Nizami adına ƏDƏBİyyat institutu



Yüklə 3,05 Mb.
Pdf görüntüsü
səhifə121/130
tarix31.10.2018
ölçüsü3,05 Mb.
#77077
1   ...   117   118   119   120   121   122   123   124   ...   130

Şanlı vətənimsən, Azərbaycanım , 
Behişdim, rövzeyi-rizvanım, Təbriz (1, 66). 
 
M.Məhzun çox sevdiyi doğma diyarından uzaq düşdükdən sonra 
sinəsində Vətən məhəbbətinin ocağı yeni bir qüvvə ilə közərdi. O, bu 
çağlarda “sevgilim”, “canım”, “nigarım” deyəndə də “yurdum”, “səa-
dətim”, “ömür növrağım” olan doğma vətən ünvanlı könül pərisini tə-
rənnüm edir.  
Bu  dövrün  Vətən  mövzulu  şeirlərində  bir  məna  da  özünün  se-
çilən cizgiləri ilə nəzəri cəlb edir. Bu da yenidən hücumlara məruz qa-
lan milli mədəniyyət, milli ədəbiyyat və doğma ana dili məsələsidir. 
Şairin həmin illərdə qələmə aldığı əsərlərində sağlam təfəkkürün 
haqlı  hesab  etdiyi  bir  şikayət  vardır.  Axı,  nə  üçün,  nədən  ötrü  onun 
xalqı  kölə  kimi  yaşamalıdır?  Niyə  doğma  yerlərə  həsrət  qalmaq  bu 
xalqın  taleyinə  çevrilməlidir?  Ən  nəhayət,  bir  xalqın  dilini  yasaq  et-
məyə kimin haqqı vardır? Şairin bir şeirində oxuyuruq: 
 
Əlimdən aldılar ana dilimi, 
Qan içənlər sındırdılar belimi. 
Kəsdilər dilimi, sındı qollarım, 
Qələmimdən ayrı, dilimdən ayrı (1, 92). 
 
M.Məhzun  hörmət  etdiyi  sənətkara,  onların  bəlli  irsinə  ömrü 
boyu məhəbbət bəsləmişdir: 
  
Dağıtdı yuvamı qan içən cəllad
Gözəl vətənimi eylədi bərbad. 
Xəzan bülbülütək uçdum hər yana, 
Gülşənimdən ayrı, gülümdən ayrı (3). 
 
Şairin “gülümdən”, “gülşənimdən” ayrı, “xəzan bülbülütək” hər 
yana uçmağa vadar edən məşhur 21 Azər hərəkatını qan içində boğan 
qüvvələr idi. 
Özünün etiraflarına görə, böyük Füzuliyə o, bir ustad kimi bax-
mış, poetik aləmdə onun fəth etdiyi məqamı özü üçün əlçatmaz zirvə 
hesab etmişdir. M.Məhzun zəmanəsinin “Hafizi” ləqəbini almış  Şəh-
riyarı ustadlar ustadı mövqeyində görmüşdür .  
M.Məhzun  Ə.Vahid  sənətini  solmaz  gülüstan  bilmiş,  onun 
poeziyasını ədəbi çəmənzar hesab etmiş və yazmışdır: 
 


Asudə yat ki, daimidir şeir gülşənin
Solmaz çəməndə afəti dəysə min illərin (1). 
 
Şairin şifahi xalq ədəbiyyatı xəzinəsindən necə bəhrələndiyi ba-
rədə təsəvvür əldə etmək üçün varlığı başdan-binadan xalq həyatından 
yoğrulmuş, cəmi bir neçə sətirdə dərin mənalar daşıyan bayatı forma-
sından  necə  istifadə  etdiyinə  nəzər  salmaq  kifayətdir.  M.Məhzunun 
vətən  eşqi  hicrandan  doğan  həsrət  hissləri,  daim  öz  məhbubuna  qo-
vuşmaq  arzusu  bu  bayatılarda  bəyəniləcək  dolğunluqla  bədii  əksini 
tapmışdır. Bayatının incə, zərif çiyinlərinə şairin qoyduğu məna yükü 
çox siqlətlidir.  
 
Bağbanam, gülüm yandı, 
Gülsüz bülbülüm yandı. 
Vətən, vətən deməkdən, 
Ağzımda dilim yandı (1, 97). 
 
Məhəmmədəli  Məhzunun  sırf  lirik  şeirlərində  də  həyatın  eybə-
cərliklərinə  qarşı  ciddi  etirazla  və  bir  sənətkar  qəlbinin  çırpıntılarını 
duymaq çətin deyil. “Hicran xəstəsi” kitabında şairin “Bədbəxt külfət” 
(ev  qulluqçusu),  “Bədbəxt  Şəhlanın  faciəsi”  adlı  nisbətən  irihəcmli, 
süjetli əsərlərində o, öz qəhrəmanlarının taleyinə acı-acı göz yaşı axı-
dır.  Şair  günahsız  ikən  müqəssir  hesab  edilən,  xan  tərəfindən  namu-
suna  təcavüz  olunan  külfət  qızın  faciəsini  ürəkağrısı  ilə  qələmə  alır. 
Oxumaq arzusu daşa dəyən, əzablardan qurtuluş yolunu özünü zəhər-
ləyib məhv etməkdə görən Şəhlanın taleyindən bəhs etdiyi yerdə: 
 
Mən yazanda bu əşarı gözüm yaşı döndü selə– deyir. 
 
Şairin bu misralarında etiraz hissi duyulur. O, hələ əsl müqəssi-
rin yaxasından tutub cəmiyyətin məhkəməsinə gətirmədiyi kimi, onun 
qəhrəmanları da öz talelərinin quludurlar. Onlar cəmiyyətin qarşısında 
acizdirlər. Həyatda əks qüvvələr arasında mövcud olan bu tənasüblük, 
şairin yaradıcılığında əzab, işgəncə, hiylə və saxtakarlıq sinifli cəmiy-
yətin  fəzalarında istədiyi kimi  cövlan edə bilmir. Şair öz sənət  və  tə-
biətinin mahiyyətindən bəhs edərkən yazır: 
 
Bəd əməl, bir əyri yol, dünyada mütləq, bilmədim, 
Çünki əmalımla birdir şeirü divanım mənim. 
 


“Lakin  satiraya  müraciət  etdikdə  sanki  o,  başqalaşır.  Həyata 
münasibəti fəallaşır. M.Məhzunun satiraları məişət məsələlərinə – qızı 
boyda  körpə  ilə  evlənmək  azarına  tutulan  qocalara,  öz  milli  ənənə-
lərinə arxa çevirən cavanlara, qərb mədəniyyəti qarşısında kor-koranə 
pərəstiş  edən modabazlara və  sairəyə  yönəldilmişdir. Amma, bu şeir-
lərdə  xəmirləri  ifşadan  yoğrulmuş  misralar  daha  açıq-saçıq  səslənir, 
onlardakı səfərbəredici çalar daha qüvvətlidir (5, 15). 
 
Gül kimi qızları boşlar, yapışar xariciyə, 
Bir deməz evdə qalıb Fatma-Tükəzbanlarımız. 
Tərk edib milli təamlarını oğlan-qızımız, 
Boynu çiynində qalıb, dolma-badımcanlarımız (1). 
 
M.Məhzun  elinə-obasına,  xalqının  əzəmətli  keçmişinə  bağlı  sə-
nətkardır.  O,  hər  şeydən  artıq  vətən  deyilən  ana  diyarı,  onun  əvəzsiz 
gözəlliklərini, bir də şair sələflərini, dədə-babadan irs kimi qalmış, ana 
laylası tək ahəngdar ana dilinə məftundur.  
 
ƏDƏBİYYAT 
 
 
1.
 
Məhzun M.Ə. Hicran xəstəsi. Tehran, 1358 (1979). 
2.
 
Əmirov  Sabir.  Vüsal  sorağında.  “Ədəbiyyat  və  incəsənət”  qəzeti,  27  mart 
1987, № 13. 
3.
 
Antalogiya. III cild, 1988. 
4.
 
Cənubi  Azərbaycan  yazıçılarının  ədəbi  məcmuəsi.  Azərbaycan  ruznamə-
sinin nəşriyyəsi, 1960. 
5.
 
Əmirov S. Bir ovuc hədiyyə. Bakı, 2005. 
 
Mahmizar Mehdibayova 
 
MOHAMMEDALI MAHZUN’S LYRICS 
 
Summary 
 
The  article  is  dedicated  to  the  many-sided  investigation  of  specific 
peculiarities  of  lyrical  works  written  by  Mohammedali  Mahzun.  The  creative 
activity  of  a  prominent  representative  of  the  South  Azerbaijan’s  poetry 
Mohammedali  Mahzun  is  mainly  consisted  of  poems  and  gazels.  Mohammedali 
Mahzun devoted a majority of poems and gazels to social motives. He created such 
poetic  examples  as  “Sevgilim”  (“My  beloved”),  “Canım”  (“My  soul”),  “Nigarım” 
(“My  Nigar”),  “Yurdum”  (“My  nativeland”),  “Ömür  növrağım”  (“The  aim  of  my 
life”),  “Səadətim”  (“My  happiness”)  which  are  devoted  to  Motherland  and  other 
exciting  topics.  Lyrical  works  of  Mohammedali  Mahzun  are  characterized  by 
richness  of  poetical  stylistic  peculiarities  and  significance  of  emotional-expressive 
means. 


Yüklə 3,05 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə