|
Nizami GƏNCƏVİ İSKƏNDƏrnamə Şərəfnamə "Lİder nəŞRİyyat"Ancaq sən doğru qal bu şərtimizə
Ancaq sən doğru qal bu şərtimizə,
Xəzinə ağzım geniş aç bizə!
Hər birimizi sən varlandırasan,
Qulluğumuz üçün qızıl saçasan.”
Bu iki xainə rumlu hökmüran
Söz verdi, onlarla bağladı peyman.
Lakin inanmadı buna İskəndər:
Daram öldürə bilsin xainlər.
Ancaq düşmənindən qurtulmaq üçün
Hər kəs üçün çarə aramaq mümkün.
Bu zülmü ədalət gördü hökmüran,
Gəldi xatirinə köhnə bir dastan:
"Dovşanını hər bir yerin, - məsəl var,-
Yenə də o yerin tazısı tutar."
Şahım öldürmək istəyən kəslər
Ağıllı kimsədən alınca xəbər,
İskəndərdən güclü pul almaq üçün.
Həm də ki, Daradan qurtulmaq üçün,
Şahın nemətim unutdu onlar,
Onu öldürməyə verdilər qərar.
Günəş yaqutunu oğru çalınca
Bu dünya düşmüşdü yaqut dalınca.
Məhtabı tutaraq dedilər: "Oğru,
Günəşdən gövhəri oğurlamış bu."
150
iki dağ kimi səf çəkmişdi ordu,
Çarpışma hər iki cəbhəm yordu.
Döndülər o künü vurunca başa,
Hazırlıq görüldü gələn savaşa.
DARANIN
SƏRKƏRDƏLƏRİ TƏRƏFİNDƏN
ö l d ü r ü l m ə s i
Ey saqi, dur, məndən bu mənliyi at!
Gəl, üzüm suyundan cahanı parlat!
Bir şərab ver, məni mənzilə salsın,
Çox könül alan var, o, kədər alsın.
150
Qalana cənnətdir dünyanın halı,
Tələsən adamın oddadır nalı.
Bu bəzəkli bağda iki qam var,
Yoxdur heç birində qıfıl, bənd, açar.
Birindən gir, bağı görüncə dolaş.
O biri qapıdan çıxıb uzaqlaş.
Ağlın var, gül ilə olma həmnişin.
Çünki qalmağından deyilsən əmin.
Bu anı xoş keçir, hər şeydən vaz keç.
Gələcək və keçmiş çünki heçdir, heç.
Dünyaya gəlmədik zövqə, işrətə,
işimiz qatlanmaq ağır zəhmətə.
Eşşəyi toylara kimdir çağıran,
Çağnlır su, odun bitdiyi zaman.
Bu gözəl dastanı yazan ravilər
Doğrular dilindən belə nəql edər:
Elə ki, gündüzün atəşi söndü,
Fələklər tüstüdən dona büründü.
Ay doğub yaraşıq verdi gecəyə,
Gözəldir aydınlıq düşsə kölgəyə.
Hər iki ordunun sabaha qədər
Kəşfiyyat qollan keşik çəkdilər.
Onlann səsindən bir dəyirmantək
Bilməzdi burclar nədir dincəlmək.
"Cəbhədə dincəlim” deyə yatanlar
Fillər nərəsindən diksinib qalxar.
Vücudu zəhmətdən yorulmuş insan
Gözünü açardı yatdığı zaman.
Yalvarır, yaxarır hər iki əsgər:
Bitməsin bu gecə, olmasın səhər,
Bir qədər geciksin, uzansın zaman.
Bəlkə gec açılsın döyüşə meydan.
Unudub kinini iki tacidar
Bəlkə sübh etməyə versinlər qərar.
Al günəş tacım qoyduğu zaman,
Elə ki, aynldı qaralıq ağdan,
151
İskəndər və Dara gəldi meydana.
Ürəklə düşsünlər dostluq ardına.
Şəfqətlə, hörmətlə edib barışıq,
Xeyirli işə qol qoysunlar artıq.
Bu işdə istədi tədbir və çara,
Kimsədən düz cavab almadı Dara.
Sülh üçün bir nəfər olmadı rəhbər,
Dedilər: bu işi qılınc həll edər,
iranlı rumludan acizdir məgər?
Onlar bu savaşda qazanmaz zəfər.
Səhərki döyüşlə qızışar meydan,
Rumludan salamat qoymanq bir can”.
Daram aldatdı belə sözlərlə,
Birisi hiyləylə, biri hünərlə.
Daranın düşməm iki sərkərdə
Buna səy edirdi hər an, hər yerdə.
İskəndər düşündü nə tədbir qursun
Ki, Dara önündə dağ kimi dursun.
O iki sərdan tutdu nəzərdə,
Əz igidliyinə güvəndi bir də.
Rum əsgərlərinə dedi İskəndər:
"Bu qatı mərkəzdə olunca səhər
Ər kimi çalışmaq, çarpışmaq gərək,
Cam dişə yığıb igidlik etmək.
Bu dünya bizimdir çalsaq qələbə,
Daranın olacaq yeyərsək zərbə.
Deyirlər insana gizlidir məhşər,
O məhşər görünər bizə bu səhər".
Hər iki ordu bu düşüncələrlə
Gecəni keçirdi dərin kədərlə.
Dünyaya pəncərə açınca ziya
Bambaşqa bir oyun başladı dünya.
Bir ovuc qığılcım oldu bir atəş,
Bir komac kimiydi parlayan günəş.
Dağ kimi tərpəndi hər iki ordu,
Dünyamn ürəyi titrəyib durdu.
Firidun və Bəhmən nəvəsi ər>dər
152
Yuxudan səhərlə qalxdı bərabər.
Ordunu sazladı, düzəltdi meydan,
Parladı ox, kaman, qılınc və qalxan.
Yüzlərcə polad dağ dikəltdi onda,
Xəzinə dayandı onun ahında.
Sağ qolun işləri bitdikdən sonra
Sol qolu çevirdi polad hasara.
Cinahlar kök atdı yerə havadan,
Yer kimi çarmıxa çəkildi meydan.
Mərkəzdə durmuşdu cahan günəşi,
Başımn üstündə Kəyan dirəfşi.
Dünyam yandıran qılıncı məgər
Bu günçün saxlardı böyük İskəndər!
Yağdıran buludtək meydan dopdolu,
Yaydan ox yağırdı, qılıncdan dolu.
Ordunun qollan göyə dayandı,
Atların dırnağı qana boyandı.
Ən seçmə igidlər ordudan bir-bir
Sağ-sola keçməyə alırdı əmr.
Əmrlə inamsız kəslər hər yerdən
Tərpənib, sol qolda tutdular məskən.
Kimin ki, əmindi sədaqətində
Saxladı mərkəzdə - öz xidmətində.
Onlan ordunun qəlbinə aldı,
Tökmə bir dağ kimi göyə ucaldı.
Qopunca nərələr iki ordudan,
Qiyamət qopmuş zənn etdi asiman.
Təbillər gurlayıb verdi səs-səsə,
Qanlı əndahalar başladı rəqsə.
Kərənay səsindən tutuldu qulaq,
Qorxudan titrədi bütün əl-əyaq.
Filə minənlərin bağırtısından
Nildəki nəhənglər qopardı fəğan.
Şeypurun səsindən qopdu ürəklər,
Bağırlar yarıldı, düşdü göbəklər,
içi boş təbillər coşduqca coşar.
Zülmətlər içindən atılır oxlar,
153
Dostları ilə paylaş: |
|
|