştirak  etmişlər.  Tədbirdə 
AMEA-nın  vitse-prezidenti,  Ədəbiyyat  İnstitutunun  direktoru,  akade-
mik  İsa  Həbibbəyli  məruzə  etmişdir.  Tədbirdə  Azərbaycan  Yazıçılar 
Birliyinin  sədri,  Xalq  Yazıçısı  Anar,  AMEA-nın  Humanitar  və  İcti-
mai Elmlər Bölməsinin akademik-katibi, Bakı Slavyan Universitetinin 
rektoru,  akademiyanın  müxbir  üzvü  Kamal  Abdullayev,  Macarıstan 
Elmlər  Akademiyası  Türkoloji  Araşdırmalar  İnstitutunun  direktoru, 
akademik Georg Xazai, Azərbaycan Həmkarlar İttifaqları Konfedera-
siyasının  sədri,  Milli  Məclisin  deputatı  Səttar  Mehbalıyev,  Milli 
Məclisin  mədəniyyət  komitəsinin  sədri,  AMEA-nın  müxbir  üzvü, 
professor  Nizami  Cəfərov,  dünya  şöhrətli  azərbaycanlı  alim,  doktor 
Cavad  Heyət,  AMEA-nın  Nizami  Gəncəvi  adına  Milli  Azərbaycan 
Ədəbiyyatı  Muzeyinin  direktoru,  Milli  Məclisin  deputatı,  akademi-
yanın  müxbir  üzvü  Rafael  Hüseynov,  Lomonosov  adına  Moskva 
Dövlət  Universitetinin  Bakı  filialının  rektoru,  AMEA-nın  müxbir 
üzvü, professor Nərgiz Paşayeva, Milli Məclisin deputatı, Xalq Şairi 
Sabir Rüstəmxanlı və başqaları çıxış etmişlər. 
21 yanvar – Macarıstan Elmlər Akademiyası Türkoloji Araşdır-
malar  İnstitutunun  direktoru,  akademik  Georq  Xazai  və  Türkiyə 
Qafqaz Universitetlər Birliyinin sədri, professor Ramazan Qorxmazla 
görüş  keçirilmişdir.  Tədbirdə  Nizami  adına  Ədəbiyyat  İnstitutu  və 
Türkiyə Qafqaz Universitetlər Birliyi arasında anlaşma memorandumu 
imzalanmışdır.  
3  fevral    Akademik  İsa  Həbibbəylinin  Ukrayna  dilində  nəşr 
edilmiş  “XX  əsrin  əvvəllərində  Azərbaycan  ədəbiyyatı”  kitabının 
Səməd  Vurğun  adına  Kiyev  şəhər  kitabxanasında  təqdimatı  keçiril-
mişdir. 


18  fevral    Filologiya  üzrə  elmlər  doktoru,  professor  Asif 
Rüstəmlinin 60 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir. 
6  mart    Ukrayna  şairi  və  yazıçısı  Taras  Şevçenkonun  anadan 
olmasının  200  illiyinə  həsr  olunmuş  elmi  sessiya  keçirilmişdir. 
AMEA-nın  vitse-prezidenti,  Nizami  adına  Ədəbiyyat  İnstitutunun 
direktoru İsa Həbibbəylinin sədrliyi ilə keçirilmiş tədbir çərçivəsində 
Ukraynanın  Azərbaycandakı  səfiri  Aleksandr  Mişşenko,  institutun 
Xarici  ölkələrin  ədəbiyyatı  və  ədəbi  əlaqələr  şöbəsinin  müdiri  Vaqif 
Arzumanlı,  tanınmış  yazıçı,  tərcüməçi  Abbas  Abdulla  və  başqaları 
çıxış etmişlər. 
18  mart    Əli  bəy  Hüseynzadənin  anadan  olmasının  150  illiyi 
münasibətilə  elmi  sessiya  keçirilmişdir.  Elmi  sessiyada  Şamil  Vəli-
yevin  “Əli  bəy  Hüseynzadə  və  XX  əsrin  əvvəllərinin  ədəbi  prosesi”, 
Zaman  Əsgərlinin  “Əli  bəy  Hüseynzadənin  həyatı  və  mühiti”,  Sevil 
Qaraşovanın  “Əli  bəy Hüseynzadə  yaradıcılığı  və Qərb ictimai-siyasi 
fikri”,  Şərəf  Cəlillinin  “Əli  bəy  Hüseynzadənin  ideyaları  və  müasir-
lik”,  həmçinin  Gülər  Abdullabəyovanın  “Əli  bəy  Hüseynzadə  və 
müasirləri” mövzusunda məruzələri dinlənilmişdir.  
2  aprel  –  “Ədəbi  proses-2013:  yekunlar  və  vəzifələr”  mövzu-
sunda  yaradıcılıq  müşavirəsi  keçirilmişdir.  Azərbaycan  Yazıçılar 
Birliyi  ilə  birgə  keçirilən  yaradıcılıq  müşavirəsində  filologiya  üzrə 
elmlər  doktoru  Vaqif  Yusiflinin  “İlin  ədəbi  mənzərəsi”,  Nərgiz  Cab-
barlının  “2013-cü  ilin  şeiri”,  filologiya  üzrə  fəlsəfə  doktoru  Elnarə 
Akimovanın  “Poema  yaradıcılığı”  və  s.  mövzularda  məruzələri  din-
lənilmişdir.  
aprel    f.ü.f.d.  Vəfa  Hacıyevanın  Nizami  yaradıcılığına  həsr 
edilmiş  məqaləsi  Almaniyada  çıxan  “Zeitschrift  für  die  Welt  der 
Türken” dərgisində dərc edilmişdir. 
29 aprel  Salyan şəhərinin Heydər Əliyev Mərkəzində Nizami 
adına Ədəbiyyat İnstitutu, Mədəniyyət və Turizm Nazirliyi və Salyan 
Rayon İcra Hakimiyyəti ilə birgə Azərbaycanın böyük mütəfəkkiri Əli 
bəy  Hüseynzadənin  150  illik  yubileyinə  həsr  olunmuş  elmi  sessiya 
keçirilmişdir. 
may    Akademik  İsa  Həbibbəyli  və  professor  Vaqif  Arzu-
manlının  “Taras  Şevçenko  və  Azərbaycan”  başlıqlı  məqaləsi  Ukray-
nanın “Всесвiт” dərgisində dərc edilmişdir 
16-21 may – AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiy-
yat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli türkmən xalqının 
böyük  mütəfəkkiri  Məxdumqulu  Fəraqinin  290  illik  yubileyinə  həsr 
edilmiş  “Məxdumqulu  Fəraqi.  Ümumbəşəri  mədəni  dəyərlər”  adlı 


Yüklə 3,05 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə