Nizami adına ƏDƏBİyyat institutu



Yüklə 3,05 Mb.
Pdf görüntüsü
səhifə105/130
tarix31.10.2018
ölçüsü3,05 Mb.
#77077
1   ...   101   102   103   104   105   106   107   108   ...   130

ehtiram.  Zaman  keçdikcə  bu  keyfiyyətlər  azalmamış,  əksinə,  yeni 
çalarlarla daha da zənginləşmişdir. 
İnsan üçün də, sənətkar üçün də ən böyük faciə xalqdan, vətən-
dən,  ata-anadan  üz  döndərmək,  onlara  laqeyd  münasibət  göstərmək-
dən  başlayır.  Şair  bu  münasibəti  həmişə  mənfi  hal  kimi  dəyərlən-
dirmişdir.  
M.Arazın  belə  ruhlu  əsərləri  içərisində  «Məndən  ötdü,  qarda-
şıma dəydi» şeiri xüsusi yer tutur. Bu şeir sanki bir qardaşın özünü pis 
vəziyyətdən qurtarıb, qardaşına dəyən pisliyə əhəmiyyət verməməsin-
dən  bəhs  edir.  Həqiqətən  də  belədir.  Məndən  ötən  zərbə  mənim  qar-
daşıma,  dostuma,  həmvətənimə,  soydaşıma  dəyməlidir.  Ona  görə  də 
xalqı  bu  zərbələrdən  birgə  müdafiə  olunmağa  hazırlamaq  lazımdır. 
Təəssüf  ki,  bizim  babalarımız  bu  məsələdə  ümumi  dil  tapa  bilmə-
mişlər: 
 
Məndən ötdü... 
Bunu dedi Şəki xanı. 
Bunu dedi İbrahim xan, 
Fətəli xan, Kəlbəli xan. 
«Qəza ötsün məndən» dedi, 
Ötən kimi mən-mən dedi
«Mən-mən» dedi bir ölkədə 
Nə qədər xan. 
Onlar «mən-mən» deyən yerdə. 
Sən olmadın Azərbaycan! (1, 15). 
 
Şair  Azərbaycanın  parçalanmasının  başlıca  səbəbini  də  məhz 
burada axtarır. 
 
Məndən ötdü! 
Qulağımdan getmir bu səs, 
Zərbələri qardaşına, 
Sirdaşına ötürən kəs. 
Elə bil ki, bax, bu gecə 
Qulağımın dibindəcə 
Xətainin süqutuna qəh-qəh çəkdi. 
Sonra-sonra 
Səhərəcən başına yüz qədəh çəkdi 
O qəh-qəhin dalğasından, 
O məstliyin baş fırlanan havasından qopan daşdı – 


Azərbaycan torpağında 
Araz boyda şırım açdı (2, 15). 
 
Ona  görə  də M.Araz  poeziyasının  baş mövzusu Azərbaycandır, 
vətənpərvərlikdir – desək, səhv etmərik. Bu misralar doğma Azərbay-
cana sonsuz məhəbbətin tərənnümünə çevrilmiş ifadədir: 
 
Azərbaycan – mayası nur, qayəsi nur ki, 
Hər daşından alov dilli ox ola bilər. 
«Azərbaycan» deyiləndə ayağa dur ki, 
Füzulinin ürəyinə toxuna bilər (2, 61). 
 
Şeirlərində  vətənin  igid  oğullarını  xalqla,  millətlə  bir  yerdə  ol-
mağa  səsləyən  şair  Allahdan  onlara  kömək  arzu  etmiş,  Azərbaycan 
xalqını azadlıq üçün birliyə çağırmışdır.  
 
Səninləyəm, haqq-ədalət, səninləyəm, 
Milli qürur, milli qeyrət, səninləyəm! 
Səpil quma, göyər yerdə, bit qayada, 
Gizli nifrət, açıq nifrət, səninləyəm, 
Oyat bizi, ey yaradan, səninləyəm! 
Ya bilmərrə yatırt bizi, 
Ya bilmərrə oyat bizi, 
Ya yenidən yarat bizi, 
Ey yaradan, səninləyəm, 
Səninləyəm! yatmış vulkan, 
Səninləyəm! 
Ayağa dur, Azərbaycan
Səninləyəm! (3, 133). 
 
Məmməd  Arazın  yaradıcılığında  çağdaş  Azərbaycanımızın  ürə-
yində bir nisgilə dönmüş Qarabağ dərdinin yanğısı bütövlükdə xalqın 
və vətənin taleyi üçün narahatlıq doğurmuşdur. Maraqlıdır ki, şair hələ 
1971-ci  ildə  «Yer  üzünün  Qarabağ  düzü»  və  «Qarabağ  simfoniyası» 
adlı publisist məqalələrində bu gözəl diyarın taleyinə öz münasibətini 
bildirmişdir.  El-oba  qeyrətinin  sınağa  çəkildiyi  zamanda  M.Araz  sə-
nəti vətəndaş səsinin, müdrik ağsaqqal nəsihətinin poetik ifadəsi kimi 
səslənir. 
Hələ 1970-ci ildə yazdığı şeirlərindən birində Şuşanı «dağlar vü-
qarı», «dağlar gücü» adlandıran şair yazırdı: 


 
Gecənin qoynunda 
Yaşar dağ-şəhər, 
Fəzadan asılı 
Çilçıraq – şəhər, 
Dağlar öz ovcunda 
Yandırıb onu, 
Ulduzlar qoynuna qaldırıb onu. 
Bu dağlar vüqarı, 
Bu dağlar – gücü 
Bu gecə kəşf etdim 
Bir Şuşa bürcü... (1, 137). 
 
Onun «Şuşanın dağları» şeiri də bu gözəl məkanın füsunkar tə-
biətinə həsr olunmuş poetik nümunədir. 
Xalqın  keşməkeşli  keçmişindən  söz  açan  şairin  yeri  gəldikcə 
gözlənilən faciələrdən qorunmaq üçün tövsiyələri də eşidilirdi. 1983-
cü ildə yazılmış «Tarixçi alimə» şeirində oxuyuruq: 
 
Dilimin ətrindən dili kallaşan, 
Təzə dil axtaran dillərdən qorun. 
Dünənki tarixi bugünkü daşa, 
Yamayıb basdıran əllərdən qorun (1, 218). 
 
Hər  zaman  tarixi  saxtalaşdıran  namərd  qonşularımızın  əsassız 
torpaq  iddialarına  vaxtilə  lazımi  cavab  verməməyimiz  1988-ci  ildən 
bəri  davam  edən  Qarabağ  münaqişəsinə  gətirən  cığırlardan  biri  oldu. 
Düşmən torpaqlarımızın 20 faizini əlinə keçirdi, minlərlə igidimiz şə-
hidlik zirvəsinə ucaldı, itkin düşdü. Belə bir dövrdə M.Araz poeziya-
sında Qarabağ məsələsinin səbəbləri və gedişi barədə vətəndaş yanğısı 
ilə  deyilən  fikirlər  əsas  mövzuya çevrildi. Şair düşmənə layiqli  cava-
bın verilməməsinin acı nəticələrini belə qiymətləndirir: 
 
Babam da beləcə, atam da belə 
Toruna düşənə güzəştə getdi, 
Tozundan qaçana güzəştə getdi... 
O qədər güzəştə getdik, axırda 
Torpağım dartındı ayağım altda (1, 180). 
 


Beynəlxalq  aləmdə  təklənməyimizlə  yanaşı,  daxildə  gedən  bəzi 
proseslərin,  parçalanma  meyillərinin,  xainlik  hallarının  törətdiyi  fəla-
kətləri göz önünə gətirən sənətkar yazır: 
 
Tanrım məni tuş eləmə satqına, tuş, 
O, millətin şöhrətini girov qoymuş. 
Heç görmədim qan tökəni qandan doymuş, 
Bu millətin dərdi-səri min şaxəli (3, 55). 
 
Bəli,  «Nadanların  dünyanı  qumara  qoyduğu»,  «Yurddan  ayrı 
yurd  dağıdanların»  at  oynatdığı,  «Düşmən  əlimizlə  bizi  kəsdiyi», 
«Mən-mən  deyənlərin  vətəni  parçalmağa  can  atdığı»  bir  vaxtda  şair 
soydaşlarımızı sorğuya tutur, haqlı ittihamlarını irəli sürür: 
 
Bu millətə nə verdik ki, 
Biz səhv etdik, batdı qana. 
Millət ata, millət ana 
İlacı qalsın bir yana. 
Dərdi də ucuz vermədik (1, 77). 
 
Şair  bu  səpkili  başqa  şeirlərində  də  Qarabağ  dərdindən  yaxa 
qurtara bilməməyimizin bir səbəbini də həqiqi ziyalıların, qeyrətli zə-
ka sahiblərinin süni surətdə hərəkatdan uzaqlaşdırılmasında, başsızla-
rın başa keçməsində görür: 
 
Ziyasız olanlar ziyanı dandı, 
Yox üzü qarası «qara kütlənin» 
Bir az gec inandım, yaxşı inandım: 
Dişləri pis kəsmir ağlı kütlərinm (2, 42). 
 
1988-ci  il  çağdaş  Azərbaycan  tarixinin  yeni  mərhələsinin  baş-
lanğıcı kimi göstərilir. Qarabağ ixtilafı ilə xalqımızın milli özünüdərki 
prosesində canlanma  əmələ gəldi. Xalqın qeyrətli oğulları torpaqların 
parçalanmaması  üçün  bir  yerə  toplanıb,  bu  çirkin  siyasətə  qarşı  mü-
barizəyə  qalxdı.  Bu  tarixi  hadisələrdə  digər  sənət  və  məslək  dostları 
kimi  M.Araz  da  ön  cərgədə  idi.  Vətənini  həmişə  müdafiə  edən  şair 
yenə  də  düşmənin  bu  hərəkətlərini  özünün  yazdığı  başqa  şeirlərində 
də qınayırdı. 
“Araz  dərdini,  Araz  ağrısını”  yaşayan  bu  millətin  qismətinə, 
müvəqqəti də olsa, bir Qarabağ dərdi də düşdü. Həddindən artıq xəstə 


Yüklə 3,05 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə