DARANIN İSKƏNDƏRLƏ
MÜHARİBƏYƏ QOŞUN ÇIXARMASI
Ver, saqi, ruh verən parlaq şərabdan,
Ondan işıqlansın qəlbim hər zaman.
Mən onu içərsəm verər səadət,
O məni yeyərsə doğar fəlakət
128
.
Ayıqlıq nə böyük dövlətmiş, bilsən.
Əliboş olmamaq dünya nəqdindən.
Dünyada o şəxsin ucalar başı
Çox sayıq davramr hər işə qarşı,
Şüurla ölçər bu həyat yolunu,
Oğrudan qoruyar öz var-yoxunu.
Bir şey ki, işini edəcək asan
Yükündən götürüb atma heç zaman.
Əskiklik versə də atma kürkünü,
Səni qar, soyuqdan şaxlar qış günü.
Gədikdə bir eşşək öldü soyuqdan,
Çulsuz çıxmış idi o tənbəl heyvan.
Keçən padşahları öyrənmiş bir pir
Soruşan kimsəyə belə nəql edir:
Dara ordu çəkdi Ermənistana,
Sanki bir qiyamət çökdü hər yana.
İskəndər bu işdən tutmadı xəbər,
Qarşıya çıxarsın qızğın bir məhşər.
Məzlumlar axaraq gəldi hər yandan,
Dedilər: "Coşğun sel qoparır tufan”.
Daranın ordusu edərkən səfər
Polad geyimlərdən qaraldı yerlər.
Bir casus söylədi: "Düşmən sərxoşdur,
Durduğu yerlərdə qafil olmuşdur.
İskəndər bir basqın etsə qəflətən
Bir anda çıxarar onu mülkündən".
İskəndər gülərək söylədi cavab:
121
"Gizlində qalmağı sevməz afitab.
Yararmı döyüşdə böyük İskəndər
Adi quldur kimi qazana zəfər?"
Başqa bir casus da belə dəm vurdu:
"Düşmənin gətirir hədsiz bir ordu.
Qoşun işlərim mükəmməl bilən
Ancaq saya bilər onu təxminən".
Ən qısa bir cavab verdi İskəndər:
"Bir qılınc yüz öküz bağnm dələr.
Acıqlı canavar - o kinli heyvan
Qorxarım qoyunun çox olmasından?"
Uca şəhriyarın mətin sözləri
inandırdı buna hər bir əskəri.
Get-gedə böyüdü bu qızğın xəbər,
Ölkəyə yaxındır o qorxunc əndər.
İskəndər bildi ki, o bir buludtək
Gələcək, qılıncı saçacaq şimşək.
Bütün ölkələrə göndərdi xəbər:
"Durmadan dərgaha yığılsın əskər!"
Rumdan, Əfrəncədən, Misirdən, Rusdan
Bir ordu bəzədi gəlindən rəqsan.
Ordu toplanınca uca İskəndər
Əmr etdi sayından verilsin xəbər.
Sayçılar məlumat verdi padşaha:
Altı yüz min əskər gəlmiş dərgaha.
Hər yandan yığışıb gəlincə ordu
Çalğısız, içkisiz bir məclis qurdu.
Aqillər yığılıb uca dərgaha
Verdilər diqqətlə qulaq padşaha.
İskəndər söz açdı bütün işlərdən,
Daranın açdığı o döyüşlərdən:
"Şübhə yox,- dedi,- o, adlı tacidar
Bizimlə döyüşə vermişdir qərar.
Hərb üçün, sülh üçün fikriniz nədir?
Düşmən çox yaxındır, göstərin tədbir.
Çıxmasa bu kəskin qılınc qımndan.
Bizə kişi deməz bir nəfər insan.
122
Tac-taxt alarsam qoca Daradan
Zalım adlanaram bununla da mən.
Qıymaram çıxsın öz mülkündən Dara,
Yamanlıq etmərəm mən Kəyanlara.
Çünki qorxuram bu əməlim bu gün
Düşməm çıxarsın bizlərə üstün.
Bu yolda düzgün bir tədbir göstərin,
Sonunda işimiz olmasın çətin.
Düşünüb söyləyin sağlam bir fikir,
Bu döyüş haqqında fikriniz nədir?
Bilikli, şüurlu, ayıq, hünərvər
Başçılar diqqətlə çox dinlədilər.
Hörmətlə hamısı dil tökdü ona,
Padşaha etdilər çox dua, səna:
"Uğurlar doğsun bu yaşıl ağaca,
Kökləri möhkəmdir, adısa uca.
Taxtınla, tacınla dünya qurulsun,
Qapında düşmənin başı tac olsun.
Doğmdur təmamən şah buyuranlar,
Bir də biz onlan edəkmi təkrar?
Əmrindən dönmərik, sözün fərmandır,
Padşahın yolunda canlar qurbandır,
indi ki, somrsan, ey dana, zəki,
Bizim fikrimizə belə gəlir ki,
Kinli bir ürəyə kin dolan zaman
Keçdiyi yollarda göyərər tikan.
Sən də kin odunu eylə şöləvər,
Kin yaxan bir atəş tikan təmizlər.
O, qoca söyüddür, sən gənc sənubər,
Söyüdlə sənubər olmaz bərabər,
yemdən abad et bu köhnə bağı.
Torpaqdan təmizlə köhnə alağı.
Bu təzə dövlətin al qumaşından
Gəlintək bəzənsin o köhnə cahan.
Şübhəsiz zalımdır amansız düşmən,
Xalq boyun qaçınr onun zülmündən.
Elə bir düşməndən niyə qorxursan,
123
Evinin içi də özünə düşman.
Zülmün ayininə birdən çək qələm,
Xalqının qəlbindən silinsin ələm.
Düşməndən məmləkət doymuşdur cana,
Aül üzərinə mərdi-mərdana,
isti təndir artıq çörək istər, dur,
Atımn başına odlu yüyən vur.
Baş qoyanq hara sən ayaq qoysan,
Bizdə yox əmrindən boyun qaçıran,
Sənin istəyim kim poza bilər?
Əmrindən çıxmağa kimdə var hünər?”
Sözləri bununla bitirdi: "Ancaq
Sən bu qan tökməyə qoyma ilk ayaq.
Kəyamn taxtına göstər sən hörmət,
Öncə qan tökməyə gəl etmə cürət"
Hamının fikrim şah öyrənərək,
Bildi sərkərdələr edəcək kömək.
Doğrular sözünü tutaraq getdi,
Ordu yetirməyə o gün əmr etdi.
Dövr edən günlərdən seçərək bir gün,
Uğurlu taleyi olurkən üstün
Mübarək fal ilə andı səfəri,
Orduya verildi hərəkət əmri.
Kəməri belində kin ilə sıxdı,
Parlayan yüyəni aydan işıqdı.
Qızmış aslan kimi etdi tacidar
Qılıncı dünyamn fəthinə açar.
Neştərli anydı qaynaşan ordu,
An pöhrəsindən artıq idi bu.
Firidun padşahdan yadigar qalan
O uca Dirəfşi tanırdı çoxdan.
O uğurlu bayraq düzələn zaman
Nazlardı dostunu bu qoca dövran.
Bayrağı "Dirəfşi-Gavə"dən yüksək
Çəkdi mahlıcına göy rəngli ipək.
Tam əlli arşındı uca sütunu.
Zinət öz qoynunda bəsləmiş onu.
124
Dostları ilə paylaş: |