Nizami adına ƏDƏBİyyat institutu



Yüklə 3,05 Mb.
Pdf görüntüsü
səhifə33/130
tarix31.10.2018
ölçüsü3,05 Mb.
#77077
1   ...   29   30   31   32   33   34   35   36   ...   130

ən layiq olacaq şairlərdən biri, bir neçə il əvvəl intihar edən şair Ziya 
Gökalpdır” (3). 
Türk  ədəbiyyatını  heç  tanımayan  bir  cəmiyyətə  hər  hansı  şairi 
belə təqdim etsəniz, o, oxucunun yaddaşına əbədi həkk olunar. Çünki 
o şair mələklərin ağ qanadları üzərində göylərə yüksəlmişdir. Bu cür 
təqdimat  forması  alman  ədəbiyyatında  və  publisistikasında  tamamilə 
yenidir.  Alman  yazı  texnikasının  ağır,  yorucu,  təsvir  dolu  görünüşü 
yanında dərhal diqqəti çəkən bir üslubdur. Əsəd bəyin “Ziya Gökalp” 
məqaləsi çox qısa, yarım səhifə olmasına baxmayaraq, oxucuların diq-
qətini dərhal çəkmişdir. 
Əsəd bəyin maqalələrindəki ən gözəçarpan xüsusiyyətlərdən biri 
də özünəməxsus yazı kompozisiyasıdır. Məqalələrinin asan oxunması 
və düzgün anlaşılması üçün yuxarıda da yazdığımız kimi məqalələrinə 
həmişə bir hekayə ruhunu əlavə edib. 
Kompozisiya həm roman və hekayənin, həm də məqalənin özü-
lünü  təşkil edir. Mövzuda inkişaf  edən hadisələr  kompozisiyaya can, 
qan  və  dinamiklik  qatır.  Təsvir  olunan  şəxs  və  ətrafda  baş  verən  ha-
disələr  anbaan  inkişaf  edir,  dəyişir,  fərqlənir  və  bütün  xüsusiyyətləri 
ilə ortaya çıxır. 
R.Vellek və A.Varen “Ədəbiyyat elminin təməlləri” adlı kitabda 
kompozisiya haqqında bunları yazırlar: 
“İnşa,  ya  da  motiv  hörgüsü  hekayə  ünsürlərinin  əhəmiyyətinin 
artırılmasını  və  tempini,  şərh  etmə  vasitələrini,  dialoq,  təsvir  və  ya 
birbaşa nəqletmə kimi vasitələri əhatə edir” (4). 
Müəllif hekayəsini yazarkən zamanı, məkanı, təbiəti, insanı, in-
san  fiziologiya  və  psixologiyasını  yan-yana  qoymağı  bacarmalıdır. 
Əvvəl  romanın  kompozisiyasını  qurur,  sonra  inkişaf  etdirir  və  təəc-
cüblü bir sonluqla sona çatdırır. 
Əsəd Bəy bu qaydadan çox ustalıqla romanlarında, eyni zaman-
da  məqalələrində  də  istifadə  etmişdir.  O,  həm  şərh  etdiyi  mövzunu, 
həm  də  öz  daxili  aləmini,  düşüncələrini  oxucuya  çatdırmağa  çalış-
mışdır. Yazıçının bu üslubda yazması məqalələrinin oxucu tərəfindən 
sevilməsinə səbəb olub. 
Məşhur  fransız  tarixçisi  Gustave  Lansona  görə,  “hər  əsər  döv-
rünün güzgüsüdür” (5, 136). Hər bir əsər güzgü rolunu nə qədər çox ye-
rinə  yetirərsə,  daha  çox  əhəmiyyət  daşıyar.  Əsəd  bəyin  məqalələrində 
(Məsələn:  “Şərqdə  eşq  və  evlilik”  məqaləsində)  müəllif  demək  istə-
diklərini eynilə bir film kimi oxucunun gözləri önündə canlandırmışdır. 
R.Vellek və A.Varenın müştərək yazdıqları “Ədəbiyyat elminin 
təməlləri”  adlı kitabda  mətndə musiqi  və  səs  ahənginin olmasına  çox 


əhəmiyyət verir: 
“Hər  ədəbi  əsər  bir  anlama  sahib  olan  səslər  seriyasıdır.  Səsin 
özünəməxsus  xüsusiyyətləri  əksəriyyətlə,  “musiqi  keyfiyyətinin”  və 
ya “səs ahəngi” təsirlərinin təməlidir”. 
Əsəd bəyin romanları və bioqrafik əsərlərinə hakim olan səs və 
musiqi onun qərblilərə göstərmək istədiyi – Şərqin səs və musiqisidir. 
Bu  musiqini  məqalələrinə  də  şamil  etmək  olar.  Hər  məqaləsində 
Şərqlə bağlı bir mövzunu izah edərkən oranın mühitinə, iqliminə müt-
ləq fərqli bir ahəng əlavə etmişdir. 
“Mən onu özüm üçün kəşf etdim və bütün zamanımı köhnə Bakı 
xanının məkanı  olmuş bu  yerin divanxana hissəsində keçirməyə baş-
ladım.  Arabesk xətlərin hakim olduğu böyük qapı,  qapının ardındakı 
geniş  salon,  yıxılmış  sütunların  və  mənasını  tapa  bilmədiyiniz  qa-
bartma  yazılar...  Mənim  bu  köhnə,  baxımsız  saraya  olan  sevgim, 
yavaş-yavaş onun bir zamanlar sahibi olmuş insanlarına yönəldi. Xan 
sarayını başdan-ayağa əhatə edən şəhər çölə doğru uzanırdı” (3). 
Yuxarıdakı sətirlər tərcümədə nə qədər ritmini, musiqisini itirsə 
də, poetik halını yenə də saxlamışdır. “Arabesk qapı, geniş salon, ba-
xımsız saray, yıxılmış sütunları...” alman dilində qafiyə kimi bir-biri-
nin ardınca yazaraq tam bir şeir ahəngini canlandırmışdır. 
Alman  yazıçısı  Virginia  Voolf  “şeir  olmayan  bir  şey  nə  üçün 
ədəbiyyat  nümunəsi  sayılmalıdır?”  demişdir.  Bizcə,  haqlıdır.  Çünki 
təbiətdə  hər  şeyin  dili  fərqli,  musiqili  bir  ahəngə  malik  olub,  eyni 
zamanda  poetikdir.  Yalnız  və  yalnız  şeir  dünyasını  eşidə  və  duya 
bilmək,  anlamaq  əhəmiyyətlidir.  Əsəd  bəy  bunu  lap  uşaqlığında 
Bakıdakı  o  möhtəşəm  xəyal  dünyasında  eşitmiş,  inkişaf  etdirmiş  və 
sonradan  yaşamaq  məcburiyyətində  qalacağı  Qərbin  soyuq  məkan-
larına daşımışdır. 
 
ƏDƏBİYYAT 
 
1.
 
http:www/edebiyatogretmeni. ne /makale.htm. 
2.
 
Kabaklı A. Türk edebiyatı. İstanbul, Türk edebiyatı Vakfı, 5 cilt, 2002.  
3.
 
Der  Litararische  Welt,  1926-1933  sayıları  kataloğu,  Berlin  Freier 
Üniversitesi Arşivi. (04.02.1927, Şota Rustaveli) 
4.
 
Vellek  R.  Varren  A.  Edebiyat  Bilimin  Temelleri.  Ankara,  Kültür  ve 
Turizm  Bakanlığı  Yayınları,  1983  (Çeviren  Prof.  Dr.  Ahmet  Edip 
Uysal). 
5.
 
Bezirci A. Çok Kapılı Oda. İstanbul, 1990. 
6.
 
Həbibbəyli İ. Romantik lirikanın imkanları. Bakı, “Yazıçı”, 1984. 
7.
 
Əhmədov  B.  XX  yüzil  Azərbaycan  ədəbiyyatı.  Bakı,  “Elm  və  təhsil”, 
2015. 


 
Orhan Aras 
 
THE SCIENTIFIC CHARACTER IN  
MUHAMMAD ASAD BEY’S PUBLICISM 
 
Summary 
 
The  article  deals  with  Muhammad  Asad  Bey’s  journalistic  activity  and  the 
characteristic  features of  his  publicism. It is  noted that  in  Muhammad  Asad Bey’s 
publicism  the  literature  and  its  genres  assumed  particular  importance.  Asad  Bey 
benefited from the genres of interview, criticism, presentation and biography in his 
articles and applied the rules that used in his novels. 
 
 
Орхан Арас 
 
НАУЧНОСТЬ ПУБЛИЦИСТИКИ  
МОХАММЕДА АСАД БЕКА 
 
Резюме 
 
В  статье  говорится  о  журналистской  деятельности  и  характерных  осо-
бенностях  публицистики  Мохаммеда  Асад  бека.  Отмечается,  что  в  публи-
цистике Асад бек придавал важное значение литературе и её жанрам. Как и в 
своих  романах,  он  широко  использовал  в  своих  статьях  жанры  интервью, 
критики, представления, биографии согласно их правилам. 


Yüklə 3,05 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə