Nizami adına ƏDƏBİyyat institutu



Yüklə 3,05 Mb.
Pdf görüntüsü
səhifə116/130
tarix31.10.2018
ölçüsü3,05 Mb.
#77077
1   ...   112   113   114   115   116   117   118   119   ...   130

Shahla Shiraliyeva 
 
THE NOVEL “TRAGEDY OF A VOICE”  
BY AZIZA JAFARZADEH 
 
Summary 
 
In  the  article  is  spoken  about  the  idea  and  literary-artistic  features  of  the 
historical novel “Tragedy of a Voice” by Aziza Jafarzadeh. The novel “Tragedy of a 
Voice” was dedicated to Mirza Gullar’s tragic life and creative way, who lived at the 
end  of  XIX  century  and  was  the  first  female  master  of  mugham  in  history  of 
Azerbaijani music. 
 
Шахла Ширалиева 
 
РОМАН «ТРАГЕДИЯ ОДНОГО ГОЛОСА»  
АЗИЗЫ ДЖАФАРЗАДЕ 
 
Резюме 
 
В  статье  говорится  об  идее  и  литературно-художественных  особен-
ностях  исторического  романа  Азизы  Джафарзаде  «Трагедия  одного  голоса». 
Роман  «Трагедия  одного  голоса»  посвящён  творчеству  и  трагической  жизни 
первой исполнительницы мугамов в истории азербайджанской музыки Мирзы 
Гюллер, жившей в конце ХIХ века. 


AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI 
NİZAMİ adına ƏDƏBİYYAT İNSTİTUTUNUN ELMİ ƏSƏRLƏRİ 
“ƏDƏBİYYAT MƏCMUƏSİ”, 2015, № 1 
 
Cənubi Azərbaycan ədəbiyyatı 
 
Esmira FUAD (Şükürova) 
Filologiya üzrə fəlsəfə doktoru 
Nizami adına Ədəbiyyat İnstitutu 
esmirafuad@mail.ru
 
 
GÜNEY ŞAİRLƏRİNİN POEMA YARADICILIĞINDA  
TARİXİLİK VƏ MÜASİRLİK 
 
Açar  sözlər:  Güney  Azərbaycan  ədəbiyyatı,  tarixi  həqiqət  və  müasirlik, 
poetik təfəkkür 
Key words: South Azerbaijani literature, historical modernity and historicity, 
poetic thought 
Ключевые  слова:  Южно-азербайджанская  литература,  современность 
и историчность, поэтическое мышление
 
 
Tarixi hadisələri və ədəbi, tarixi şəxsiyyətləri geniş şəkildə özündə əks 
etdirən  əsərlər  əsas  etibarilə  zaman  və  tarix  baxımından  səciyyələndirilir. 
Belə əsərlər oxucunu ictimai ədalətsizliklərlə barışmağa, onun düşüncələrini 
istismar  dünyası  ilə  mübarizə  zərurətindən  uzaqlaşmağa  yönləndirmir  və 
zehnində  bu  mübarizə  ilə  ilgili  yanlış  təsəvvür  yaratmır.  Tarixilik  və 
müasirlik  prinsiplərinin  gözlənməsi  ədəbiyyatın  spesifik  cəhətlərinin  bədii 
mündəricəsidir.  Ancaq  “bədii  mədəniyyət  heç  də  həmişə  tarixdən  asılı  bir 
fenomen  deyil.  Onun  özünəməxsus,  bədii  təfəkkürün,  istedadın,  ilhamın 
imkan və səviyyəsindən bəhrələnən inkişaf qanunauyğunluqları var (1, 3). 
Güney Azərbaycan ədəbiyyatında da poema əsasən bədii məziyyətləri, 
ədəbi-bədii dəyəri, mövzu dairəsi, ənənəçilik, tarixilik və müasirlik ruhunun 
ifadəsilə fərqlənir və xüsusi əhəmiyyət kəsb edir. Müasirlik və tarixilik prin-
siplərini  əsərlərində  məharətlə  qoruyub  saxlayan  və  bu  prinsiplərlə  yazıb-
yaradan  şairlərin  ilk  olaraq  mütərəqqi  ideyalar  carçısı  olduğu  görünür. 
Çağdaş  dövr  Güney  Azərbaycan  ədəbiyyatının  nəhəng  simaları  Şəhriyar, 
Səhənd,  Sönməz,  Həbib  Sahir,  Savalan,  Oxtay,  Haşım  Tərlan,  H.Nitqi, 
Mənuçöhr  Əzizi  Haray  və b.  mütərəqqi  ideyalar  carçısı  kimi  çıxış etmişlər. 
Çünki  klassik  romantik,  klassik  realist  poeziyanın  mütərəqqi  ənənələri  ilə 


bədii  ünsiyyət  ideoloji  mübarizələrlə  şərtlənən  bir  ədəbiyyat  üçün  onların 
böyük dəyər kəsb etmələrini təsbitləmişdir. Bu kontekstdə XX əsrin başlan-
ğıcında  İranda  baş  vermiş  xalq  hərəkatının,  Məşrutə  inqilabı  adı  ilə  tarixə 
yazılmış olayın da təsiri az olmamışdır. 
Məşrutə  inqilabı  ədəbiyyatın,  incəsənətin  qarşısında  yeni  tələblər 
qoymuşdu.  Bu  tələblərə  uyğun  olaraq  söz  ustaları  dövrün  mütərəqqi  ide-
yalarını  müasirlik ruhunda idealizə etməli idilər. Yeni yaradıcılıq vəzifələri 
ilk  olaraq  şairlərin  ədəbiyyata  tarixilik  kontekstində  gətirdiyi  yenilikləri 
təsbitlədi. Sonra ədəbiyyatda yeni metod və cərəyanlar yaranmağa başladı.  
Məşrutə  inqilabının  ədəbiyyata  gətirdiyi  yeniliklər  Güney  ədə-
biyyatına yeni mahiyyət qazandırdı. Mahmud ağa Qənizadə,  Mirzadə Eşqi, 
Əbülqasim  Lahuti,  Möcüz  Şəbüstəri,  Tağı  Rüfət,  Pərvin  Etimasi,  Fərruxi 
Yəzdi,  Vaiz  Keyvani  kimi  şairlərin  mütərəqqi  ideyalar  uğrunda  çarpışması 
isə  poeziyada  insansevərlik,  humanizm  və  mübarizlik,  üsyankarlıq  ruhunun 
güclənməsinə  zəmin  yaratdı.  Məhəmmədhüseyn  Şəhriyardan  üzü  bəri  bir 
sıra  görkəmli  qələm  sahiblərinin  –  Ə.Fitrət,  M.M.Etimad,  H.Nasiri, 
M.Məhzun, H.Sahir, H.Nitqi, B.Azəroğlu, daha sonra isə Əli Tudə, Mədinə 
Gülgün,  Hökumə  Bülluri,  Haşım  Tərlan,  Mirzə  Hüseyn  Kərimi  və  b. 
yaradıcılığında  tarixilik  və  müasirlik  müstəsna  əhəmiyyət  daşıyan  meyar 
kimi  səciyyələndi.  Təkcə  sabit  vəziyyətlərdə  deyil,  xalq  hərəkatının 
genişləndiyi  və  İranda  siyasi  rejimin  daha  kəskin  xarakter  aldığı  vaxtlarda 
belə,  Güney  şairləri  poetik  söz  deməyə  müvəffəq  olurdular.  Şəhriyarın 
“Heydərbabaya  salam”  poeması  (1946)  Milli  hökumətin  süqutundan  sonra 
yaranan  sakitliyi  pozdu,  ana  dili  və  ədəbiyyatı  sahəsində  “sükut  buzu”nu 
sındırmağa nail oldu. Çox hallarda lirik poema hesab edilən “Heydərbabaya 
salam”da tarixilik və müasirlik ən yüksək səviyyədə poetik həllini tapmışdır. 
Təkcə  Azərbaycan  şeirinin  deyil,  bəlkə  də  dünya  ədəbiyyatı  xəzinəsinin 
nadir  incilərindən  hesab  edilən  poemada  lirik-epik  təsvirlərlə  yanaşı, tarixi-
ictimai  məsələlərin  mövcudluğu  aydın  dərk  olunur,  vətənpərvərlik,  parlaq 
humanizm  və  s.  geniş  planda  əks  etdirilir.  Yaşadığı  cəmiyyətdə  ümumi 
fəlakətin  əsl  səbəbini  şair  hakim  dairələrin  ədalətsizliyində  görür,  ölkədə 
sədaqətli və xalqına dəyər verməyi bacaran sülhsevər bir liderin hakimiyyət 
başında olmamasına təəssüflənir:  
 
Heydər Baba, göylər bütün dumandı , 
Günlərimiz bir-birindən yamandı, 
Bir-birizdən ayrılmayın, amandı (2, 164). 
 
II  Dünya  savaşı  zamanı  Hitler  Almaniyası  ilə  SSRİ  arasında 
1941-45-ci illərdə baş vermiş, Quzey Azərbaycan türklərinin də SSRİ-
nin  tərkib  hissəsinə  daxil  edilmiş  digər  on  beş  respublikanın  xalqları 
kimi,  “Böyük  Vətən  müharibəsi”  olaraq  bildikləri  qanlı  olaya  ustad 
Şəhriyar  ”Stalinqrad  qəhrəmanları”  poemasını  həsr  etmiş,  tarixi  ha-


Yüklə 3,05 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə