Nizami adına ƏDƏBİyyat institutu



Yüklə 3,05 Mb.
Pdf görüntüsü
səhifə23/130
tarix31.10.2018
ölçüsü3,05 Mb.
#77077
1   ...   19   20   21   22   23   24   25   26   ...   130

Doğrudur, şairin həyatı, dövrü,  yaradıcılığı  ilə bağlı xeyli araş-
dırmalar  aparılıb,  monoqrafiyalar  yazılıb.  Lakin  nə  qədər  tədqiqatlar 
aparılsa, monoqrafiyalar yazılsa da, şairin elmi tərcümeyi-halının sis-
temli şəkildə öyrənilməsi həmişə xüsusi əhəmiyyət kəsb edir.  
Hər  bir  sənətkarın  elmi  tərcümeyi-halının  öyrənilməsində  ən 
önəmli  mənbə  həmin  sənətkarın  şəxsi  arxividir.  Təəssüf  ki,  1937-ci 
ildə həbs olunan Cavidin özü ilə bərabər şəxsi arxivi də “şuralı Azər-
baycan”ın NKVD-si tərəfindən evindən götürülərək məhv edilmişdi.  
Şairin  şəxsi  arxivinin  məhv  olunduğunu  təəssüflə  bildirərkən 
onu  da  qeyd  etməliyik  ki,  S.Mümtaz  adına  Dövlət  Ədəbiyyаt  və 
İncəsənət  Аrхivində  1971-ci  ildə  Rаsizаdə  Hüsеyn  Cаvid  Mоllа 
Аbdullа оğlu (1882-1941) аdınа şəхsi fоnd təşkil еdilib və bu fоnddа 
şаirin  əlyаzmаlаrındаn  nümunələr  vаr.  Məsələn,  “Nаkаm  Şеydа”  – 
(“Rəmzi-Şеydа”)  fаciəsinin  məzmunu  avtoqrafla  üç  şаgird  dəftərin-
dədir. 1917-ci  ildə  “Аçıq  söz” mətbəəsində çаp оlunmuşdur. Şairin 4 
pərdəli  “Şеyх  Sənаn”  fаciəsi  isə  iki  şаgird  dəftərindədir.  5  pərdəli 
“Südаbə”  drаmаsı  bir  ümumi  dəftərdədir  (1932-ci  ildə  yаzılıb), 
“Qərbə  səyаhət”  –  “Kömür  mədənində”,  “Аzər”  pоеmаsındаn  pаr-
çаlаr,  аvtоqrаfla  və  s.  şеirləri  də  125  saylı  şəхsi  fоndundа  sis-
tеmləşdirilmişdir. Şairin həmçinin “Gеt”, “Mənim tаnrım”, “Könlüm”, 
“Аy  qız”,  “Bir  zаmаnlаr”,  “Qаçqın”,  “Həp  sən”,  “Düşündüm  ki”, 
“Gəlin”,  “Bu  nə  hikmətdir”  və  s.  şеirləri,  fоtоşəkilləri,  Ərtоğrul 
Cаvidin  də  bir  nеçə  sənədi  bu  şəхsi  fоnddа  mühаfizə  оlunur.  Şairin 
şəхsi fоndundаkı sənədlərindən bаşqа bəzi şəхsi fоndlаrdаkı – Əkrəm 
Cəfər,  Ə.Əliyеvа,  Ə.Bаbаyеv,  Əli  Sultаnlı,  Mirmehdi  Sеyidzаdə, 
H.Hidаyətzаdə,  А.А.Tuqаnоv,  Ə.Quliyеv,  Хаn  Şuşinski,  Аbdullа 
Şаiq,  Əziz  Şərif,  Qurbanəli  Şərifzаdə,  H.Məmmədzаdə,  Qulam 
Məmmədli,  Əli  bəy  Hüsеynzаdə,  Əliağa  Vаhid,  А.Хаyt,  Rza 
Təhmаsib, Rza Dаrаblı, А.Əfəndiyеv və b. sənədləri аrаsındа dа şаir, 
drаmаturqа  аid  sənədlər  vаrdır.  H.Cаvidin  şəхsi  fоndlаrdаkı  sənəd-
lərdən əlаvə Аzərbаycаn Yаzıçılаr Birliyinin (АYB) (1930-40-cı illər) 
fəаliyyətinə  аid  sənədlər  аrаsındа,  340  nömrəli  fоndda  da  sənədlər 
vаrdır (prоtоkоllаr, əmr, kоmissiyа üzvü kimi və s.). Şairin bərаət qа-
zаnаndаn  sоnrа  müхtəlif  yаrаdıcı,  аrаşdırıcı  insаnlаrın,  şəхsi  fоndlа-
rındа оnun həyаt və yаrаdıcılığı hаqqındа dа yаzılаr vаrdır və bunlar 
şairin  elmi  tərcümeyi-halının  öyrənilməsində  bizə  bələdçilik  etmək-
dədir. 
Elmi  tərcümeyi-halın  öyrənilməsində  qarşıda  duran  ən  önəmli 
problem  şəxsiyyət  və  sənətkar  problemini  bütöv,  uğurlu  bir  şəkildə 
həll etmək üçün “sənətkarın həyatında baş vermiş və yaddaşında unu-


dulmaz  iz  buraxmış  hadisələr  sonradan  bədii  əsər,  surət  tip  şəklində 
əsaslandırılsa, onda həmin sənətkarın həyatının bioqrafik cəhətləri ilə 
təfəkkür və təxəyyül prosesini, mövzu və ya obrazların formalaşması, 
inkişaf yolunu izləməyə imkan verir” (1, 84) . 
Bu baxımdan, hər bir sənətkarın elmi tərcümeyi-halının öyrənil-
məsində  memuar  ədəbiyyatı, müasirlərinin xatirələri və  avtobioqrafik 
məqamları  əks  etdirən  əsərlər,  yaxın  dostlarının  söylədikləri  fikirlər, 
tənqidi  materiallar,  ədibin  müasirləri  ilə  yaxın  münasibətləri,  onlara 
yazdığı  məktublar  (Q.Şərifzadə,  M.T.Sidqi,  Ə.Şərif,  F.Köçərli,),  xati-
rələr (A.Şaiq, L.Hüseynzadə, Ə.Səbri, C.Məmmədquluzadə, C.Cəbra-
yılbəyli,  R.Təhmasib)  və  şairin  yaradıcılığı  səxsiyyətinin  müəyyən-
ləşdirilməsində  əhəmiyyətlidir.  Məsələn,  Rza  Təhmasib,  Əziz  Şərif, 
A.Şaiq,  Cəmo  Cəbrayılbəyli,  L.Hüseynzadənin  xatirələrində  Cavidin 
tərcümeyi-halını  əks  etdirən məqamlar  çoxdur. Məsələn,  ədibin həm-
yerlisi  və  müasiri  Cəlil  Məmmədquluzadə  M.Şahtaxtlının  doğulduğu 
Şahtaxtı  kəndindən,  “Аrаz  kənаrındаkı  məşhur  bir  qəsəbədən”  bəhs 
edərkən  Cavidin  atası  Hacı  Molla  Abdullanı  da  unutmamış,  ondan 
“Məşhur  хаnəndə  və  bütün  Qаfqаz  müsəlmаnlаrı  içərisində  mərsiyə-
хаnlıqdа  birincilik  qаzаnmış  Hаcı  Mоllа  Аbdullа  dа  bu  qəsəbənin 
övlаdıdır”  – deyə bəhs etmiş  və Molla Abdullanı, “hаli-həyаtdа оlаn 
indiki ən şöhrətli qələm sаhiblərindən birinin (Cavidin – L.Əsgərzadə) 
аtаsı” (2, 141) kimi nişan vermişdir... və bu, yəni M.Cəlilin Cаviddən 
“ən  şöhrətli  qələm  sаhiblərindən  biri”  kimi  bəhs  etməsi  onu  göstərir 
ki,  o,  ədibin  yaradıcılığını  izləmiş  və  böyük  şöhrətə  mаlik  оlmаsını 
təsdiqləmişdir.  
Digər tərəfdən isə, ədibin həyatına, taleyinə, yaşadığı və birbaşa 
şahidi  olduğu  hadisələrin  təsvirinə,  yəni  avtobioqrafik  məqamlara 
onun yaradıcılığında da bol-bol rast gəlinir. 
Mütəfəkkir şairin möhtəşəm yaradıcılığı onun şəxsiyyətini, şəx-
siyyəti isə  yaradıcılığını  müəyyən edir.  Onun  yaradıcılığı  ilə  ərdəmli, 
əyilməz,  sanballı  şəxsiyyəti  bir-birini  tamamlayır.  Cavid  imanlı,  əqi-
dəli bir şəxsiyyət,  vəfalı  insan,  əsl  dost,  əsl  övlad, minnətdar və qay-
ğıkeş qardaş, humanist, maarifpərvər bir insan kimi epistolyar irsində 
də özünü göstərir.  
Onun  epistolyar  irsində  avtobioqrafik  məqamlara  –  dövrü, 
mühiti, həyatında önəmli rol oynamış görkəmli şəxsiyyətlər, yaşadığı 
cəmiyyət, doğulduğu məkan haqqında geniş bəhs edilmiş, əsərlərində 
tarixi  hadisələrə  aydın  təfəkkürlə  münasibət  bildirmiş,  müasirləri  ilə 
fikir bölüşmüşdür.  
Müəllimi  və  yolgöstərəni  M.T.Sidqiyə  yazdığı  məktublar  onun 


maarifə  və  maarifçi  müasirlərinə  –  Qurbanəli  Şərifzadə,  Xəlil  ağa 
Hacılarov, Eynəli Sultanov, Məmmədəli Sidqi, Hüseyn Minasazov və 
başqalarına  münasibətinin  müəyyən  olunması  baxımından  diqqətə-
layiqdir.  Bu  məktublardan  görürük  ki,  Cavidlə  Sidqi  yalnız  müəllim-
şagird  deyil,  ata-oğul,  hətta  dost  münasibətində  olmuşlar.  Təbrizdə 
oduğu müddətdə ustadı-müəllimi Sidqinin qəflətən vəfat etməsini də-
rin  bir  ürəkağrısı  ilə  qarşılayan  şair  müəlliminin  ölümünü  ata  itkisi 
kimi  qəbul  etmişdir:  “Sidqinin  vəfatı  xəbərini  eşidib  elə  bildim  ki, 
həqiqət mənim atam vəfat edibdir...” (3, 23). 
Mənəvi  atası  saydığı  M.Sidqini  həm  də  “elm  atası”  adlandıran, 
vəfatını  ümumxalq  itkisi hesab edən  H.Cavid  hələ  müəlliminin sağlı-
ğında mənəvi borcunu dərk etmiş, mümkün qədər müəlliminin qullu-
ğunda durmaq, ona xidmət göstərmək arzusunda olmuşdu. Təbrizdən 
müəlliminə yazırdı: “Sizin məktubunuz çatan kimi beş cild “Təshihül-
hesab” kitabı  və bir şüşə əla mürəkkəb bazardan  aldım.  Lakin  iki-üç 
gündür  ki,  nə  arxayın,  nə  də  qeyri-arxayın  adam  tapmıram  ki,  gön-
dərəm.  Kitablardan  biri  köhnə  və  cildi  yırtılmışdır.  Onları  bu  vəziy-
yətdə  göndərməyi  layiq  bilməyirəm”  (3,  295)  –  deyə  xüsusi  olaraq 
vurğulamış, müəlliminə böyük ehtiramla yanaşmış, kitabların cildləri-
ni  təzələmədən  göndərmək  istəmədiyini,  kitabları  özü  gələndə  gəti-
rəcəyini  və  yalnız  cildlənəndən  sonra  müəlliminə  verəcəyini  bildir-
mişdir. Təbrizdən müəlliminə kitab və mürəkkəb alan tələbənin müəl-
liminin  nə  dərəcədə  pərəstişkarı olduğu,  ona  xüsusi  qayğı  və  minnət-
darlıqla yanaşdığı aydın olur. Elə bu məktubun sonunda yazılanlardan 
öyrənirik ki, müəllimi məktublarında hətta şagirdinin xətti və işlətdiyi 
ibarələr  haqqında  ona  məsləhətlər  verirmiş:  “Yenə  də  məktubumun 
pozğun xəttindən və hərfləri bir-birinin ardınca qoşmağımdan yazmış-
dınız.  Digər  yerdə  isə,  mürəkkəb  sözlər  və  çətin  ibarələr  işlətdiyimə 
işarə  etmişdiniz.  Nə  edim,  Mirzə!  Xəttimin  pozğunluğu  vaxtın  darlı-
ğındandır. Çətin ibarələrə gəldikdə isə, mənə elə gəlirdi ki, o ibarələr 
xoşunuza gələcəkdir” (3, 295). 
Ümumiyyətlə, H.Cavidlə M.Sidqinin məktublarındakı səmimiy-
yət onların arasındakı münasibətin ölçüsüdür. Onların arasındakı mü-
nasibət müəllim-şagird, müəllim-ata, müəllim-dost səviyyəsində olub. 
Hüseynin  müəlliminə  yazdığı  bir  məktubun  M.Sidqiyə  çatmaması 
onda  böyük  narahatçılıq  yaratmış  və  gileylənmişdir.  Sidqinin  ona 
yazdığı  cavab  məktubları  nə  qədər  yubansa  da,  onun  müəlliminə 
böyük ehtiramı, sevgisi heç zaman azalmamış, müəlliminə Süleyman 
şahla  qarışqanı  xatırlatmışdır:  “Böyüklər  az  biliklilərə  etinasız  olub-
larmı? Şagirdlərə qayğıkeşlik böyüklüyü əskiltməz. Süleyman o cəlalı 


Yüklə 3,05 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə