Anar da “ancaq bir an” deyərkən məhz həmin ölməz, əbədi anı
nəzərdə tuturdu.
Dün Füzuli arizin görgəc rəvan tapşırdı can,
Laf edib derdi ki, canım var, əmanətar imiş (6, 162).
Bu da həmin andır. Füzulinin öz sevgilisinin camalını gördüyü
və canını təslim etdiyi həmin an. Əslində Zaur da həmin yuxunu
gördüyü və həmin iyi aldığı anda canını təslim edir; onun üçün hə-
yatın mənası bitir və qalan ömür sadəcə ətalətlə keçən bir zaman
kəsiyidir. Anar bunu qəhrəmanına etiraf etdirməkdən də çəkinmir:
“Bəlkə də Zaurun nicatı məhz bundaydı – özüyçün deyil, baş-
qalarıyçün, Firəngiz üçün, gələcək övladlarıyçün yaşamaqda... Və elə
bir həyat qurmaqda ki, zahirən belə həyat hamıya – o cümlədən
Firəngizə və gələcək övladlarına bəxtiyar bir yaşayış kimi görünsün...
Və bəlkə o zaman – Firəngizin, gələcək övladlarının gözlərində bu
xoşbəxtliyi, arxayınlığı, qayğısızlığı görərkən Zaur özü də səadətin
yoluxucu təsirini duyacaq, öz içində ailə sevincinin əks-sədasını
eşidəcəkdi”
( 5 ,
148).
Bu düşüncədən Füzuli qəhrəmanının, “gecəvü gündüzün bəra-
bər” olduğu bir qəhrəmanın düşüncələrinin iyi gəlir. “Bu iylər.” Və bu
iyi gizlətmək mümkün deyil. Necə ki, Zaurun özü də dəhşət qarışıq bir
heyrətlə bu barədə düşünür:
“Zaur hələ də yuxu içində idi, yuxu içində fikir eləyirdi: hardan
gəlib çıxdı bu qoxu bura, Dakara, otelin 17-ci mərtəbəsinə? Yuxuda
fikirləri elə bil qıc olub tutulmuşdu, silkinib yuxudan çıxa, ayıla bil-
mirdi və buna görə də daha da eymənirdi. Bu iyin nə iy olduğunu, bu
qoxunun kimin qoxusu olduğunu bilirdi axı... hələ də yuxudaydı, am-
ma bu qoxudan başqa – Təhminənin qoxusundan başqa – müxtəlif
fransız ətirlərinin qarışığından yaranan bu təkrarsız qoxudan başqa heç
bir şey duymurdu. Bu ətir qarışığının sirrini bircə Təhminə bilirdi və
bu sirri hamıdan gizlin saxlayırdı” (5 , 149).
Səbadən gül yüzündə sünbüli-pürpiçü tab oynar,
Sanasan, pər açıb gülşəndə bir mişkin qürab oynar (6, 113).
Sirri açmaq olmaz. Sirr açılanda öz mistik-sakral statusunu itirir
və bu baxımdan Təhminə öz ətirlərinin sirrini açmadığı üçün vəfalı
məşuq sayılır ki, eyni sözləri Zaur haqqında demək olmaz. Bu rakurs-
dan yanaşdıqda Təhminə Füzulinin ideal qəhrəmanlarına uyğun gə-
lirsə, Zaur kamil olmayan, kamilləşməyə ehtiyacı olan, yetkinlik yo-
lunda sınaqlara dözməyən, hətta ayrılıq əzabının sonunda canını təs-
lim edən İbn Səlam səviyyəsinə belə qalxmayan, bişməmiş, nöqsanlı
lirik qəhrəmanlar sırasındadır.
Canını canana verməkdir kəmalı aşiqin,
Verməyən can, etiraf etmək gərək nöqsanına! (4, 195).
O da maraq doğurmaya bilmir ki, Füzulinin lirik qəhrəmanları
ruhunda tərbiyə almış (daha doğrusu, müəllif tərəfindən belə bir
tərbiyə aşılanmış) Təhminə məhz kamala çatmağın yolunu canını ca-
nana verməkdə görür və bunu öz canı ilə gerçəkləşdirərək kamil bir
aşiq olduğunu sübuta yetirir. Və bunun özü də məşhur Füzuli sillo-
gizminin əsasını təşkil edir:
Canı kim cananı üçün sevsə, cananın sevər;
Canı üçün kim ki, cananın sevər, canın sevər... (6,108).
Əlbəttə, Zaur kamil bir aşiq deyil, canını canana təslim etmək
yolunda hələ tərəddüd edir; ancaq onu Füzuli ənənələri yönündə
tamamilə itirilmiş bir subyekt də saymaq olmaz. Zaurun daxili-mənəvi
tərəddüdlərinin əks olunduğu epizodlar, onun daxili monoloqu statu-
sunda çıxış edən abzaslar bu baxımdan xarakterik sayıla bilər:
“Zaur gələcək güzəranlarını, mənzillərinin quruluşunu, avadanlı-
ğını xəyalında canlandırmağa çalışdı, amma hiss elədi ki, darıxır, ürə-
yi qısılır. Ayrı bir şey haqqında düşünmək istədi, fikri bir məsələdən
başqasına qaçdı, bilmədi nə barədə düşünsün və ümumiyyətlə, bir şey
haqqında düşünmək vacibdirmi... Bəlkə də yox, amma onda da bil-
mirdi ki, qəfil ayıldığı bu gecə saatlarını – yata və dura bilmədiyi bu
qeyri-müəyyən vaxt boşluğunu nəylə dol dursun... ” (5, 148) .
Həyatın mənasızlığında nə isə bir məna axtaran və özünü bu-
nunla aldatmağa (daha doğrusu: ovutmağa!) çalışan Zaurun düşün-
cələrində ekzistensialist çalarların olması təbiidir. Yox, bu o demək
deyildir ki, kifayət qədər sad əlövh və sadədil təsvir edilmiş Zaurun
düşüncələrində birdən-birə fəlsəfi qatlar meydana çıxır.
Bu yöndə Füzulinin lirik qəhrəmanı ilə Anarın kamil qəhrəmanı
arasında çox yaxın bağların meydana çıxdığını görürük. Maraqlıdır ki,
bu bağlar irfani düşüncə yönündə aşkarlanır. Əgər Füzulinin lirik
sevgilisi çox vaxt Tanrı ilə eyniləşdirilirsə, Anarın sevgili obrazı ilə də
Tanrı arasında o qədər böyük fərqlərin olmadığını görürük:
“Röyasız yuxu içində – ekran qarşısındaymış kimi – Zaur inti-
zarla gözləyirdi. Budur bax, bu saat ekran işıqlanacaq, yuxu rənglərə
boyanacaq, səslərlə dolacaq və Təhminə canlanacaqdır – onunçün nə
var ki, məsafələri qət etsin, qitələri, okeanları aşsın, sərhədləri keçsin”
(5, 1
49).
Göründüyü kimi, Zaurun yaddaşı, şüuraltı duyğuları onun özünə
nisbətən qat-qat kamildir və bu baxımdan onları orta yüzilliklər fəlsə-
fəsindəki cövhər və ərəzlə, mahiyyət və qabıqla müqayisə etmək olar.
Bu mənada Füzulinin lirik qəhrəmanının yaddaşı ilə Zaurun yaddaşı
arasında bənzərlik kifayət dərəcədədir. Həbibinin qəzəlinə yazdığı
təxmisdən bir bəndə diqqət yetirmək yetərlidir:
Gərçi sevdayi-səri-zülfündənəm zarü zəlil,
Keçmən ol sevdadən, olduqca mənə ömri-təvil.
Sanma tərk edəm bu sevdayi, gər olsam həm qətil:
“Çıxmaya sevdayi-zülfün başdan, ey məh, gər yüz il
Ustüxani-kəlləm içrə tutsa əqrəblər vətən!” (6, 344).
Məhz bu yanaşmada Füzuli gözəli ilə Anar Təhminəsi arasında
fərqlər magik-mistik səviyyədə aradan qalxır. Anar bu fərqləri silməyə
göstərdiyi cəhdi gizləmir. Bayaqkı epizoda bir də qayıdaq: “Onunçün
(Təhminə üçün – L.M.) nə var ki, məsafələri qət etsin, qitələri, okean-
ları aşsın, sərhədləri keçsin. Əgər dünyanın o başında güclə duyulan,
zərif və zəif qoxusu Zauru haqlamışsa, sifətinin, səsinin, nəfəsinin,
gülüşünün bura gəlib çıxması çətinmi iş idi?”
Zaurun gözündə Təhminə üçün heç bir çətin iş yoxdur – çünki
bu, əslində ətdən və sümükdən ibarət olan bir qadın deyil, ilahi
varlığın simvoludur. Məhz bu baxımdan Füzulinin hər şeyə qadir olan
qadın qəhrəmanı ilə Anarın Təhminə obrazı bir-birinə yaxınlaşır və bir
çox cəhətdən də ümumilik təşkil edir. “Onunçün nə var ki!” Və o, hər
şeyə qadirdir!
Bu nöqtədə Füzuli də, Anar da orta əsrlərdə geniş yayılmış
“məkri-zənan” – qadın hiyləsi mövzusunun qatı əleyhdarları kimi öz
sözlərini monumental qadın obrazları vasitəsilə dilə gətirirlər. Bu isə
yenə də əbədiyaşar klassik Azərbaycan ədəbiyyatından, türk dahisi
Nizaminin humanist görüşlərindən, feminist mövqeyindən qaynaqla-
nırdı. Nizaminin Məhinbanu, Şirin, Leyli, Fitnə, Nüşabə kimi monu-
mental qadın obrazları vasitəsilə həyat verdiyi ənənə Füzulidən keçə-
rək çağdaş nəsrə gəlirdi.
Əlbəttə, demək olmaz ki, Anar 500 ildən sonra eynilə Füzuli ki-
Dostları ilə paylaş: |