mətləli qəzəldən götürülmüş həmin beyt belədir:
Bu vüsala yuxu əhvalı demək mümkün idi,
Əgər olsaydı yuxu dideyi-giryanımıza (4, 128).
Bu fəsildə Anarın öz qəhrəmanı Zaurun psixoloji portretini və
əhvalını verməsi, həqiqi mənada Füzuli üslubuna yaxın bir tərzdə
gerçəkləşdirilmişdir. Fəslin elə birinci cümləsindən bu üslubun xoş
şirinliyini və orijinal ürəyəyatımlığını duymaq mümkündür. Həm də
maraqlıdır ki, Anar əsəri üç nöqtədən sonra kiçik hərflə başlayır ki, bu
da təsvir olunan hadisənin nəhayətsizliyinə işarə kimi nəzərə çarpır:
“...amma qəfilcən sükut çökdü. Yuxunun seyrək toranlığı içində
Zaur, hətta bir qədər təəccübləndi də. Axı necə oldu ki, böyük otelin
bütün hay-küyü, yad, özgədilli danışıqların hənirtisi, haradansa çox
uzaqlardan eşidilən musiqi sədaları, liftin hərəkəti – bütün
başqa səslər
– qəfilcən qeyb oldu və bütün bu tanış səslərlə birlikdə okeanın da
uğultusu kəsildi” (5, 144).
Romanın elə başlanğıcından yazıçının yaratdığı lirik-psixoloji
vəziyyət, oxucuda bir “yuxu əhvalına” hazırlıq ərsəyə gətirməyə, onu
röya dünyasına səyahətə çıxarmağa xidmət edir ki, bu da özlüyündə
Füzuli beytinin hadisələri necə yönləndirdiyini göstərir. Başqa bir
tərəfdən, romanın kiçik hərflə başlamasını da Füzuli yaradıcılığı ilə
bağlamaq mümkündür; belə ki, dahi şairin öz əsərlərini qələmə aldığı
ərəb əlifbasında böyük hərflər sadəcə yoxdur və dahi sələfin istedadlı
xələfi də bununla öz babasının yazı üsulunu, xəttini də yüksək qiy-
mətləndirdiyini göstərməyə nail olmuşdur. Axı böyük mətləbləri də
kiçik hərflə başlamaq mümkündür!
Beləcə, Füzuli kontekstində yuxu ilə ayıqlığın arasında biz
Zaurun gah sərt məişət aləminə düşdüyünü, gah da romantik situasi-
yanın qanadlarında ülvilik aləminə səyahət etdiyini görürük və bu
görüntülər zamanı Füzuli aurası heç vaxt bizi tərk eləmir. Həm də,
necə ki, Füzuli öz qəfil keçidləri ilə bizi heyrətdə qoyur, Anar da yuxu
ilə ayıqlığı qəfil əvəzləmələri ilə marağımızı həmişə ayaqda saxlamağı
bacarır. Zaur özlüyündə gələcək ailə “planlamasını” düşündüyü, otelin
həyətində neçə dənə çətir olduğunu hesabladığı bir vaxtda romanın
növbəti abzası qəfilliyi ilə heyrət doğurmaya bilmir və bu heyrətdə bir
Füzuli “heyrət, ey büt” çaları da olmamış deyil:
“Bu iyi yuxuda duydu və yuxuda da dərk elədi ki, yuxudadır,
ayılmayıb. Amma yuxuda da tanıdı bu iyi. Bu iy tək bircə idi,
təkrarsız idi. Afrikanın iyi kimi. Amma bu, Afrikanın iyi deyildi” (5,