Nizami adına ƏDƏBİyyat institutu



Yüklə 3,05 Mb.
Pdf görüntüsü
səhifə103/130
tarix31.10.2018
ölçüsü3,05 Mb.
#77077
1   ...   99   100   101   102   103   104   105   106   ...   130

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI 
NİZAMİ adına ƏDƏBİYYAT İNSTİTUTUNUN ELMİ ƏSƏRLƏRİ 
“ƏDƏBİYYAT MƏCMUƏSİ”, 2015, № 1 
 
Səadət BAYRAMOVA 
Nizami adına Ədəbiyyat İnstitutu 
 
ANARIN “YAXŞI PADŞAHIN NAĞILI”  
ƏSƏRİNİN JANR SƏCİYYƏSİ 
 
Açar sözlər: Anar, xalq yaradıcılığı, yaxşı padşah, nağıl, yazıçı idealı 
Key words: Anar, national creativity, good king, tale, writer’s ideal 
Ключевые слова: Анар, народное творчество, хороший падишах, сказ-
ка, писательский идеал 
 
Keçən  əsrin  50-ci  illərinin  sonu,  60-cı  illərinin  əvvəllərində 
yaradıcılığa  başlayan  Anarın  keçdiyi  yaradıcılıq  yolu  bütün  müstə-
vilərdə özünün zənginliyi, həyata, həyat hadisələrinə yanaşma və ifadə 
spesifikası  ilə  maraq  doğurur.  Bu  zənginlikdə  açılmalı,  araşdırılmalı 
kifayət qədər istiqamətlər var. Onun yaradıcılığı ədəbiyyata gəldiyi ilk 
günlərdən  ədəbi  tənqidin  marağında  olmuş,  müxtəlif  problem  möv-
zuların  tədqiq  faktına  çevrilmişdir.  Ancaq  bu  yazılanlara,  aparılan 
təhlillərə  baxmayaraq,  həmişə  də  yeni  sözə,  araşdırmalara  ehtiyac 
doğurmuşdu.  Yazıçının,  sənətkar  olanın  böyüklüyü,  qüdrəti  də  elə 
bundadır.  Anarın  yazıçı  təfəkküründə,  daha  doğrusu,  təhkiyəsində 
araşdırılmalı  problemlərdən  biri  nağıl  təhkiyəsindən  gələnlərlə  bağ-
lıdır.  “Yaxşı  padşahın  nağılı”,  “Ağ  qoç,  qara  qoç”  bu  kontekstdə  ki-
fayət qədər ciddi araşdırmalara yol açır. Düzdür, Anar yaradıcılığının 
tədqiqində  bu  əsərlər  də  özünə  yer  tapır,  bu  və  ya  digər  dərəcədə 
ümumi  yanaşmada təhlil faktına çevrilir. Təkrar qeyd edirik ki, Anar 
kifayət  qədər  zəngin  yaradıcılıq  yolu  keçmişdir.  Hekayələri  (“Yaxşı 
padşahın  nağılı”,  “Vahimə”,  “Qırmızı  limuzin”,  “Gürcü  familiyası”, 
“Asqılıqda işləyən qadının söhbəti”, “Ağ qoç, qara qoç”, “Mən, sən, o 
və telefon” və s.), povestləri (“Dantenin yubileyi”, “Otel otağı”, “Əla-
qə”,  “Macal”,  “Ağ  liman”),  romanı  (“Beşmərtəbəli  evin  altıncı  mər-
təbəsi”), pyesləri (“Şəhərin yay günləri”, “Adamın adamı”, “Səhra yu-
xuları”, “Sizi deyib gəlmişəm”, “Keçən ilin son gecəsi”, “Qaravəlli”), 


publisistikası  (“Sizsiz”,  “Müharibə  bu  gün  də  var”,  “Gecə  düşün-
cələri”,  “Əsrim  və  nəslim”)  və  s.  (1,  2)  bunun  göstəricisidir.  Elə  bu 
zənginlik  olduğu  qədər  də  araşdırmaları  aktuallaşdırır.  Məhz  bu 
səbəbdən  də  “Anar  yaradıcılığının  həm  fakturasına,  həm  də  poten-
sialına  görə,  bir  neçə  minillik  türk-Azərbaycan  milli-ictimai  bədii 
təfəkkürünün  varisi  kimi  də  bilavasitə  təqdim  (və  təqdir)  oluna  bilər 
ki, bu baxımdan o həm qədim türk mifologiyasının, eposunun və Dədə 
Qorqudun,  həm  Nizami  Gəncəvi,  Füzuli  və  Vaqifin,  həm  də  Cəlil 
Məmmədquluzadə,  Üzeyir  Hacıbəyli  və  Səməd  Vurğunun  mənəvi 
övladıdır” (3, 4). Deməli, Anar bir yazıçı kimi bütünlükdə Azərbaycan 
ədəbiyyatının  uğurlarını  özündə  ehtiva  edir.  Və  bununla  da  ədəbiy-
yatımızın müasir dövrünün mənzərəsi kimi düşüncəni sərgiləyir.  
Anarın zəngin  yaradıcılığında diqqət  yetirilməli istiqamətlərdən 
biri  də  xalq  ədəbiyyatından  istifadə  imkanlarının  müəyyənləşməsidir. 
Çünki  onun  yazıçı  potensiyasında  xalq  yaradıcılığı  ayrıca  bir  istiqa-
mətdir. Düzdür, o, klassiklərimizin  zəngin  ənənəsindən,  yazı  faktura-
sından da kifayət  qədər  yaradıcı şəkildə istifadə  etmişdir. Bizim ma-
rağımızda  olan  isə  bu zənginliyin  çox  güclü  göstəricilərindən  biri  və 
Anar yaradıcılığına əlavə üstünlüklər gətirən nağıldan yaradıcı istifadə 
ilə  bağlılığın  aşkarlanması  məsələsidir.  Ümumiyyətlə,  nağıllar  Azər-
baycan  bədii  nəsri  üçün  bir  mənbə,  bəhrələnmə,  yararlanma  məka-
nıdır.  Klassiklərimizdən  başlayaraq,  müasirlərimizə  qədər  bütün  sə-
nətkarlar bu zəngin xəzinədən istifadə etmişlər. Oraya üz tutanların, əl 
uzadanların  heç  biri  əliboş  qayıtmamışdır.  Anar  isə  nağıl  strukturun-
dan,  motiv,  süjet  və  hadisələrindən  istifadə  etməklə,  ədəbiyyatımıza 
yeni  keyfiyyətlər,  zənginliklər  gətirmişdir.  “Yaxşı  padşahın  nağılı”, 
“Vahimə”, “Qırmızı limuzin”, “Gürcü familiyası”, “Asılqanda işləyən 
qadının söhbəti”, “Ağ qoç, qara qoç”, “Mən, sən, o və telefon” və s. 
kimi hekayələri bu fikrin müxtəlifliklə nəzərə çarpan göstəricisidir. Bu 
mənada,  deməliyik  ki,  “xalqın  mədəniyyət  qalası  yeganə  qaladır  ki, 
heç vaxt tikilib qurtarmır. Hər gələn nəsil onun təzə qatını hörür. Hər 
qat hörüldükcə, qalanın özülü – milli varlığın bünövrəsi bərkiyir” (5, 
7). Anar bu bünövrəni, özülü bütün  yaradıcılığı ilə bərkidən  yazıçıla-
rımızdandır.  Onun  yazıçı  təhkiyəsinin,  əsərlərindəki  alt  qatda  olan-
ların,  bütünlükdə  genetikasının  araşdırılıb  müəyyənləşdirilməsi  bədii 
düşüncəmizin  imkanlılıq  hadisəsidir.  Ona  görə  də  Anar  əsərlərinin 
poetikası  müxtəlif  istiqamətli  təhlilləri  aktuallaşdırır.  Bu  aktuallıqda 
yanaşmalar,  struktur  məsələləri,  janr  spesifikası,  yazıçı  təhkiyəsi, 
mövzu  aktuallığı  və  s.  kimi  məsələlər  var.  “Yaxşı  padşahın  nağılı” 
(1970), “Ağ qoç, qara qoç” (2003) bu mənada çox ciddi mülahizələrə 


yol  açır.  “Yaxşı  padşahın  nağılı”  ilə  “Ağ  qoç,  qara  qoç”  arasında 
böyük  zaman  məsafəsi  var.  Bu  uzun  yol  yazıçının  bir  yaradıcı  kimi 
xalq ədəbiyyatından davamlı olaraq bəhrələndiyini, mühitə və zamana 
uyğun  cəmiyyəti  təqdim  etmək  istəyini  göstərir.  “Ağ  qoç,  qara  qoç” 
son dövr ədəbiyyatımızın, bütünlükdə Anar  yaradıcılığının  ən uğurlu 
nümunələrindəndir. “Yeni yüzilliyin (və minilliyin) ilk, bəlkə də ötən 
yüzilliyin  (və  minilliyin)  son  illərindən  Anar  90-cı  illərin  ekristen-
sialist axtarışlarına hiss olunacaq dərəcədə ara verib bədii yaradıcılığı 
üçün xarakterik olan realist-publisist üslubu davam etdirməyə başladı: 
“Utopik  və  antiutopik  nağıllar”ını  danışdı...  Və  bunlar  onun  ilk 
nağılları  deyildi  –  bir  vaxtlar  “Yaxşı  padşahın  nağılı”nı  yazmışdı. 
Lakin  “Ağ  qoç  və  qara  qoç”  da,  “Yaxşı  padşahın  nağılı”ndan  gələn 
(yəni  əsasları  məhz  Anarın  özü  tərəfindən  qoyulan)  ifadə-təhkiyə 
texnologiyası  daha  mürəkkəb,  hətta  belə  demək  olar  ki,  daha 
fantasmaqorikdir. 
Anara  XXI  əsrin  ilk  nağılını  danışdıran  bir  az  onun  yaşı  –  on 
illərin  həyat  –  yaradıcılıq  təcrübəsi,  müdriklikdirsə,  əsasən  dünyanın 
(və  get-gedə  daha  çox  onun  üzvi  tərkib  hissəsi  olan  Azərbaycanın) 
sosial-siyasi  vəziyyəti,  ideoloji  paradoksları,  problemləridir”  (3,  13). 
Bu  problemlərin  ağırlığı  və  düşünülmə  gərəkliyi  “Yaxşı  padşahın 
nağılı” ilə “Ağ qoç, qara qoç” arasında zaman və düşüncə kəsimində 
müxtəlifliklə  təkrarlanır.  Burda  eyniyyət  və  fərqlilik  məsələləri  də 
vardır.  Ancaq  əsas  olan  yazıçı  təhkiyəsində  yaddaş  hadisəsinin  da-
vamlılığıdır.  
“Yaxşı  padşahın  nağılı”  da,  “Ağ  qoç,  qara  qoç”  da  sırf  nağıl 
təhkiyəsindədir.  Anar  düşüncəsində  nağıl  təhkiyəsinin,  bütünlükdə 
nağıl formatının davamlı olaraq mövcudluğunun göstəricisidir. Məsə-
lən,  “Yaxşı  padşahın  nağılı”nın  başlanğıc  formulu  elə  nağıl  formulu 
ilə eyni xətdədir. Demək olar ki, onun təkrarıdır. “Sizə kimdən deyim, 
yaxşı  padşahdan.  Ravilər  belə  rəvayət  edir  ki,  əyyami  qədimdə  ya 
Çində,  ya  Maçində  bir  yaxşı  padşah  varmış.  Bu  padşah  çox  adil 
padşah imiş.  Yaxşı  padşah heç vədə öz rəiyyətlərinə güldən ağır söz 
deməzmiş.  Nə  incidərmiş  onları,  nə  boyunların  vurdurarmış,  nə  də 
asarmış. Padşahın yaşı ötmüşdü, amma ömrüboyu o nəinki adam, heç 
taxtabiti,  birə  də  öldürməmişdi”  (1,  17).  Bir  vaxtlar,  daha  doğrusu, 
XIX  əsrin  sonlarında  Rəşid  bəy  Əfəndiyev  “Ədalətli  padşah”  adında 
hekayə  yazmışdı.  Anar  XX  əsrin  yetmişinci  illərində  isə  həmin  ənə-
nədə “Yaxşı padşahın nağılı”nı yazdı. Özlüyündə bu hekayələrin ara-
sında  kifayət  qədər  uzun  məsafə  var.  Ancaq  hər  ikisinin  də  mahiy-
yətində  dayananlar  eynidir.  Yaxşı  padşah  problemidi.  R.Əfəndiyev 


Yüklə 3,05 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə