Nizami adına ƏDƏBİyyat institutu



Yüklə 3,05 Mb.
Pdf görüntüsü
səhifə117/130
tarix31.10.2018
ölçüsü3,05 Mb.
#77077
1   ...   113   114   115   116   117   118   119   120   ...   130

disəyə  müasirlik  kontekstindən  baxmışdır.  Dünyada  yalnız  eşqin, 
məhəbbətin  və  gözəlliyin  təntənəsini  görmək  istəyən  humanist  duy-
ğulu  şairin  antiimperialist  mövqeyi,  antiimperialist  ruhu  “Stalinqrad 
qəhrəmanları”  poemasında  da  bütün  qabarıqlığı  ilə  yansıyır.  İkinci 
Dünya  müharibəsinin  ən  qızğın  dövründə  yazılmış  bu  əsər  mövzu-
sunun aktuallığı, mənfi və müsbət obrazların kamilliyi, ictimai idealın 
ülviliyi  ilə  seçilir,  canlı,  real  döyüş  səhnələrini  bənzərsiz  sənətkarlıq 
qüdrətilə  təsvir  etməklə  mütəfəkkir  şair  özünün  imperializmə,  onun 
dəhşətli  törəməsi  olan  faşizm  və  faşistlərin  törətdikləri,  ölümsaçan 
qanlı  müharibəyə  nifrətini  hayqırır.  Sovet  dövlətinin  qurucularının 
azad,  xoş  güzəran  keçirdiklərini,  öz  dövrünə  görə  xoşbəxtliyini  gözü 
götürməyən imperializm – Əhrimən faşizmi – əjdahanı silahlandıraraq 
onun  üzərinə  göndərir.  Şəhriyar Əhrimənin əjdahanı sosializmi məhv 
etməyə  göndərməsini  obrazlı  şəkildə  həqiqət  günəşinin  üzərinə  qara 
kölgə salaraq  aləmi zülmətə qərq etməsi kimi mənalandırır. O, sovet 
xalqlarının  və  sovet  ordusunun  gücünü  yüksək  vətənpərvərlikdə, 
xalqla dövlətin birliyində görür, həmçinin sosializmin bir quruluş kimi 
yaşamağa  qadir  olmasına  inanır.  İnanır  ki,  qara  qüvvələr  –  düşmən, 
şər  Allahı  Əhrimən  xeyir  Allahı  Ahuraməzdaya  qalib  gələ  bilməz. 
Sovet  ordusunun  gücü,  Vətənin  azadlığı  uğrunda  gözünü  qırpmadan 
ölümə, dar ağacına cəsarətlə gedən sovet gənclərinin vətənpərvərliyi, 
amal  və  məqsəd  birliyi,  dövlətin,  partiyanın  və  xalqın  birliyi  qar-
şısında  məğlub  olur,  ədalət,  həqiqət  zəfər  çalır.  Hadisələrin  nikbin 
sonluqla başa çatması bir realist şair kimi Şəhriyarı təmin etmişdir: 
 
Kişnəyib bir ləhzə göylər, verdi fərmani-cahad
Rus ilə german deyil, ey qəhrəmanlar, hərb edən. 
Çarpışır burda işıqlarla qaranlıq ordusu, 
Bir tərəf Ahuraməzda, bir tərəfdə Əhrimən… (2, 325). 
 
Tarixi  həqiqətlərin  bədii-poetik  salnaməsini  yaradan  Şəhriyar 
tarixiliyi  müasirlik  kontekstində  təqdim  etmək  kimi  yaradıcılıq  ten-
densiyasına faşistpərəst general Zahidinin ölkəyə qan uddurduğu, zül-
mün  ərşə  dirək  olduğu  bir  zamanda  yazdığı  “Mumiyayi-Mumiya-
lanmış  adam”  poema-qitəsində  də  sadiq  qalır.  Realist-romantik  şair 
poemada irtica illərində (1946-1959) İranda yaşayan ayrı-ayrı xalqları, 
insanları  daim  qorxu  içərisində  saxlamaqla  susduran,  mənən  şikəst, 
miskin  varlıqlara  çevirən  istibdad  rejimini,  mütləqiyyət  quruluşunu 
kəskin  tənqid  atəşinə  tutur.  Mübariz  şair  əsərə  “Mumiyayi-Mumiya-
lanmış  adam”  adını  təsadüfən  seçməmişdir.  O,  haqlı-haqsız  verilən 


ağır  cəzalardan,  qanlı  qırğınlardan  qorxaraq,  ürəyindən  keçənləri 
ucadan  söyləməyə  cəsarət  etməyərək  pıçıltı  ilə  danışan,  susmağa 
üstünlük verən, tanış adamlardan belə qaçıb uzaqlaşan, küçə-bacadan 
evlərinə kölgə kimi sürünüb sürətlə  yox olan insanları obrazlı şəkildə 
mumiyalanmış  meyitlərə  bənzədir.  Yaşadığı  mühiti,  istibdadın  hökm 
sürdüyü  cəmiyyəti,  qövmün  həyatını  “qüssə  girdabı”  adlandırır  və 
onun daş-qalaq olunaraq məhv edilməsini, xalqın azad, rahat nəfəs al-
masını,  xoş  güzərana  qovuşmasını  arzulayır.  Ustad  şair  “Eynşteynə 
peyğam”  poemasında  daha  bir  tarixi  hadisəyə  çağdaş  düşüncə  priz-
masından  işıq  salır.  Şairin  humanist  düşüncələri  poemada  daha  da 
qabarıqlaşır, konkretləşir. Atom enerjisi ixtira edən Albert Eynşteynin 
bu  elmi-tarixi  kəşfinin  müasir  dövrdə  bəşəriyyətə  ölüm,  fəlakət 
gətirdiyinə,  bu  kəşflərdən  imperialist  qüvvələrin  dünyanın  dinc  niza-
mını pozmaq, dağıtmaq üçün istifadə etmələrinə dərindən təəssüflənir. 
Elmin Allahı, böyük düha saydığı Eynşteynin əzab-əziyyətinə, böyük 
zəhmətinə  heyifsilənən  humanist  şair  atom  enerjisinin  ixtirası  kimi 
misilsiz  kəşfi  ilə  dünya  elmindəki  boşluğu  dolduran,  elmlə  dini 
barışdıran və maddənin əzəldən enerji olduğunu sübut edən elm kori-
feyinə  üz  tutaraq  yüz  min  dəfə  əhsən,  lakin  yüz  min  də  əfsus  deyir. 
Çünki Eynşteynin tarixi kəşfindən istifadə edən hərif-düşmən bu gün 
bomba  düzəldir,  ölkələri  dağıdır,  kütləvi  qırğınlar  törədir.  Şəhriyar 
əsərdə dünyanın müharibə əjdahasının əlilə cəhənnəmə deyil, sülhün, 
azadlıq  günəşinin  şəfəqləri  altında  cənnətə  döndərilməsini,  insanların 
qardaşlıq, sədaqət, məhəbbət bayrağı altında birləşməsini, Yer üzünün 
sakinləri arasında dini, irqi, milli fərqin aradan qaldırılaraq humanizm 
duyğularının,  məhəbbətin  var  olmasını  arzulayır...  Elm  dühasından 
dünyanı  qorumağı,  öz  kəşfi  ilə  cahanı  vicdan  imperiyasına,  behiştə 
çevirməyi  təvəqqe  edir.  Diləyir  ki,  insanlar  bir-birindən  yalnız  qəlbi, 
elmi, humanizmi ilə fərqlənsinlər: 
 
Nə milli fərq olsun, nə də irqi fərq
Din də ayırmasın qoy millətləri
Məhəbbət yaşatsın ulu bəşəri. 
İnsan ayrılmasın insanlığından, 
Bir bayraq altında birləşsin cahan (3, 428). 
 
 
Məhəmməd  Biriya  isə  “Azərbaycan  qəhrəmanı,  yaxud  Azərbaycan 
əsgəri”  poemasında  “Böyük  Vətən  müharibəsi”ndə  şücaətlər  göstərərək, 
Sovet  İttifaqı  Qəhrəmanı  adına  layiq  görülmüş  igid  Azərbaycan  oğlu 
Mikayılın simasında xalqımızın döyüş əzmini, möhkəm ailə modelinə sahib 
olduğunu qabartmışdır. 


Əsərlərində insanın ən incə və səmimi hisslərinə – sarı siminə toxunan 
Əhməd  Alovun  “Ərk  qalası”  poemasında  Təbrizin  qədim  tarixi 
abidələrindən  olan  “Ərk  qalası”nın  mahiyyəti,  bu  adın  daşıdığı  anlam  və 
Təbrizdə  baş  verən  tarixi  inqilablar  zamanı  əhəmiyyətli  rolu  sənətkarlıqla 
işlənmişdir.  Tarixiliyə,  ənənəçiliyə  hörmət,  ehtiram  və  bunlara  yeni  baxış 
bucağından 
yanaşma 
Alov 
yaradıcılığının 
ən 
xarakterik 
xü-
susiyyətlərindəndir.  Şair  “Ərk  qalası”  poemasını  ölümün  gözünə  dik  baxan 
qəhrəmanlara, öz xalqının və vətəninin azadlığı, əmin-amanlığı, aydın sabahı 
naminə canından keçənlərə, gülə-gülə ölüm adlı mələyin pişvazına gedənlərə 
həsr  etmişdir.  Çünki  Təbrizdə  ucaldılmış  Ərk  qalası  Azərbaycan  xalqının 
böyük  tarixinin  bu  günümüzədək  gəlib  çatmış  nişanəsi,  möhtəşəm  bir 
abidəsidir.  “İranda  Mədain  sarayına  bərabər  tutulan  Təbriz  Ərk  qalası 
(Əlişah  qəsri)  öz  dövründə  dünyanın  ən  böyük  müsəlman  memarlıq 
nümunəsi  olmuşdur.  Bu  əzəmətli  bina  Elxani  hökmdarları  Sultan 
Xudabəndənin  və  Əbu  Səidin  vəziri  olmuş  Tacəddin  Əlişahın  göstərişi  ilə 
1338-1345-ci  illərdə  tikilmişdir.  Qacarlar  dövrünə  qədər  Ərk  qalası  dövlət 
qəsri kimi istifadə edilmiş, sonralar isə Səttarxan, Bağırxan və digər Təbriz 
mücahidlərinin  sığınacaqlarından  biri  olmuşdur.  Ərk  qalası  bir  dəfə 
zəlzələdən,  bir  dəfə  də  çar  Rusiyası  ordusunun  hücumu  zamanı  xəsarət 
almışdır” (4). Ustad Şəhriyarın da yüksək qiymətləndirdiyi Yədulla Məftun 
Əmini özünün “Ərk qalası” şeirində də aydın göstərir ki, bizim əsrdə İranda 
baş  vermiş  bütün  mütərəqqi  hərəkatlar (inqilablar  – E.F.Ş.) öz  başlanğıcını 
bu qaladan götürmüşdür (5, 209). Şairin “Ərk qalası”na həsr etdiyi şeirdə də lirik 
qəhrəmanın dili ilə əsrlərin sınaqlarına, sərt rüzgarlarına, daxili və xarici düşmənlərin, 
mürtəce qüvvələrin hücumlarına məruz qalan, ancaq məğrur dayanaraq elin sipərinə 
çevrilən bu alınmaz qalanı vəsf edir: “Ey Ərk, ey bir sinəsini min bəlayə sipər 
edən alınmaz qala!.. Ey Ərk, ey istiqlalımızın ölməz nişanəsi, sənə əbədi eşq 
olsun!.. Tarix boyu bir çox zalımların qılıncı sənin ayağının altında sınıbdır” 
(6,  22).  Ə.Ş.Alov  poemada  Ərk  qalasının  bədii  təsvirini  verir,  lakin  bu 
təsvirlə  iç-içə  möhtəşəm  tarixi  abidənin  çağdaş  dövrdə  Güney  xalqı  üçün 
hansı anlamı daşıdığını da önə çəkir. Oxucu şairin sanki səsini eşidir: 
 
Zənn etmə, sadəcə kərpicdən, daşdan 
qayrılıb durur bu Ərk qalası. 
O, elin vüqarı, elin qüruru. 
Kəskin hümməti. 
Yadelli düşmənə nifrət tayası (7, 56). 
 
Və nəhayət, poemanın sonunda 21 Azər inqilabının fədailərinə səngər 
olmuş  bu  qalanın  heç  bir  zaman  düşmənə  boyun  əyməyəcəyi  konkret 
fikirlərlə öz əksini tapır. Novator şair Həmid Nitqi də qələmə aldığı “Təbriz” 
poeması  ilə  oxucuların  qəlbində  böyük  qüdrətə  tapınmaq,  mütləqə  inam 
duyğuları aşılaya bilir. “Təbriz” poemasına şair üç minillik möhtəşəm tarix 


Yüklə 3,05 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə