Nizami adına ƏDƏBİyyat institutu



Yüklə 3,05 Mb.
Pdf görüntüsü
səhifə125/130
tarix31.10.2018
ölçüsü3,05 Mb.
#77077
1   ...   122   123   124   125   126   127   128   129   130

Садраттин Гусейн 
 
ПОЭТИЧЕСКИЙ МИР АБДУЛГАСАНА РАДЖИ 
 
Резюме 
 
В  данной  статье  освещены  художественные  особенности  творчества 
южноазербайджанского поэта XIX века Абдулгасана Раджи. Также рассмотрен 
вопрос об исторической эпохе в контексте отношения к писателям.  Каким бы 
ни было это отношение, элегисты-поэты вошли в историю литературы. 
Предметом  анализа  в  основном  является  поэтизм  в  лирике  поэта.  В 
аспекте  классических  традиций  проведены  параллели  между  классическими 
поэтами  и  Раджи.  Оригинальный  поэтизм  в  лирике  Раджи  занимает  особое 
место в нашей литературе. Акцентированы социальные мотивы, искусно скры-
тые  в  его  лирических  стихах,  обусловленные  жизнью,  средой  и  мировоззре-
нием поэта.
 


AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI 
NİZAMİ adına ƏDƏBİYYAT İNSTİTUTUNUN ELMİ ƏSƏRLƏRİ 
“ƏDƏBİYYAT MƏCMUƏSİ”, 2015, № 1 
 
Mətbuat tarixi 
 
Qərənfil QULİYEVA
 
Bakı Dövlət Universiteti 
frauhadschieva@gmail.com
 
 
MƏTBUATŞÜNASLIQ TARİXİMİZDƏN (1920-ci illər) 
(M.B.Məhəmmədzadənin tədqiqatları əsasında) 
 
Açar  sözlər: 
ədəbi  proses,  ideologiya,  cəmiyyət,  siyasi  mühit,  ictimai 
problem
 
Key words: 
literatry process, ideology, society, political environment, social 
problem
 
Ключевые  слова: 
литературный  процесс,  идеология,  общество,  поли-
тическая среда, социальная проблема
 
 
Yaşı bir əsrdən çox olan Azərbaycan mətbuat tarixinə, onun ya-
ranmasına, keçdiyi çətin, şərəfli, ziddiyyətli inkişaf yollarına, ictimai-
siyasi  həyatdakı  mövqeyinə  dair  ötən  əsrin  əvvəllərindən  indiyədək 
xeyli  əsərlər  nəşr  edilib.  Hələ  20-ci  yüzilliyin  əvvəllərində  klassiklə-
rimizdən H.Zərdabi, F.Köçərli, C.Hacıbəyli, M.Ə.Rəsulzadə, Ə.Abid, 
M.B.Məhəmmədzadə  və  başqaları  bu  mövzuda  maraqlı  və  dəyərli 
tədqiqatlar  apararaq  mətbuat  tariximizin  tədqiqi  baxımından  faydalı 
fəaliyyət göstərmişlər.  
Belə maraqlı və dəyərli mənbələrdən biri də Mirzə Bala Məhəm-
mədzadənin  “Azərbaycan  türk  mətbuatı”  əsəridir.  Azərbaycan  milli 
istiqlal məfkurəsinin düşüncə və mücadilə adamı, böyük vətənpərvər, 
millətsevər  M.B.Məhəmmədzadə  həm  də  ictimai-siyasi  xadim,  iste-
dadlı publisist, ədəbiyyatşünas və mətbuatşünas alim idi.  
Onun 20-ci yüzilliyin əvvəllərində yazdığı, milli mətbuat tarixi-
mizə dair “İki  inqilab arasında”  və  “Azərbaycan  türk mətbuatı” əsər-
ləri bu gün milli mətbuatşünaslığımıza verilən ən qiymətli töhfələrdən 
biridir – desək, məncə, heç də yanılmarıq. “İki inqilab arasında” 1918-
ci  ildə  Tiflisdə,  “Azərbaycan  türk  mətbuatı”  isə  1922-ci  ildə  Bakıda 


işıq üzü görüb.  
Mətbuatşünas və ədəbiyyatşünas alim filologiya elmləri doktoru
prof.  Alxan  Bayramoğlu  müəllifin  “İki  inqilab  arasında”  əsəri  haq-
qında  yazır:  “Bu  kitab  Mirzəbalanın  bir  növ  “Azərbaycan  türk  mət-
buatı” əsərinə hazırlıq hesab edilə bilər” (1, 5). Bəzi tədqiqatçılarımız 
isə  bu  əsəri  “mətbuat,  maarif,  ədəbiyyat,  teatr,  mədəni  işlərimizin 
irəliləməsinə dair tarixçə” (2, 49) adlandırır.  
“İki  inqilab  arasında”  əsərində  müəllif  “Mətbuatımız”,  “Maarif 
işləri”,  “Ədəbiyyatımız”,  “Teatromuz”,  “Ruhanilər  və  qadın  məsə-
ləsi”,  “Xülasə”  yarımbaşlığı  ilə  verdiyi  məlumatlarda  1906-cı  ildən 
1918-ci  ilə  kimi  olan  dövr  ərzində  ölkəmizdə  ədəbiyyatın,  maarifin, 
teatrın inkişafında mətbuatın mühüm rol oynadığı bildirilir. Müəllif bu 
haqda  əsərin  “Müqəddimə”  hissəsində  yazırdı:  “Azərbaycan  türklə-
rinin  ən  böyük  işləri  və  irəliləmələri  birinci  inqilabdan  sonra  1906-cı 
sənə  ilə  1918-ci  ilin  arasında  vaqe  olub”  (1,  15).  Bu  işdə  “Molla 
Nəsrəddin” jurnalına və onun yazarlarına yüksək qiymət verən müəllif 
yazırdı: “Molla Nəsrəddin” bütün xalqımızda olan nöqsanlarımızı açıb 
üzümüzə  çırparkən,  əskilərin  və  yenilərin  mübarizələrini  təsvir  edər-
kən  öylə  asan  və  açıq  bir  yol  göstərirdi  ki,  xalq  bu  tənələrin  zərbəsi 
altında gülə-gülə kəndi səhvlərini islah edərək irəliləyirdi” (1, 50).  
M.B.Məhəmmədzadə bir tədqiqatçı kimi, milli özünüdərk prose-
sinin düzgün istiqamətləndirilərək milli mənlik şüurunun formalaşma-
sında milli mətbuatımızın oynadığı  böyük rolu “İki  inqilab arasında” 
əsərindən  sonra  qələmə  aldığı  “Azərbaycan  türk  mətbuatı”  əsərində 
geniş  şəkildə  işıqlandırır.  Tədqiqatçı  alim  bu  əsərində  1875-ci  ildən 
1921-ci ilə qədər fəaliyyətdə olan mətbuatımızdan, onun milli-mədəni 
həyatımızdakı  rolundan  bəhs  edərək  yazırdı:  “Azərbaycan  türklərinin 
ictimai-mədəni  intibaha  tərəqqi  etməsində  ən  qüvvətli  amillərdən  bi-
rini mətbuat təşkil etmişdir” (1, 7). Odur ki, milli mətbuatımızın banisi 
olan  H.Zərdabini  Azərbaycan  ziyalılarının  “müəllimi,  mənəvi  atası” 
adlandıraraq: “Bizdə yeni mədəni diriliyə ayaq basılan gün birinci qə-
zetənin  çıxdığı  gündən  ibarət  sayılmalıdır”  (1,  7)  –  deyən  M.B.Mə-
həmmədzadə çox haqlı idi. 
Ölkədəki  bütün  mədəni  yenilikləri mətbuatın  inkişafı ilə əlaqə-
ləndirən  M.B.Məhəmmədzadə  yazırdı:  “Mədəni  yarışda  biz  qonşu 
millətlər içində nə qədər müvəffəqiyyət əldə edə bildiyimizi bizə mət-
buatımızın  tarixi  göstərə  biləcəkdir”  (1,  25).  Baxmayaraq  ki,  biz  bu 
fəxredici günə nail olmaq üçün uzun illər çar hökumətinin çox aman-
sızlıqları ilə rastlaşmışıq.  
Senzuranın  Azərbaycan  ictimai-siyasi  və  ədəbi  fikrinin,  ümu-


Yüklə 3,05 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə