Nizami adına ƏDƏBİyyat institutu



Yüklə 3,05 Mb.
Pdf görüntüsü
səhifə55/130
tarix31.10.2018
ölçüsü3,05 Mb.
#77077
1   ...   51   52   53   54   55   56   57   58   ...   130

dalarını qoruyub saxlayan müəllif olduqca gözəl və səliqəli xətt ilə bu 
kitabı yazmışdır.  
Məlumdur  ki,  qafiyə  bir  elm  kimi  ilk  əvvəl  ərəblərdə  yaranmış 
və  təbii  ki,  ərəb  dilinə  müvafiq  formalaşmışdır.  Qafiyə  ərəb  şeirinin 
əsas və əhəmiyyətli ünsürlərindən biridir. Buna görə də, ərəb alimləri 
qafiyə elmini geniş tədqiq etmiş, onu genişləndirmiş, təcrübələr apar-
mış  və  qafiyəni  şeirdə  ən  gözəl  şəkildə  işlətməyə  səy  göstərmişlər. 
Çünki  düzgün  və  gözəl  seçilmiş  qafiyə  şeirin  dəyərini  artırar,  şeirə 
incəlik və lətafət gətirər.  
Ərəb  mənbələrində  qafiyə  elminin  yaradıcısının  konkret  kim 
olması barədə heç bir dəqiq məlumat yoxdur. Başqa sözlə desək, əgər 
bütün  orta  əsr  mənbələri  bir  qayda  olaraq  əruz  elminin  yaradıcısının 
Xəlil ibn Əhməd olduğunu söyləyirlərsə, qafiyə elmi haqqında belə bir 
konkret  istinad  nöqtəsinə  rast  gəlinmir.  Lakin  bununla  bərabər,  əksər 
mənbələrdə  qafiyə  elminin formalaşmasından söhbət  gedərkən böyük 
ərəb  filoloqu,  eyni  zamanda  Xəlil  ibn  Əhmədin  müəllimlərindən  biri 
olmuş Əbu Əmr bin əl-Əlanın adını çəkirlər (2, 91). 
Ərəblərdən  farslara  keçmiş  qafiyə  elmi  farsdilli  şairlər  tərə-
findən  öz  dillərinə  uyğunlaşdırılmışdır.  Bilirik  ki,  ərəb  və  fars  dilləri 
flektiv  dillər  qrupuna  daxildir,  Azərbaycan  dili  isə  iltisaqi  dillər  qru-
puna aiddir. Buna görə də bu dillərin qrammatikasında böyük fərqlər 
mövcuddur. Qafiyə elmi hər bir dilin öz spesifik xüsusiyyətləri nəzərə 
alınaraq həmin dilə tətbiq edilməlidir.  
Haqqında  bəhs  etdiyimiz  kitabda  müəllifin  əsəri  yazarkən  əski 
əlifbaya  müraciət  etməsi  diqqət  cəlb  edir.  Nədənsə,  Ə.Əhmədov  bu 
əsəri  ərəb  əlifbası  ilə  yazmağı  daha  məqsədəuyğun  hesab  etmişdir. 
Onu  da  qeyd  edək  ki,  müəllif  əsərdə  ərəb,  fars  və  azəri  qafiyəsini 
birlikdə,  müqayisəli  şəkildə  şərh  etmiş,  hər  dilə  aid  nümunələr 
verməklə fikrini əsaslandırmışdır. Müəllif “Qafiyətül-kafiyə” əsərində 
fars  qafiyə  sistemini  öz  kitabı  üçün  və  Azərbaycan  şeiri  üçün  nəzəri 
əsas götürmüşdür. 
Qafiyətül-kafiyə” əsəri bir dibaçə, bir müqəddimə, beş fəsil və 
bir xatimədən ibarətdir. Əsərin dibaçəsində tədqiqatçı kitabın yazılma 
səbəbindən bəhs etmişdir. Şair və şeirin dəyərinin azalmasından şika-
yət  edən müəllif, özünü “şair” adlandıran bir çox insanın heç şeirdən 
xəbəri olmadığını yazmışdır. Unudulmaqda olan və eybəcər hala Salı-
nan klassik şeirimizi cavan nəslin öyrənməsi və şeirə düzgün qiymət 
verə  bilməsi  üçün  bu  əsərin  yazılmasını  vacib  bilən  müəllif  dibaçədə 
qeyd etmişdir: “Ziyalılarımızı qədim və əsl şeirimizin məziyyətlərindən 
agah etmək üçün qafiyə elminin müxtəsər əsaslarını yazıb şərh etməyi 


özümə vacib bildim” (3, 7). 
Dibaçənin  sonunda  isə  müəllif  qeyd  etmişdir:  “Bütün  bunları 
nəzərdə  tutmaqla  tərtib  etdiyimiz  bu  risalədə  həm  azəri,  həm  də  fars 
şeirinin qafiyə məsələləri birlikdə tədqiq edilir və lazım olan yerlərdə 
onların  fərqli  cəhətlərinə  işarə  olunur.  Oxucu  bu  risalədən  istifadə 
etmək üçün fars dilinə bir qədər bələd olmalıdır. Əks halda, o, klassik 
şeirimizdən  və  bu  risalədə  baxılan  məsələlərdən  bir  fayda  hasil  edə 
bilməz”  (3,  10).  Belə  bir  məsuliyyəti  öz  çiyninə  götürən  Əhmədağa 
Əhmədov  bu  əsəri  ilə  Azərbaycan  ədəbiyyatına  böyük  bir  xidmət 
göstərmişdir. 
Əsərin müqəddiməsində müəllif qafiyənin bir elm kimi əhəmiy-
yətindən bəhs  etmiş,  onun tərifini verməyə çalışmışdır. Kitabda Xəlil 
ibn Əhməd, Şeyx Əbül Fəth Osman ən-Nəhvi  əl-Mavsili, Şeyx Əbül 
Həsən Səid bin Səid əl-Əxfəş, Məhəmməd bin əl-Müstəbnər ən-Nəhvi 
(“Qütrüb” ləqəbi ilə məşhurdur), Əbül Həsən Məhəmməd bin Əhməd 
bin  Keysan  ən-Nəhvi  kimi  böyük  alimlərə  istinad  edərək  qafiyə 
elminin  məzmununu  və  öyrənilməsinin  əhəmiyyətini  izah  etmişdir. 
Həmçinin qeyd etmişdir ki, çox vaxt qafiyə elmi əruz elmindən sonra 
zikr  edilsə  də,  qafiyə  ayrıca  bir  elm  kimi  öyrənilməli  və  araşdırıl-
malıdır. Çünkü dəqiq elm olan qafiyə elmi bir çox incəliklərə sahibdir. 
Bu elm hər bir dilə həmin dilin qrammatik quruluşuna, danışıq və yazı 
normalarına uyğun tətbiq edilməli və hər bir dilin ayrıca qafiyə sistemi 
olmalıdır:  “....qafiyə  elmi  də  əruz  kimi  əvvəlcə  ərəb  şeiri  üçün  icad 
edilib  və  bu  dilin  xüsusiyyətləri  nəzərdə  tutulubdur.  Sonralar  qeyri-
ərəb şeirində qafiyə elminə bəzi təğyirat vermək və onu vüsətləndirib 
əcəm dilinə müvafiq  etmək lazım gəlmişdir. Bu cəhətdən fars dilində 
yazan  şairlərin  və  alimlərin  zəhmətini  qiymətləndirmək  və  qafiyə 
elminin müasir şeirə müvafiq olmaq üçün təşəkkül tapmasında onların 
işini təqdir etmək lazımdır” (3, 15-16). 
Qafiyətül-kafiyə” əsərinin birinci fəsli “Qafiyə hərfləri” başlığı 
ilə  başlayır.  Müəllif  fəslin  birinci  başlığından  da  göründüyü  kimi 
burada  qafiyə  hərflərindən  bəhs  etmişdir:  “Qafiyə  kəlmələrində 
işlənən hərflər müəyyən şərtlərə tabe olmalı və şair hər şeirin axırına 
qədər bu şərtlərə riayət etməlidir. Bu hərflərin hər birinin xüsusi yeri, 
ünvanı  və  adı  vardır”  (3,  19).  Fars  qafiyəsi  doqquz  hərfdir:  təsis, 
dəxil,  ridf,  qeyd,  ridf,  vəsl,  xüruc,  məzid,  nairə.  Rəvi  hərfi  qafiyənin 
əsas hərfidir, digər hərflər ondan əvvəl və ya sonra gəlir. Təsis, dəxil, 
ridf  və  qeyd  hərfləri  rəvidən  qabaq,  vəsl,  xüruc,  məzid  və  nairə 
hərfləri  isə  rəvidən  sonra  gəlirlər.  Əsərin  bu  fəslində  müəllif  bütün 
qafiyə  hərflərini  ayrı-ayrı  başlıqlar  altında  şərh  etmiş,  müvafiq 


Yüklə 3,05 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə