Nizami adına ƏDƏBİyyat institutu



Yüklə 3,05 Mb.
Pdf görüntüsü
səhifə31/130
tarix31.10.2018
ölçüsü3,05 Mb.
#77077
1   ...   27   28   29   30   31   32   33   34   ...   130

janrları bu cür də təsnif etmək olar: 
1)  Məzmununa  görə  təyin  edilən  janrlar:  minacat,  nət,  merac-
namə,  saqinamə,  bahariyyə,  fəxriyyə,  həcv,  mərsiyə,  təmsil,  vücud-
namə, həvəsnamə, nəsihətnamə, hamamiyyə və s. 
2) Formasına görə təyin edilən janrlar: qəzəl, qəsidə, qitə, təcnis 
və s. 
Füzuli  əsərlərinin  janr  xüsusiyyətləri  müəyyənləşdirilərkən  on-
ların məzmun, forma, həcm və quruluş tipi nəzərə alınmalıdır. Bu za-
man həmin əsərlərin həm klassik bəlağət elmi, həm də dünya poetikası 
tələbləri  əsasında  müvafiq  şəkildə  müəyyənləşdirilməlidir.  Aydındır 
ki,  konkret  bir  ədəbi  simanın  yaradıcılığında  hər  hansı  bir  janrın  tə-
yini,  yəni  növdaxili  bölgü  zamanı  aparılan  təsnifatda  yeni  bir  növün 
aşkarlanması  və  onun  mövcudluğunun  əsaslandırılması  onu  yaradan 
şəxsiyyətin  zənginliyindən  xəbər  verir.  Çünki  janrın  mövcudluğu  ilk 
növbədə həqiqətin bədii dərkinin çoxcəhətliliyindən asılıdır. Tədqiqat 
zamanı da, yeri gəldikcə, əvvəlcədən müəyyən edilmiş janrlara müna-
sibət  bildirilməli,  müəyyənləşdirilməsində  mübahisə  doğurmuş  əsər-
lərin janrları haqqında mövcud nəzəri fikir araşdırılmalı və son yekun 
nəticə əldə olunmalıdır.  
Füzulinin bəzi əsərlərini tədqiqata cəlb edən mütəxəssislər janr-
lar  üzrə  təsnifat  apararkən,  mübahisəli  nəticələrə  gəlmiş,  epik,  xüsu-
silə də nəsr əsərlərinin öyrənilməsində janrlar üzrə bölgüdə yekdil rəy 
əldə edə bilməmişlər. Belə ki, məktəb dərsliklərində poema kimi qeyd 
olunan  əsərlər  ayrı-ayrı  tədqiqatlarda  başqa  adlarla,  məsələn:  “Həft 
cam”  –  saqinamə,  “Bəngü  Badə”,  ”Söhbətül-əsmar”  –  təmsil  kimi 
göstərilmişdir.  Nəsr  əsərləri  “Rindü  Zahud”,  “Səhhət  və  Mərəz” 
münazirə, “Hədiqətüs-süəda” isə məqtəl kimi tədqiq olunmuşdur. 
Ədəbiyyatşünas  Abbas  Hacıyev  “Ədəbi  növlər  və  janrlar”  adlı 
kitabında bu haqda belə yazır: “Forma həm holavarları, həm də sayaçı 
sözlərini bayatılarla birləşdirir, məzmun isə fərqləndirir” (3, 6). Yaxud 
dastan yaradıcılığında da aktiv istifadə edilən qoşma janrının əlamət-
ləri forma elementləri ilə təyin olunsa da, onun da daxilində məzmun-
ca fərqlənən gözəlləmə, ustadnamə, vücudnamə, qıfılbənd, varsağı və 
s. kimi janrlar müəyyən edilir. Bu isə klassik ədəbiyyatda duran janr 
və  forma  məsələsinin  xalq  ədəbiyyatı  üçün  də  aktual  olduğunu  gös-
tərir.  
Abbas Hacıyev qəsidələr haqqında  yazır: “Qəsidənin  ölçüsü və 
quruluşu  dəyişmir.  ...münacat,  nət,  mədhiyyə,  fəxriyyə  və  mərsiyyə 
kimi növlərə ayrılır” (3, 17). Lakin Nizami Gəncəvinin və digər Azər-
baycan, eyni  zamanda Şərq şairlərinin poemalarının  girişində verilən 


müxtəlif  məzmunlu  hissələrin,  məsələn:  münacat,  nət,  mədhiyyə, 
yaxud  fəxriyyə  adlandırıldığı  ilə  dəfələrlə  rastlaşırıq.  Bu  hissələr  isə 
heç də həmişə qəsidənin forma tələblərinə cavab vermir.  
Müəllif  adını  öncə  çəkdiyimiz  kitabının  başqa  bir  yerində  belə 
yazır: “Fəxriyyə – lirik növdür. Qəsidə, məsnəvi və qəzəl formasında 
yazılır”,  yaxud  başqa  yerdə  “Mərsiyə  –  geniş  yayılan,  lakin  özünün 
xüsusi  forması  olmayan,  qəsidə  və  məsnəvi,  bəzən  də  qəzəl  kimi 
yazılan lirik şeir şəklidir” (3, 18). Daha qəribəsi isə odur ki, Füzulinin 
“Hədiqətüs-süəda”sı  və  Vidadinin  “Müsibətnamə”si  də  “bu  janrın 
təsirli  nümunələri”  adlandırılır.  Göründüyü  kimi,  mövcud  qarışıqlığı 
hələ nəzərə almasaq, bu ana qədər öyrənilmiş saydığımız tək bir mər-
siyə  bir  səhifə  yazıda  eyni  nəzəriyyəçinin  fikirlərində  həm  şeir  şəkli, 
həm müstəqil janr, həm də qəsidənin növü kimi xarakterizə edilir. Bu 
isə  yenə  də  eyni  problemi  ortaya  qoyur:  janrın  müəyyənləşdirilməsi 
nəyə əsaslanmalıdır, forma tələblərinə, yoxsa məzmun mündəricəsinə? 
Deməli, bu məsələlərin izaha ehtiyacı var.  
Bu  və  ya  buna  oxşar  məsələlərə  “Azərbaycan  ədəbiyyatının 
tarixi  poetikası”  kitabının  həmmüəllifləri  də  toxunmağa  çalışmışlar. 
Məsələn, AMEA-nın müxbir üzvü Azadə Rüstəmova yazır: “Yaxın və 
Orta  Şərqin  ədəbiyyat  nəzəriyyəsinə  dair  əsərlərdə  (məsələn,  Vahid 
Təbrizinin  XV  əsr  “Cəmi-müxtəsər”  əsərində)  qəzəldən  bəhs  edilsə 
də, o, janr təsnifinə daxil edilməmişdir. Burada bədii nümunələrin növ 
təqdimatı onların daşıdıqları məna, məzmun, mahiyyət və üstəgəl şəkil 
xüsusiyyətlərinə  görə  deyil,  əsasən  misra  düzülüşü  və  qafiyə  sistemi 
üzrə aparılırdı (4, 24). 
Akademik Teymur Kərimli də ədəbiyyatşünaslığımızda mövcud 
problemlərdən birinə  –  rübai-tuyuq  məsələsinə toxunur: “Azərbaycan 
ədəbiyyatşünaslığında uzun müddət tuyuqla rübai bir-birinə qarışdırıl-
mış, onların təsnifində vəzn əlamətləri nəzərə alınmadığına görə, biri 
diğərinin adı ilə adlandırılmışdır” (4, 69). Göründüyü kimi, burada da 
Şərq  ənənəsinə  uyğun  olaraq  janrın  müəyyənləşdirilməsi  forma  ele-
mentlərinə əsaslanır.  
AMEA-nın  müxbir  üzvü  Nizami  Cəfərov  da  ədəbiyyatşünas-
lığımızda  mövcud  olan  janr  və  forma  xüsusiyyətlərinin  təyini  məsə-
ləsinə  toxunur.  O,  klassik  janr  standartlarını  qorumaqla,  yeni  janr  tə-
ləblərini  ehtiyatla  tətbiq  etmək  məsələsini  irəli  sürür.  Bu  məqamda 
həm  məzmun,  həm  də  ifadə  baxımından  yanaşmanı  zəruri  sayır. 
Müəyyənləşdirmədə  özünü  göstərən  səhvləri  isə  zamanla  əlaqələn-
dirir:  “...Bir  tərəfdə  klassik  ədəbi-bədii  təfəkkürün  milli  ədəbi-bədii 
təfəkkürə keçidini əks etdirən sənət mövcud olur, bir tərəfdə isə milli 


ədəbi-bədii  təfəkkürün  nümunələri  meydana  çıxır;  janr  poetikası 
problemini bu cür mühitdə həll etmək, şübhəsiz çətindir” (4, 155). 
Prof. Nüşabə Araslı özünün “Nizaminin poetikası” adlı monoq-
rafiyasında  şairin  qəsidələrinə  toxunarkən  yazır:  “Nizaminin  bizə  qə-
dər  gəlib  çatan  qəsidələri  mədhiyyə,  fəxriyyə  və  fəlsəfi  mündəricəsi 
ilə  seçilən  bitkin  nümunələrdir.  Elə  şairin  epik  irsində  də  biz  onun 
özünəqədərki  qəsidə  şeirinin  müvəffəqiyyətlərindən  bəhrələndiyini, 
dini-rəsmi  hissələrdəki  ithaflarda  və  yeri  düşdükcə  söylənilən 
fəxriyyə, mədhiyyə, mərsiyə səciyyəli parçalarda, bahariyyə, şitaiyyə, 
xəzaniyyə  və  başqa  təbiət  təsvirlərinə  həsr  edilən  misralarda  özünə-
qədərki  lirik  irsin  ən  gözəl  nailiyyətlərini  öz  humanist  istəkləri  ilə 
ustalıqla birləşdirdiyini görürük” (5, 99). 
Göründüyü kimi, Nüşabə xanım ehtiyatla şairin eyni məzmunlu, 
lakin  müxtəlif  formalı  əsərlərini  ayırmağa  cəhd  edir.  Burada  yeganə 
prinsip  kimi  forma,  yəni qafiyə sistemi  əsas  götürülür. Buna rəğmən, 
alim  özü də hiss etdirir ki,  müəllif tərəfindən çox vaxt  ayrı-ayrı baş-
lıqlarla bütöv mətndən ayrılan, özünəməxsus həcmə malik bu hissələr 
məsnəvi  formasında  olmasını  və  mənzum  roman  içərisinə  daxil  edil-
məsini  istisna  etməklə,  o  məzmuna  malik  digər  əsərlərdən  heç  nə  ilə 
seçilmir.  
Bu  zaman  bir  problem  də  ortaya  çıxır:  Klassik  İslam  Şərqi  tə-
ləbləri  çərçivəsində  qələmə  alınan  əsərlərin  müasir  dünyanın  ədəbi-
nəzəri görüşləri çərçivəsində janrını müəyyən etmək. Buna mane olan 
cəhətlərdən  biri  də  terminologiyadır.  Çox  vaxt  tərcümədə  eyni  məz-
munu ifadə edən terminlərlə ifadə olunma bədii əsərin yaradılma mü-
hitinə, dövrünə və müəllifinə nəzərən seçilir və məqbul sayılır. Bu isə 
elmdə mücərrədliyə səbəb olur.  
Məşhur yazıçı və nəzəriyyəçi Mir Cəlal Füzuli qəzəllərini möv-
zu  və  məzmununa  görə  də  qruplaşdırır.  Bu  zaman  qəsidə  üçün  mü-
vafiq  sayılan  meyar  qəzələ  də  tətbiq  olunur.  Müəllif  yazır:  “Füzuli 
qəzəllərini  mövzu  və  məzmununa  görə  dörd  yerə  bölmək  olar:  1. 
Aşiqanə  qəzəllər,  2.  İctimai-fəlsəfi  qəzəllər,  3.  “Təcviri”  qəzəllər,  4. 
Münacat, nət ruhunda olan “rəsmi” qəzəllər (6, 115). 
Dünyada  vahid  folklor  prosesi,  vahid  dünya  ədəbi  prosesi  kimi 
anlayışların mövcud olduğu bir anda biz vahid ədəbi nəzəri prinsipləri 
müəyyənləşdirməyə  borcluyuq.  Lakin  vahid  ədəbi  növlərin  müəyyən-
ləşdirilməsinə baxmayaraq, milli ədəiyyatlara tətbiq oluna biləcək vahid 
janr tipologiyasının yaradılması hələ də həll olunmamış problemdir. 
Belə  ki,  müasir  dövrdə  informasiya  mübadiləsinin  ən  yüksək 
inkişaf nöqtəsində olduğu bir zamanda müasir ədəbi prosesə nisbətdə 


Yüklə 3,05 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə