Nizami adına ƏDƏBİyyat institutu



Yüklə 3,05 Mb.
Pdf görüntüsü
səhifə104/130
tarix31.10.2018
ölçüsü3,05 Mb.
#77077
1   ...   100   101   102   103   104   105   106   107   ...   130

XIX əsrin, Anar isə XX əsrin yaxşı padşahını yazdı. Əvvəlki əsrlərdə 
də  bu  problem  həmişə  özünü  göstərib  və  müxtəlif  dövrlərdə  sənət-
karların mövzusuna çevrilibdi. Hətta ədalətli padşah axtarışları, arzusu 
bütünlükdə  ədəbiyyatın  problemi  olubdu.  Q.Təbrizi,  X.Şirvani, 
N.Gəncəvi,  Ə.Təbrizi,  M.Əvhədi,  M.Şəbustəri,  A.Ərdəbili,  S.Təbrizi 
və  s.  onlarla,  yüzlərlə  sənətkarlarımız  bu  məsələyə  həmişə  başlıca 
olanlardan  biri  kimi  diqqət  yetirmişlər.  Anar  da  “Yaxşı  padşahın  na-
ğılı”  hekayəsi  ilə  klassiklərin  cərgəsinə  qoşulmuşdur.  Azərbaycan 
nağıllarının mühüm bir hissəsi, məsələn, “Dərzi şagirdi Əhməd”, “Hə-
sən Qaranın nağılı”, “İlyasın nağılı”, “Baftaçı Şah Abbas”, “Padşah və 
dəmirçi”,  “Yeddi  nar  çubuğu”,  “Yoxsul  qocaynan  vəzir”,  “Padşahla 
qoca”,  “Padşahla  pinəçi”  və  s.  (6)  özlüyündə  mahiyyətində  bir  isti-
qamət kimi yaxşı padşahı ehtiva edir. Anarın “Yaxşı padşahın nağılı” 
hekayəsi çoxlu suallar doğurur. Ən birincisi diqqəti cəlb edən məsələ 
yazıçının keçən əsrin 70-ci illərində bu mövzuya müraciətinin mahiy-
yəti, səbəbinin açılması hadisəsidir. Çünki Anar kimi istedadlı yazıçı-
nın  yaradıçılığında  hər  şey  məqsədə,  yazıçı  idealına  xidmət  edir. 
“Yaxşı  padşahın  nağılı”  hekayəsi  də  kifayət  qədər  güclü  səbəbdən 
ortaya  çıxmış  və  yazıya  gətirilmişdir.  Əsərin  strukturu  olduqca  mü-
kəmməldir.  Burada  nağıl  formulları,  başlanğıc  və  sonluq,  daxili  və 
xarici təhkiyə formulları bir bütöv kimi yazıçı amalının müəyyənliyinə 
xidmət  edir.  Məsələn,  nağıl  formulları  içərisində  bir  sonluq  formulu 
da var. “Yaxşı padşahın nağılı”nda sonluq yazıçı özünəməxsusluğu ilə 
səciyyələnir  və  zənginləşməyə  xidmət  edir.  “Padşah  çox  ağıllı  və 
təcrübəli  padşah  idi,  adamın  sifətinə  baxıb  bütün  varlığını  təyin  edə 
bilərdi. İndi də şüşəyə baxıb deyirdi: 
–  Əşi,  bunun  küt  sifətini  görmüşəm,  görmüşəm  ki,  axmağın, 
rəzilin biridir, bütün dünyaya nifrət edir. Özünü xeyirxah göstərir, am-
ma  hamıya  kin  bəsləyir.  Kin  bəsləyir  ona  görə  ki,  bədbəxtdir.  Bəd-
bəxtdir, ona görə də hamını bədbəxt etmək istəyir, əşi bunun hay-hayı 
gedib,  vay-vayı  qalıb.  Bu  gün,  sabah  gorbagor  olacaq.  Belə  bir  gor-
bagorun üstündə qanını qaraltmağa dəyərmi?! 
Doğurdan  da,  padşah  düz  deyir:  qanını  qaraltmağa  dəyərmi”? 
Bütün olanlar, “Yaxşı padşahın nağılı” yuxarıda verdiyimiz başlanğıc 
və  son  formullar  arasında  cəmləşir.  Hekayənin  adından  görünən  və 
xüsusi olaraq vurğulanan “yaxşı  padşah”ın  hansı  nağılı  söyləməsi  də 
bu formullar arasındakı məsafədə özünün ifadəsini tapır. Elə cavab da 
buradadır.  Vəzirin  verdiyi  bir  parça  güzgü  qırığına  baxıb  yaxşı  pad-
şahın  söyləməsindədir.  Anar  özünün  bir  yazıçı  kimi  burada  da  oriji-
nallığını, hadisələrə fərqli  yanaşma bacarığını nümayiş  etdirir.  Bütün 


bunlar  Anar  yaradıcılığında  olan  açılmalı  qatlardır.  Azərbaycan  bədii 
nəsrinin axtarış faktlarıdır. 
 
ƏDƏBİYYAT 
 
1.
 
Anar. Seçilmiş əsərləri. Bakı, “Çaşıoğlu”, 2004. 
2.
 
Anar. Seçilmiş əsərləri. Bakı, “Lider”, 2004. 
3.
 
Cəfərov N. Ön söz, yaxud böyük yazıçının yaradıcılıq yolu. Anar. Seçilmiş 
əsərləri. Bakı, “Çaşıoğlu”, 2004. 
4.
 
Əfəndiyev P. Azərbaycan şifahi xalq ədəbiyyatı. Bakı, “Maarif”, 1992. 
5.
 
Ulusel  R.  Milli  mənəviyyatımız  və  Anar  yaradıcılığı.  Anar.  Seçilmiş 
əsərləri. Bakı, “Lider”, 2004. 
6.
 
Azərbaycan ədəbiyyatı inciləri. Nağıllar. Bakı, “Yazıçı”, 1985. 
 
Saadat Bayramova 
 
GENRE CHARACTERISTICS OF THE WORK  
“THE TALE OF GOOD KING” OF ANAR 
 
Summary 
 
There  are  different  methods  of  using  folklore  sources  in  the  activity  of 
people’s  writer  Anar.  His  ability  of  writing  meaningful  art  works  as  prominent 
master  of  prose  by  benefiting  from  tale  texts  is  also  striking.  The  work  “Tale  of 
Good  King”  is  also  selected  with  its  method  benefiting  from  tale  motives  and 
writing manners. The writer managed to give skillfully an epic description of events 
of  his  period,  especially  ugliness  of  the  period  of  L.Brejnev  in  this  tale-narrative 
written in Soviet Period. To convey places and time of the  events to indefiniteness 
of tale is cheating mannerisms used by writer. 
 
Саадет Байрамова 
 
ЖАНРОВАЯ ХАРАКТЕРИСТИКА РАССКАЗА АНАРА  
«СКАЗКА О ХОРОШЕМ ПАДИШАХЕ» 
 
Резюме 
 
Творчество  народного  писателя  Анара  отличается  богатством  форм 
использования  фольклорных  источников.  Особого  внимания  заслуживает 
искусное  использование  мастером  прозы  сказочных  текстов.  В  этом  плане 
выделяется  своей  стилевой  манерой  и  мастерством  обыгрывания  сказочных 
мотивов  рассказ  «Сказка  о  хорошем  падишахе».  В  этом  рассказе-сказке,  соз-
данном  в  советскую  эпоху,  писателю  удалось  мастерское  выведение  в  эпи-
ческий описательный план негативных реалий современной ему брежневской 
эпохи,  в  отображении  которых  использован  сказочный  приём  неопределён-
ности места и времени рассказываемых событий. 


AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI 
NİZAMİ adına ƏDƏBİYYAT İNSTİTUTUNUN ELMİ ƏSƏRLƏRİ 
“ƏDƏBİYYAT MƏCMUƏSİ”, 2015, № 1 
 
Nigar SADIQZADƏ 
AMEA Naxçıvan Bölməsi 
nigarsadiqzade01@gmail.com
 
 
MƏMMƏD ARAZ YARADICILIĞINDA  
VƏTƏNPƏRVƏRLİK 
 
Açar sözlər: ədəbiyyat, şeir, vətən, Azərbaycan, millət 
Key words: literature, poetry, homeland, Azerbaijan, nation 
Ключевые слова: литература, поэзия, родина, Азербайджан, нация 
 
Vətənpərvərlik məsələsi cəmiyyətdə, eləcə də bədii ədəbiyyatda 
daim  aktual  olmuş,  bu  gün  də  öz  aktuallığını  qoruyur.  Millətin  və-
tənpərvərliyi  onun  birliyinin  göstəricisidir.  Xalqın,  millətin  vətənpər-
vərlik  ruhu onun digər xalqlar və millətlər tərəfindən qəbul  edilməsi, 
tanınması, hörmətlə qarşılanması, ən əsası isə xalqın yaratdığı dövlətin 
gücü, suverenliyi ilə ölçülür. Azərbaycan xalqı həmişə qəhrəmanlıq və 
vətənpərvərlik  hisslərini  millətinə  aşılayan,  əvəzsiz  əsərlər  yaradan 
şair və  yazıçıları ilə tanınmışdır. Əsrlərdən bəri bu millətin ustad sə-
nətkarları  öz  əsərlərində  vətəni,  torpağı  sevməyi,  onun  keşiyində  da-
yanmağı  oxuculara  aşılamışlar.  Onların  yaratdığı  şah  əsərlər  həmişə 
bizim  yaddaşımızda  yaşamış,  vətənin  keşiyində  dayanan  qəhrəman 
oğulların yetişməsində müstəsna rol oynamışdır.  
Azərbaycanın  xalq  şairi,  İstiqlal  ordenli  Məmməd  Araz  yaradı-
cılığında  vətənpərvərlik,  mərdlik  mövzusu  həmişə  öndə  olmuşdur. 
Şair xalqın vətənpərvərlik ruhunda yetişməsini arzu etmiş və bunu öz 
yaradıcılığında dolğun boyalarla əks etdirmişdir.  
İlk qələm təcrübələrindən başlayaraq öz taleyini millətinin taleyi 
ilə  bağlayan  şair  xalqı  birliyə,  bərabərliyə,  torpağın  keşiyində  dayan-
mağa səsləmişdir. 
Məmməd  Araz  yaradıcılığında  dörd  əsas  cəhət  qabarıq  şəkildə 
özünü göstərir. Ata-anaya və xalqa, vətənə tükənməz məhəbbət. Azər-
baycan  təbiətinə  vurğunluq,  folklora  bağlılıq  və  klassik  irsə  dərin 


Yüklə 3,05 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə