O gündən həbəşlər quldur bu dağa.
O qızğın damğadan nurlandı həbəş,
Dağ ilə çırağı parladar atəş.
Padşaha o qədər verdilər qarət,
Hüzura sığmadı böyük qənimət.
Şah gördü verilən qarət hədsizdir,
Səhraya gövhərdən axan dənizdir.
Gövhərli cam, qızıl, toppuz bir yana,
Xalvarla müşk, ənbər axır meydana.
Saf mədən qızıldan, incidən nə var
Dolmuşdu meşindən iri çuvallar.
Sığmayır o gümüş, kafur çöllərə,
O kafur gümüşdən doldu dağ, dərə.
Yüklənmiş fıllərdi - qaya gövdəli,
Cins ərəb atlan - tovuz cilvəli.
Bərbərdən, nobidən gözəl əsirlər
Önündə Müştəri və Ay diz çökər.
Daş-qaşla işlənmiş qumaşlar, çullar,
Zürafə gönündən hədsiz xalı var.
Səhrada doluydu hər cürə sərvət,
Xəznəyə gövhərdən vurmuşdu zinət.
Şah şanlı zəfərlə dolğun qarətdən
Şənlənib qurtuldu qəmdən, zillətdən.
Bir dünya cəmdəyə ibrətlə baxdı,
Güldüsə, qəlbindən gizlin qan axdı
Ki, neçin döyüşdə bu qədər insan
Məhv oldu zəhərli oxdan, qılıncdan?
Yanlışdır hər suçu bunlarda görmək,
Özümdə görmək də xətadır, gerçək.
Fələyin işi baş vurmaqdır ancaq,
Qozadan olurmu boyun qaçırmaq?
Lacivərd örtülü günəş kimi sən
Başım qaçırma lacivərd göydən.
Göy üzü geyərkən lacivərd paltar,
Hər kəsə lacivərd paltar hazırlar
122
.
Bu pozuq pərdədə oxuma nəğmə,
Bu duzlu torpaqdan arama çeşmə.
100
Kim bilir, yığıntı, bu torpaq belə
Yoğrulmuş nə qədər ürək qanilə?
Görən göz yoxdur, yox, hər yan bir məzar,
Ya maral, ya ceyran gönüdür onlar.
İSKƏNDƏRİN MİSİRDƏN
RUMA QAYITMASI
Dur, saqi, şərab ver ki, sərxoş olum!
Noğul ver, şərabla bir az xoş olum!
Elə bir şərab ver, könlümü açsın,
Girsəm cəhənnəmə od məndən qaçsın.
O meyvəli ağac olsun bəxtiyar,
Sərin kölgəsində dincəlmək olar.
Həm cana rahatlıq verər kölgəsi,
Həm bəzər süfrəm dadlı meyvəsi.
Dolğun bar vermişkən elə bir nihal
Daim qalsın cavan, tapmasın zaval.
Bar verən belə bir ağacı gerçək
Rəvamı baltanın ağzına vermək?
Qış getdi, yenə də ilk bahar gəldi,
Çaylar sahilindən otlar yüksəldi.
Yemdən yamyaşıl geydi hər budaq,
Bənövşə hər müşkə ənbər qataraq,
Nərgiz də yığmaqçın haman ətirdən
Kafürtək başım qaldırdı yerdən.
Xəzinə qapısın açaraq mən də
Bir bayraq ucaltdım yaşıl çəməndə.
Yaşıllıq hatifi o gizli dilbər,
Şairlər ona şer ilhamı deyər,
Sehirli səs ilə bağırdı: Oyan!
Yaz xəzinə saçan xatiratından!
Nə yerdə zəncim əzmiş İskəndər,
Nə yerdə aüna qoymuşdur yəhər?
Bu köhnə dastanı nəql edən dehqan
101
Keçmişi bu sayaq etmişdir bəyan:
Şaha yar olunca o böyük zəfər,
Güldü nar gülütək, açıldı güllər.
Xəzinə ağzım açdı hökmüdar,
Payladı, varlandı bütün qoşunlar.
Vuruşma yerində bir həftə qaldı,
Şərabdan çöhrələr qızıl rəng aldı.
Külək fərraş kimi, yağış səqqatək
Yollan süpürüb suvardı qəşəng.
Yollardan silindi bütün toz-torpaq,
Yol tozsuz olanda bəzənir ancaq.
Toz-torpaq yollarda yaünca yenə,
İskəndər atıldı yəhər üstünə.
"Yol verin!” deyərək coşdu təbillər,
Bayraqlar ucaldı Pərvinə qədər.
Əfrəncə dənizi, Nil sahilləri
Köç təbli səsindən oldu sərsəri.
Coşduqca dəvələr zənginin səsi
Doldu boş səslərlə beyin kürəsi.
Yollarda qumrallar səs-küy salaraq,
Cınğıraq səsindən tutuldu qulaq.
Çöllərdə axırdı o qədər əskər,
Yox idi sayım bilən bir nəfər.
Kəkliktək oynayan aü İskəndər
Minərək, dalınca tərpəndi əskər.
Bir qədər yol getdi, ordu, şəhriyar,
Ovadan geniş bir çölə çıxdılar.
Al-san bayraqlar vardı o qədər,
Diş-diş şəklə düşdü lacivərd göylər.
Çöllərdən dağ kimi keçir qənimət,
Yüklənmiş dəvələr çəkirdi zəhmət.
Qədərsiz cavahir yüklənmiş filə,
Yüz yerdən körpülər salınmış Nilə.
Güldü hökmüramn üzü, göz-qaşı,
Fərəhdən göylərə ucaldı başı.
Xalqa hörmət etdi girərkən Misrə,
Şəhrə nizam verdi adəti üzrə.
102
Dəniz sahilində endi oradan,
O yerdə şövkətlə qaldı bir zaman.
Bayrağı nə yerə sancdı tacidar,
O yerdə abadlıq oldu bərqərar.
Sərvətlə, fərmanla uzun bir müddət
Saldı Rum rəsmilə bir çox imarət.
Qumlara qum kimi sərvət səpərək
Abadlıq yolunda çəkdi bir əmək,
Dəniz sahilində böyük İskəndər
Təzə bahar kimi qurdu bir şəhər.
Bir cənnət kimiydi - işıqlı, abad,
Hər yerdə bazan, bağçası gülşad.
Şəhəri İskəndər tikibdir deyə
Adım qoydular "İskəndəriyyə".
Şah bina etdiyi bu gözəl şəhər
Bağdada bərabər, Misrə bərabər.
Yunana dönməyə artıq əzm etdi.
Gəldiyi yollardan dönərək getdi.
Dənizdən keçincə Ruma dönərək,
Dünyalar əlində olmuşdu mumtək.
Hər zaman o muma etdikdə rəğbət,
Hər nə istəsəydi edərdi əlbət.
Yunanlar "afərin" dedilər ona,
Cavahir saçdılar gövhər saçma.
Padşahda görüncə böyüklük, mənlik,
Şəhərlər bəzəndi, quruldu şənlik.
Mütrüblər oxudu, qızıl saçıldı,
Xəyalə gəlməyən məclis açıldı.
Düşməm yenən şah güvəndi baxta,
Şahanə baxüyla oturdu taxta.
Bəxtiyar dövlətin uca baxtından
Ən gözəl şənliklər qurdu hökmüran.
Zəncidən aldığı sərvətdən, maldan
Çəkisiz hədiyyə alırdı hər yan.
Dövran Rum şahma verincə dövlət,
Hər şaha göndərdi o maldan qismət.
Elə ki, Daraya yetişdi növbət,
103
Dostları ilə paylaş: |