Nizami adına ƏDƏBİyyat institutu



Yüklə 3,05 Mb.
Pdf görüntüsü
səhifə114/130
tarix31.10.2018
ölçüsü3,05 Mb.
#77077
1   ...   110   111   112   113   114   115   116   117   ...   130

mi düşünürdü və qəhrəmanlarını da Füzuli qəhrəmanları kimi hərəkət 
etməyə məcbur edirdi. Anar müasir dünyamızın istər fəlsəfi, istərsə də 
dini dünyabaxışı sahəsində ən böyük mütəfəkkirlərindən biri kimi ta-
nınır və onun öz dahi sələfinə bütün hörmət və məhəbbəti ilə yanaşı, 
həm də orta əsrlərin zülmətindən doğan bəzi nöqsanlarına tənqidi mü-
nasibətini  də  yaddan  çıxarmaq  lazım  deyil.  Ancaq  bunlar  yalnız  de-
tallardır.  Əsas  məsələ  isə  insana  insan  kimi  yanaşmaq,  irqi,  dini, 
regional  və  başqa  cür  ayrıseçkiliklərə  yol  verməmək,  onu  öz  həm-
cinsinin zülm və zorakılığından, ədalətsizliyindən qorumaq, dünyanın 
gələcəyə  doğru  inkişafını  vəhşi  instinktlərdən  xilas  edərək,  daha  hu-
manist bir gələcək uğrunda caba sərf etmək üzərində dayanır. 
 
 
ƏDƏBİYYAT 
 
1.
 
“Molla Nəsrəddin” jurnalı, 23 may 1925. 
2.
 
Nəbiyev Bəkir. Seçilmiş əsərləri, 5 cilddə, c. 5, Bakı, “Çinar-Çap”, 2009. 
3.
 
Ulusel Rahid. Azərbaycan mədəniyyətinin Anarı. (Anar. Əsərləri, 6 cilddə, 
c. 1), Bakı, “Nurlan”, 2003. 
4.
 
Füzuli Məhəmməd. Əsərləri, 6 cilddə, c. 1, Bakı, “Şərq-Qərb”, 2005. 
5.
 
Anar. Əsərləri. 6 cilddə, c. 2, Bakı, “Nurlan”, 2003. 
6.
 
Füzuli Məhəmməd. Əsərləri, 6 cilddə, ”Şərq-Qərb”, 2005. 
 
 
Lala Mammadova 
 
SIGNS OF FUZULI ON PROSE OF ANAR 
 
Summary 
 
Article  devoted  to  the  influence  of  the  great  classical  poet  Fuzuli  on 
contemporary lyrico-psychological prose. To this end, “The Sixth Floor of the Five-
Storey  Building”  by  writer  Anar  is  analyzed  in  the  context  of  relation  with  the 
creativity  of  Fuzuli.
 
It  is  concluded  that,  despite  of  the  influence  of  the  great 
master’s  philosophy  of  love  on  the  moral  and  spiritual  state  of  the  heroes  of  Anar, 
the  writer  acts  as  a  modern  thinker.  He  inspires  confidence  to  a  more  humanistic 
future without any kind of violence and injustice.
 
 
 
 
 
 
 
 
 


Лала Мамедова 
 
ВЛИЯНИЕ ФИЗУЛИ НА ЛИРИКO-ПСИХОЛОГИЧЕСКУЮ  
ПРОЗУ АНАРА 
 
Резюме 
 
Статья  посвящена  влиянию  великого  классического  поэта  Азербай-
джана Физули на современную лирико-психологическую прозу. С этой целью 
произведение  писателя  Анара  «Шестой  этаж  пятиэтажного  дома»  анализи-
руется  в  контексте  творческой  взаимосвязи  с  традициями  Физули.  Делается 
вывод о том, что, несмотря на большое влияние творчества великого мастера 
на морально-духовное состояние героев Анара, писатель выступает как совре-
менный  мыслитель  и  призывает  верить  в  более  гуманистическое  будущее,  в 
котором не будет насилия и несправедливости. 


AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI 
NİZAMİ adına ƏDƏBİYYAT İNSTİTUTUNUN ELMİ ƏSƏRLƏRİ 
“ƏDƏBİYYAT MƏCMUƏSİ”, 2015, № 1 
 
Şəhla ŞİRƏLİYEVA 
Naxçıvan Dövlət Universiteti 
shshahla36@gmail.com 
 
ƏZİZƏ CƏFƏRZADƏNİN  
“BİR SƏSİN FACİƏSİ” ROMANI 
 
Açar sözlər: Əzizə Cəfərzadə, tarixi roman, “Bir səsin faciəsi”, Mirzə Güllər 
Key words: Aziza Jafarzadeh, historical novel, “Tragedy of a Voice”, Mirza 
Gullar 
Ключевые  слова:  Азиза  Джафарзаде,  исторический  роман,  «Трагедия 
одного голоса», Мирза Гюллар 
 
Tarixi romanların böyük əksəriyyətində konkret tarixi şəxsiyyət-
lərin  obrazları  yaradılır.  Belə  əsərlərdə  tarixdə  müəyyən  rol  oynamış 
ayrı-ayrı insanların həyatı, mübarizə yolu canlandırılır.  
İyirminci  əsrin Azərbaycan ədəbiyyatının istedadlı nümayəndə-
lərindən  biri,  daha  çox  tarixi  roman  ustası,  etnoqrafik  yaddaşımızın 
mahir  salnaməçilərindən  biri  kimi  tanınan  xalq  yazıçısı  Əzizə  Cəfər-
zadə  də tarixi romanlarında məhz belə şəxsiyyətlərin obrazlarını can-
landırmışdır.  Yazıçının  ədəbi-bədii  irsi  özünün  zənginliyi,  əhatəliliyi 
və  çoxcəhətliliyi  ilə  diqqəti  çəkməkdədir.  O,  əsərlərini  müxtəlif 
janrlarda yazmasına baxmayaraq, Azərbaycan ədəbiyyatında daha çox 
tarixi  romanlar  müəllifi  kimi  yadda  qalmışdır.  Yazıçının  əsərlərində 
qədim  dövrlərdən  tutmuş  XX  yüzilə  qədər  Azərbaycan  tarixinin  mü-
rəkkəb,  keşməkeşli  hadisələri  öz  əksini  tapmışdır.  Bu  baxımdan  ya-
zıçının “Aləmdə səsim var mənim”, “Vətənə qayıt”, “Eldən-elə”, “Gü-
lüstandan  öncə”,  “Zərrintac-Tahirə”,  “İşığa  doğru”,  “Bəla”  və  s.  ro-
manları  maraqlıdır.  Müəllif  tarixi  romanlarının  hər  birində  ədəbi  və 
siyasi şəxsiyyətlərin bədii obrazlarını yaratmışdır.
 
 
Tariximizin müxtəlif mərhələlərinin bədii mənzərələrini yaradan 
Əzizə Cəfərzadənin bu qəbildən yazdığı “Bir səsin faciəsi” romanı da 
məzmunu  və  ideya-sənətkarlıq  xüsusiyyətləri  baxımından  maraq  do-
ğurur.  Əsərdə  Azərbaycanda  keçmiş  Cavid-Qaradonlu  ərazisində  baş 


verən hadisələrdən, ailə və məişət məsələlərindən, əski adət və ənənə-
lərdən bəhs olunur. Romanda XIX əsrin sonunda yaşamış Azərbaycan 
musiqi tarixində ilk dəfə səsi vala yazılmış qadın muğam ustası Mirzə 
Güllərin  faciəli  həyatı  və  sənət  yolu  işıqlandırılmışdır.  Əzizə  Cəfər-
zadə  digər  tarixi  romanlarında  öz  qəhrəmanlarının  həyat  yolunu  öy-
rənmək üçün çoxlu tarixi faktlara, mənbə və məxəzlərə müraciət edir-
disə, bu romanda həmin faktlar, mənbə və qaynaqlardakı məlumatlar o 
qədər  də  çox  deyildir.  Daha  doğrusu,  Azərbaycanın  bu  qadın  xanən-
dəsi haqqında yazılan mənbələr azdır, yox dərəcəsindədir. Çox təəssüf 
ki, dini mövhumatın hökm sürdüyü bir zamanda böyük cəsarət nümu-
nəsi  göstərən  qadın  xanəndə  Mirzə  Güllərdən  bu  günümüzə  1914-cü 
ildə onun ifasında yazılmış yalnız bir qrammofon valı gəlib çatmışdır. 
Lakin  mərhum  yazıçımız  Əzizə  xanım  Şamaxıda,  Şirvanda  yaşayan 
qocalardan bu xanəndənin ömür yolu barədə müəyyən xatirələr topla-
mış,  dildə-ağızda  gəzən  rəvayətlərə  biganə  qalmamış,  nəticədə,  ma-
raqlı bir nəsr əsəri yaratmışdır. 
Roman  şərti  olaraq  iki hissədən ibarətdir. Birinci  hissə  sonralar 
Mirzə Güllər adı ilə tanınacaq bir xanəndənin anasının taleyindən söz 
açır: Cavad qəzasının ən tanınmış, ən məşhur şəxslərindən olan Hacı 
Salman ağanın yeganə bir oğlu var idi – Səfər. Hacı Salman ağagildə 
çoxlu  xidmətçilər,  kənizlər  çalışır.  Onlardan  biri  də  bu  evə  pənah 
gətirmiş  Gülsənəmdir.  Gülsənəmin  gözünün  ağı-qarası  olan  Reyhan 
adlı  qızı  bu  evin  xanımı  Şahnisə  xanımın  xoşuna  gəldiyi  üçün  onun 
evində  böyüyür.  Getdikcə  Səfərlə  Reyhan  arasında  məhəbbət  hissləri 
çiçəkləyir. Reyhanla Səfərin sevgisi əvvəlçə heç kimi maraqlandırmır, 
lakin Reyhanın ana olacağı gözləniləndə Şahnisə xanım Reyhanı anası 
ilə birlikdə evindən qovur. 
Bir sıra çətinliklərdən sonra Gülsənəm qızını götürüb başqa bir 
kəndə köçməli olur. Reyhanın uşağını başqa bir kənddən olan Murad 
ağanın qapısına qoyurlar. Murad ağa bu uşağı öz qızı kimi tərbiyə edir 
və  qıza  Güllər  adı  verirlər.  Reyhan  isə  özündən  xeyli  yaşlı  bir  kişiyə 
ərə  getməyə  məcbur  olur.  Bundan  sonra  əsərin  süjetinə  yeni  bir  əh-
valat daxil edilir: Hacı Salman ağanın oğlu Səfər artıq otuz beş yaşına 
çatmışdır.  Tiflisdə  təhsil  alıb,  sonra  anasının  təklifi  ilə  evlənib.  İndi 
Salman  adında  on  üç  yaşında  oğlu,  Şahnisə  adlı  qızı  da  var.  Ancaq 
günlərin  birində  arvadı  Nəsimə  ağır  sətəlcəmə  tutulur  və  ölür.  Anası 
Səfəri yenidən evləndirmək istəyir. Lakin Səfər razılıq vermir. 
Günlərin birində Səfər cıdır meydanında gözəl bir qız görür. 
”Səfər  heyrətə  belə  macal  tapmadı.  Çünki...  çünki..  Çünki  bu 
anda tarix dayandı. Yox! Yox!! Yox, dayanmadı! Fələyin çarxı geriyə 


Yüklə 3,05 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə