|
Nizami GƏNCƏVİ İSKƏNDƏrnamə Şərəfnamə "Lİder nəŞRİyyat"Adını ucaldar yeddinci göyə
Adını ucaldar yeddinci göyə.
Haqsızlıq haqq ilə olursa düşman,
Haqq tutar yerini, haqsız peşiman.
Hər zaman öz ayıq baxtından yapış,
Vuruşlarda yüksəl, taxündan yapış.
Bağlanma bu fikrə, düşünmə belə,
Dövlət mülk ilədir, nüsrət mal ilə.
insana baş olmaq insanlıq istər,
Yoxsa hər bir adam insandır - bəşər.
Böyüklük eyləsək hər kəsə asan,
Ancaq baş olacaq şəfqətli insan.
Heyvanlar onunçun sevir aslam,
O, qonaq sevəndir şikar zamanı.
Qıfılı zəncirlə saxlanan vardan,
Onu yəqin et ki, xoşlanmaz cahan.
Səadət o zaman yar olar sana,
Ondan aldığım verəsən buna,
insanla yaşayan mərddir, kişidir,
Kimsəm sevməmək namərd işidir.
Xəmiri yoğrulmuş olan kimsəyə
Bir çörək kim verməz "borc olsun” deyə?
Rəhmin var, igidlik yaraşar sana,
Xəzinə, əndaha qalsın düşmana.
Düşmən çox gurultu, sən şimşək rəftar,
Sən gövhər saçansan, o xəzinədar.
Aslandan güclüydü rəhmətlik atan,
Lakin qılıncım çəkməzdi qından.
Sən elə aslansan çarpışan zaman
Qılıncından olar daşın bağn qan.
Gördünmü zəncilər nə sayaq coşdu,
Kinli divlər kimi üstünə qoşdu.
Sənin qılıncına etdi sərgəşlik,
Başım çeynədi qılınc və təpik.
O seldən dağ kimi üz çevirmədin,
Səni bu damcı da qorxutmaz yəqin.
Filləri budayan qızmış bir aslan
Qorxarım ən aciz körpə ceyrandan?
111
Qızmış bir aslana neylər bir maral?
Qanşqa ilana verərmi zaval?
iti caynaq qartal edərkən şikar
Körpə quşlar ilə kef üçün oynar.
Ulduzlar bəxtinlə dostdur, bu bəlli,
Yolunun tozudur bu torpaq əhli.
Dünyam fəth etmək qismətdir sana.
Hər fayda sənədir, ziyan düşmana.
Sənə məxsus olan bu mübarək fal
Düşmənə verməzmi böyük bir zaval?
Ulduzlarla fallar göstərir bütün,
Bu qanlı döyüşdə olarsan üstün.
Həndəsi hərflər, cizgili xətlər
Bildirir sənindir şanlı bir zəfər.
Zənci padşahı Pələngər, şəksiz,
Güclü pəhləvandı, coşğun bir dəniz.
Qaliblə məğluba bir fal vurarkən
O məğlub göründü, qalib idin sən.
indi ki, uğurlu çıxmışdır falın,
Bundan da doğacaq mübarək halın.”
Hər yerdən görüncə həmiyyət, zəfər
124
,
Fatehlik fikrinə düşdü İskəndər.
Əlinə alırkən qılınc, ya qədəh:
"Uğurdur” deyərək tapırdı fərəh.
Hər işdə xeyrə yaz falı, ey filan,
Mübarək fal olur xeyrə yozulan.
Yaman fal vurma ki, doğar yaman hal,
Bir kimsə vurmasın əsla yaman fal...
ISKƏNDƏRIN GUZGU QAYIRMASI
Dur, saqi, əl uzat süzülmüş lələ!
Könlümdənbulanlıq dərdi təmizlə!
O parlaq ləldən ki, reyhanlı bağ
Asar qəndilindən işıqlı çıraq.
112
Mübarək olursa səhərdən günün
Fikrində yaxşılıq olacaq üstün.
Onunla dəyərli ayinlər qurar,
Dövlətçin yaranır gözəl yadigar.
Öz məsud bəxtiylə yaşar qol-qola,
Ulduza fal vurar bəxtiyarlıqla.
Ümidin sönməsin dünya olsa dar,
Hər qara buluddan ağ yağış yağar,
imdad qapısım daim qoy açıq
Ki, şirinlik alsın bir çox acılıq.
Ömrünü ümidsiz keçirmə bir an,
Qurtuluş verəndir böyük yaradan.
Ümidsiz qaş çatma, aç bir gözünü.
Zəfər güzgüsündə gör öz üzünü.
Bu ram qumaşına bəzək çəkənlər
Bu dastan başına müşk, ənbər səpər.
İskəndər dünyaya olunca açar
Qılıncından güzgü oldu aşikar.
Bəzənmək istərkən dünya gəlini
Güzgüyə uzatdı dilək əlini.
Keçmişdə güzgüdən yox idi əsər,
Güzgünü yaratdı böyük İskəndər.
Başlanınca güzgü qayırmaq işi
Qalıba tökdülər qızıl, gümüşü.
Nə əməl etdilər vermədi səmər,
Onda üzlərim düz görmədilər.
Soma əl atdılar hər cür gövhərə,
Hər biri göstərdi başqa mənzərə.
Elə ki, təcrübə dəmirə çatdı,
Gövhər üzərində naxış yaratdı.
Dəmirçi sənətkar rəssam olaraq
Seyqəllə dəmiri elədi parlaq.
Düzdüyü gövhərdə o rəssam artıq
Gördü hər surəti təbii, açıq.
Öncə bir şəkildə onu qurdular,.
Olmadı düzgün bir surət aşikar.
Güzgü enli olsa enlənir surət,
113
Uzun olsa, surət uzanır əlbət.
Dördbucaq göstərir qanşıq xəyal,
Müsəddəs göstərir bambaşqa bir hal.
Elə ki, dəyirmi düzəldi, inan,
Əsla seçilmədi xəyalla insan.
Hansı bir tərəfə çevrilsə güzgü
Göstərdi necə var, eynilə, düzgün.
Həndəsi yol ilə qara dəmirdən
Güzgünü İskəndər parlatdı birdən.
Sən də bu güzgüyə baxdığın zaman
İskəndər dövründən xəbər alarsan.
Gördüyü seyqəldən rəngim atdı,
Qapqara bir dəmir şəfəq yaratdı.
Uk dəfə güzgüyə baxdı İskəndər,
Bir əzəmət aldı gövhərdən gövhər.
Güzgüdə görüncə qeysər özünü
Güzgünün şadlıqdan öpdü üzünü.
Gəlinlər bu rəsmə ehtiram üçün
Güzgünü öpərlər baxarkən hər gün.
DARA ELÇİSİNİN İSKƏNDƏRİN
YANINA GƏLMƏSİ
Dur, saqi, o güzgü camı ver yenə,
Əlimdə tutum bir qədəh yerinə!
Keyxosrov ayinli olum o camdan,
Onunla gözümdə parlasın cahan.
Çəkinək sitəmdən, gəl zülmü ataq,
Ədi ilə mümkündür bundan qurtulmaq.
Dünyaya bağlama könül, yağıdır,
Həm quldur, həm qorxunc div yatağıdır.
Dünya damcı versə, bir qədəh çalır,
Öz köhnə borcunu bir yerdə alır.
Yağış damcı-damcı buluddan yağar,
Böyük çay olunca dənizə axar.
114
Dostları ilə paylaş: |
|
|